Skip to content

"Əməllər niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey vardır.

Möminlərin əmiri Əbu Hafs Ömər bin Xattab (Allah ondan razı olsun) demişdir: Mən Allah Rəsulunun (salləllahu aleyhi va səlləm) belə dediyini eşitdim:

"Əməllər niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey vardır. Kimin hicrəti Allah və Onun Rəsulu üçün olarsa, onun hicrəti, Allah və Onun Rəsulu üçün olar. Kimin də hicrəti, əldə edəcəyi dünya malına və ya evlənəcəyi qadına görə olarsa, onun hicrəti hicrət etdiyi şey üçün olar".

«إنَّمَا الأَعْمَالُ بِالنِّيَّاتِ، وَإِنَّمَا لِكُلِّ امْرِئٍ مَا نَوَى، فَمَنْ كَانَتْ هِجْرَتُهُ إلَى اللَّهِ وَرَسُولِهِ فَهِجْرَتُهُ إلَى اللَّهِ وَرَسُولِهِ، وَمَنْ كَانَتْ هِجْرَتُهُ لِدُنْيَا يُصِيبُهَا أَوْ امْرَأَةٍ يَنْكِحُهَا فَهِجْرَتُهُ إلَى مَا هَاجَرَ إلَيْهِ».

Hədisi mühəddislərin iki imamı Əbu Abdullah Muhamməd bin İsmayıl bin İbrahim bin əl-Muğirə bin Bərdizbə Buxari və Əbul-Hüseyn Müslim bin əl-Həccac bin Müslim əl-Quşeyri ən-Nişaburi yazılmış kitabların ən səhihi olan öz "Səhih" kitablarında rəvayət ediblər.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, bütün əməllər niyyətlə tam olub etibarlı sayılır və bu hökm, ibadətdə və insanlar arasındakı müxtəlif əlaqəli əməllərə şamil olunan ümumi hökmdür, kim əməliylə mənfəət güdərsə, yalnız o mənfəətə nail olar, savaba çatmaz, lakin kim əməliylə, uca Allaha yaxınlaşmağı niyyət edərsə - hətta bu əməli gündəlik etdiyi yemək və içmək kimi əməllər olsa belə - əməlinin mükafatına və savabına çatmış olar. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) edilən əməllərin zahirinə görə bənzər olmasına baxmayaraq, onlara niyyətin təsirini bəyan etmək üçün misal çəkərək bildirir ki, kim hicrəti və vətənini tərk etməklə Rəbbinin razılığını umarsa, onun hicrəti qəbul edilmiş şərii hicrətdir, niyyətinin doğruluğuna görə savab qazanacaq, kim hicrətiylə mal-dövlət, şöhrət, ticarət, evlənəcəyi qadın kimi dünyəvi mənfəət güdərsə, hicrətindən yalnız niyyət etdiyi mənfəəti əldə edəcək, lakin əcr və savab qazanmayacaq.

Hədisin faydalarından

İxlasa təşviq, çünki Allah yalnız Onun razılığı üçün edilmiş əməli qəbul edir.

İzzət və cəlal sahibi olan Allaha yaxınlaşdıran əməlləri mükəlləf olan insan adət olaraq edərsə, bunları Allah üçün etmədikcə, savab əldə etməz.

Niyyət ibadətləri bir-birindən, həmçinin ibadətlərlə adətləri bir-birindən ayırır.

Mənbələr

Sahihul-Buxari (9/ 22) (6953).

(1/ 6) (1).

Sahihu Muslim (3/ 1515) (1907).

Əlavə (8)

التحفة الربانية في شرح الأربعين حديثًا النووية (ص5).

شرح الأربعين النووية.

لابن عثيمين (ص5).

فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.

للعباد (ص8).

شرح النووي على مسلم (13/ 54).

تاج العروس من جواهر القاموس.

للزبيدي (7/ 196).