Skip to content

"Müsəlmanın müsəlman üzərində beş haqqı vardır: Salamını almaq, xəstələndiyində ziyarət etmək, cənazəsini müşayiət etmək, dəvətinə icabət etmək və asqırdıqda: (əlhəmdu-li-Lləh) deyənə: (yərhəmukə-Llah) (yəni: Allah sənə rəhmət etsin) deməkdir".

Əbu Hureyradən - Allah ondan razı olsun - rəvayət edildiyinə görə, belə demişdir: Mən Allah Rəsulunun - salləllahu aleyhi va səlləm - belə dediyini eşitdim:

"Müsəlmanın müsəlman üzərində beş haqqı vardır: Salamını almaq, xəstələndiyində ziyarət etmək, cənazəsini müşayiət etmək, dəvətinə icabət etmək və asqırdıqda: (əlhəmdu-li-Lləh) deyənə: (yərhəmukə-Llah) (yəni: Allah sənə rəhmət etsin) deməkdir".

«حَقُّ الْمُسْلِمِ عَلَى الْمُسْلِمِ خَمْسٌ: رَدُّ السَّلَامِ، وَعِيَادَةُ الْمَرِيضِ، وَاتِّبَاعُ الْجَنَائِزِ، وَإِجَابَةُ الدَّعْوَةِ، وَتَشْمِيتُ الْعَاطِسِ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Peyğəmbər - salləllahu aleyhi va səlləm - bu hədisdə bir müsəlmanın müsləman qardaşı üzərindəki haqqlarından bəzilərini bəyan etmişdir. Bu haqqlardan birincisi, salam verən kimsənin salamını almaqdır. İkincisi: Xəstənin ziyarət edilməsidir. Üçüncüsü: Cənazəni evindən cənazə namazı qılınan yerə gətirilməsinə, oradan da məzarlığa dəfn edilməsinə qədər müşayiət etməkdir. Dördüncüsü: Toya və s. buna bənzər məclislərə dəvət ediləndə qardaşının dəvətinə icabət etməkdir. Beşincisi: Asqırdıqda: (əlhəmdu-li-Lləh) deyən kimsəyə: (yərhəmukə-Llah) (yəni: Allah sənə rəhm etsin) deməkdir. Asqıran kimsə də buna cavab olaraq: (yəhdikumu-Llahu va yuslih bələkum) (yəni: Allah sizi doğru yola yönəltsin və halınızı islah etsin) deyə cavab verir.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Hədisdə müsəlmanlar arasında haqlara diqqət edilməsi, qardaşlıq və sevgi bağlarının qüvvətləndirilməsində İslamın böyüklüyü ifadə edilmişdr.

Mənbələr

Sahihul-Buxari (2/ 71) (1240).

Sahihu Muslim (4/ 1704) (2162).

Əlavə (10)

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (4/ 512).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 327).

نزهة المتقين شرح رياض الصالحين.

مجموعة من الباحثين (1/ 253).

شرح رياض الصالحين.

لابن عثيمين (2/ 591).

بهجة قلوب الأبرار.

لابن سعدي (ص81).