Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 47

Filtrləri təmizlə
"Əgər siz Allaha layiqincə təvəkkül etsəydiniz, O, səhər yuvasından ac çıxıb, axşam tox qayıdan quşu ruziləndirdiyi kimi, sizi də ruziləndirərdi".
Səhih İmam Əhməd, Tirmizi, Nəsai, İbn Maca, İbn Hibban “Səhih” əsərində və Hakim rəvayət etmişlər.
"Yaxşılıq: gözəl əxlaqdır. Günah isə qəlbini narahat edən və insanların bilməsini istəmədiyin şeydir".
Səhih Birinci hədisi Müslim rəvayət etmişdir, ikinci hədisi isə Əhməd və Darimi rəvayət etmişdir.
Peyğəmbər (sallallahu əleyhi va səlləm) onu (Əbu Musanı) Yəmənə göndərdi. Əbu Musa Peyğəmbərdən (sallallahu əleyhi va səlləm) orada hazırlanan içkilər barədə soruşdu. Peyğəmbər (sallallahu əleyhi va səlləm) dedi: "O nədir?". Əbu Musa dedi: "əl-Bit və əl-Mizr". Əbu Burdədən soruşdular: "əl-Bit nədir?". O dedi: "Baldan hazırlanmış şərabdır, Mizr isə arpadan hazırlanmış şərabdır". Peyğəmbər (sallallahu əleyhi va səlləm) buyurdu: "Hər bir sərxoşedici (içki) haramdır". Hədisi Buxari rəvayət etmişdir.
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"Dilin daima Allahı zikr etməklə yaş qalsın".
Səhih Əhməd, Tirmizi, İbn Maca və İbn Hibban rəvayət etmişdir.
"Dörd xislət vardır ki, bunlar kimdə olarsa o, xalis münafiq sayılar. Hər kimdə bunlardan biri olarsa, onu tərk edənə qədər özündə nifaqdan bir xislət qalmış olar. Bu xislətlər bunlardır: Danışdığı zaman yalan danışar. Vəd verdikdə vədinə xilaf çıxar. Mübahisə etdikdə haqsızlıq edər. Əhd bağladıqda əhdini pozar".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"Kim bir mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar. Kim borcunu qaytara bilməyən bir kimsənin işini asanlaşdırarsa, Allah da onun dünya və axirətdəki işlərini asanlaşdırar. Kim bir müsəlmanın eyblərini örtərsə, Allah da onun həm bu dünyada, həm də axirətdə eyblərini örtər. Kişi mömin qardaşına kömək etdiyi müddətdə, Allah da ona kömək edər. Kim elm öyrənmək üçün yola çıxarsa, Allah bununla onun Cənnətə gedən yolunu asanlaşdırar. Əgər bir toplum Allahın evlərindən hər hansı birində yığışıb Allahın Kitabını oxuyarsa və onu bir-birinə öyrədərsə, onların üzərinə sükunət nazil olar, rəhmət onları bürüyər, mələklər onları əhatə edər və Allah onları Öz yanında olanlar arasında yad edər. Kimin əməli onu geriyə çəkərsə, nəsəbi onu irəliyə apara bilməz".
Səhih Muslim rəvayət etdi.
Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyini eşitdim: "Uca Allah buyurdu: Ey Adəm oğlu, nə qədər ki, Mənə dua edib ümid bəsləyirsən, sənin etdiyin günahları bağışlayaram və onlara əhəmiyyət vermərəm. Ey Adəm oğlu, əgər sənin günahların göydəki buludlara çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram və onlara əhəmiyyət vermərəm, ey Adəm oğlu, əgər sən Mənə yer dolusu günahla gəlsən və Mənə heç bir şeyi şərik qoşmadan mənimlə qarşılaşsan, Mən səni yer dolusu bağışlanmayla qarşılayaram".
Həsən Ət-Tirmizi rəvayət etdi.
"Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.