Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 8

Filtrləri təmizlə
“Müsəlmanın başına gələn bəlalar içərisində elə bir yorğunluq, xəstəlik, dərd, kədər, əziyyət və sıxıntı, qəm, hətta bədəninə batan tikan kimi bəla yoxdur ki, Allah buna görə onun günahlarını bağışlamasın”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir kişi gəlib belə dedi: Ey Allahın Rəsulu, (insanı cənnətə və cəhənnəmə salan) iki səbəb nədir? Dedi: "Kim Allaha şərik qoşmadan ölərsə cənnətə daxil olar, kim Allaha şərik qoşaraq ölərsə cəhənnəmə daxil olar".
Səhih Muslim rəvayət etdi.
Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərdə yəhər üzərində arxasına aldığı yol yoldaşı Muaza üç dəfə: “Ey Muaz ibn Cəbəl” - deyə səslənir, Muaz da 3 dəfə: “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm” - deyə cavab verir. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə deyir:“Kim Allahdan başqa məbud olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna ürəkdən ixlasla şəhadət edərsə, Allah cəhənnəmi ona haram edər". Bu zaman Muaz soruşur: "Ey Allahın Rəsulu, bu şad xəbəri insanlara çatdırımmı, sevinsinlər?". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: “Onda insanlar arxayınlaşarlar”. Yalnız ölümünə yaxın Muaz - elmi gizlətmək günahından - qurtulmaq üçün bu bilgini xəbər vermişdir.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Əməllər altı növ, insanlar isə dörd qismə bölünür. Bunları vacib edən iki amil var. Bəzi yaxşı əməllərin qarşılığı misli-mislinə olduğu halda, başqa yaxşı əməllərin qarşılığı on qat verilir, bəzilərinin isə qarşılığı isə yeddi yüz qatdır. Vacib olan səbəblər isə budur: Uca Allaha şərik qoşmadan ölən kimsə Cənnətə, şərik qoşaraq ölən kəs isə Cəhənnəmə girər. Bəzi yaxşılıqların qarşılığı misli-mislinə olan o şəxsdir ki, müəyyən yaxşılığı etməyi qəlbində niyyət edər, Uca Allah da bunu bilir və buna görə ona bir savab yazılar. Bir şəxs pis əməl edərsə onun da qarşılığı bir misildir. Kimsə bir yaxşılıq edərsə ona yaxşılığının qarşılığı on mislində verilər. Qul, Allahın yolunda sədəqə verərsə, əvəzində ona yeddi yüz savab yazılar. İnsanların dörd qismə bölünməsinə gəlincə, onlardan bəzisinə dünya həyatında rahatlıq axirət həyatında sıxıntı, bəzisinə isə dünyada sıxıntı, axirətdə rahatlıq verilər. İnsanlardan bəzilərinə həm dünya, həm də axirət həyatında sıxıntı verilər. Bəzilərinə isə həm dünyada, həm də axirət həyatında rahatlıq verilər"
Həsən Əhməd rəvayət etdi.
Bir dəfə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Ufeyr adlanan uzunqulağın belində öndə , mən isə arxada oturmuşdum. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) (mənə) dedi: "Ey Muaz, Allahın qulları üzərindəki və qulların Allah üzərindəki haqlarını bilirsənmi?". Dedim: "Allah və Rəsulu ən doğrusunu bilir". Dedi: "Allahın qulları üzərində haqqı Ona ibadət edərək, Ona heç bir şeyi şərik qoşmamaqdır. Qulların Allah üzərində haqları isə, Ona şərik qoşmayan kəsə əzab verməməsidir.". Mən dedim: "Ey Allahın Rəsulu! Bununla insanları müjdələməyimmi?". O isə: "Müjdələmə, yoxsa arxayınlaşarlar" - dedi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Həqiqətən Allah qiyamət günü ümmətimdən bir adamı məxluqatın önünə çıxaracaq və onun üçün qarşısına doxsan doqquz kitab sərəcək. Hər kitab gözün gördüyü son həddə qədər olan məsafədə olacaq. Allah buyuracaq: "Bunlardan hər hansı bir şeyi inkar edirsənmi? Əməlləri yazan nəzarətçi mələklərim sənə zülm etdilərmi? Adam deyəcək: Xeyr, ey Rəbbim! Allah buyuracaq: Sənin üzrlü səbəbin varmı? Adam: Xeyr, ey Rəbbim!- deyə cavab verəcək. Allah buyuracaq: Əksinə, sənin üçün dərgahımızda bir savab vardır. Buna görə də bu gün sənə zülm edilməyəcək." Bu zaman, içində "əşhədu əllə iləhə illallah və əşhədu ənnə Muhəmmədən abduhu və rəsuluhu" olan kağız parçası gətiriləcək. Allah buyuracaq: Bunların tərəzidə çəkildiyi yerdə hazır ol. Adam deyəcək: Ey Rəbbim, bu kağız parçasının doxsan doqquz kitabın yanında nə dəyəri var? Allah buyuracaq: "Bu gün sənə zülm edilməz". Kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq və kitablar tərəzidə yüngül, kağız parçası isə ağır gələcək. Uca Allahın adıyla yanaşı heç bir şey ağır gəlməz.
Səhih Ət-Tirmizi və İbnu Məcə rəvayət etdi.
Bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək dedi:"Ey Allahın Rəsulu, böyük və kiçik günah nə varsa hamısını etmişəm. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) :Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına və Muhəmmədin Onun rəsulu olduğuna şahidlik etmirsənmi?" deyə bunu üç dəfə soruşdu. Adam: "Bəli" dedi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): "Şübhəsiz ki, bu o günahlara üstün gəlir." deyə cavab verdi.
Səhih Əbu Yalə, Ət-Tabarani, Əd-Diya Əl-Maqdisi rıvayət etdi.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) əmisinə belə dedi: "Lə iləhə illallah" de ki, buna görə Qiyamət günü sənə şahidlik edim". Əmisi dedi: Qureyş məni ələ salıb, "qorxduğu üçün bunu etdi" - deməsəydilər, sənin istədiyini edərdim. Uca Allah bu ayəni nazil etdi: "Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah istədiyini doğru yola yönəldər" (Əl-Qasas 28 surəsi, ayə 56).
Səhih Muslim rəvayət etdi.