“Allah yaxşı və pis əməlləri yazmış, sonra da bunları bəyan etmişdir
İbn Abbas (Allah onların hər ikisindən razı olsun) rəvayət edir ki, Rəsulullah (sallallahu aleyhi va səlləm) Mübarək və Uca olan Rəbbindən belə rəvayət etmişdir:
“Allah yaxşı və pis əməlləri yazmış, sonra da bunları bəyan etmişdir. Kim bir yaxşı iş görməyə niyyət edərsə, sonra bunu etməzsə, Allah onu Öz dərgahında tam bir savab olaraq yazar. Əgər o yaxşı iş görməyə niyyət edərsə, sonra bunu edərsə, Allah onu Öz dərgahında on savabdan yeddi yüzədək, hətta bundan qat-qat artıq savab olaraq yazar. Kim bir pis iş görməyə niyyət edərsə, sonra bunu etməzsə, Allah onu Öz dərgahında tam bir savab olaraq yazar. Əgər o, pis iş görməyə niyyət edərsə və bunu edərsə, Allah onu yalnız bir günah olaraq yazar”.
«إنَّ اللهَ كَتَبَ الحَسَنَاتِ وَالسَّيِّئَاتِ، ثُمَّ بَيَّنَ ذَلِكَ، فَمَنْ هَمَّ بِحَسَنَةٍ فَلَمْ يَعْمَلْهَا؛ كَتَبَهَا اللهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً، وَإِنْ هَمَّ بِهَا فَعَمِلَهَا؛ كَتَبَهَا اللهُ عِنْدَهُ عَشْرَ حَسَنَاتٍ إلَى سَبْعِمِائَةِ ضِعْفٍ إلَى أَضْعَافٍ كَثِيرَةٍ، وَإِنْ هَمَّ بِسَيِّئَةٍ فَلَمْ يَعْمَلْهَا؛ كَتَبَهَا اللهُ عِنْدَهُ حَسَنَةً كَامِلَةً، وَإِنْ هَمَّ بِهَا فَعَمِلَهَا؛ كَتَبَهَا اللهُ سَيِّئَةً وَاحِدَةً».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, Allah yaxşılıq və pislikləri öncədən müəyyən etmiş və sonra (yazan) iki mələyə onları necə yazacaqlarını bildirmişdir: Kim xeyir əməli etmək istəyib ona niyyətlənər və ona əzm göstərərsə, bu əməli etməsə belə, ona bir savab yazılar, əgər bu xeyir işi edərsə, ona on mislindən yeddi yüz mislinə, hətta daha çox savab yazılar. Savabdakı bu əlavə - qəlbdəki ixlas və faydalı əməllərin dərəcəsinə və miqdarına və buna bənzər əməllərə görədir. Hər kim də, pis əmələ niyyət edər, ona əzm edər, lakin, Allah üçün onu tərk edərsə, Allah bunu onun üçün bir savab olaraq yazar və əgər məşğul olub səbəblərini yerinə yetirmədiyi üçün bu əməli etməzsə, ona heç bir şey yazılmaz. Aciz olub bu əməli etməyi bacarmazsa, niyyətinə görə yazılar. Əgər pis əməli edərsə, onun üçün bir günah olaraq yazılar.
Bu hədis, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) Rəbbindən rəvayət etdiyi hədislərdən biridir. Bu, Qüdsi və ya İlahi hədis adlanır ki, ləfzi və mənası Allahdandır. Lakin bu hədisdə Qurana xas olan və onu başqalarından fərqləndirən xüsusiyyətlər yoxdur, məsələn: onu oxumaqla ibadət etmək, onun üçün təharətli (pak) olmaq, onunla meydan oxumaq, ecazkarlıq və s.
Uca Allahın yaxşı və pis əməlləri yazdığının isbatı, sonra da qullarının bunu bilmələri, öz işlərində bəsirət sahibi olmaları və Rəbbinin hidayəti ilə Onun əmrlərini yerinə yetirib qadağalarından uzaq durmaları üçün onlara bəyan etməsi.
Xeyir əməllərin yazılması və savabının qat-qat artırılması, pis əməllərin isə yalnız edildikdən sonra və tək bir günah olaraq yazılması Uca Allahın bu ümmətə olan böyük lütfünün bəyanıdır.
Xeyir əməllərin savabının qat-qat artırılması qəlbdəki ixlasın dərəcəsinə, əməlin faydasının başqalarına keçməsinə və buna bənzər səbəblərə görə olur. Allah isə Öz mərhəməti və lütfü ilə həmin savabı daha da artırır.
Qulun Uca Rəbbi üçün, Onun savabına ümid edərək və əzabından qorxaraq günahı, onun ləzzətini və şəhvətini tərk etməsi nəticəsində əldə edəcəyi fəzilətin bəyanı.
Yaxşı əməllərin savabının qat-qat artırılması və pis əməllərin cəzasının artırılmaması Uca Allahın ümmətə olan lütfündəndir.
Mələklərin qəlb və bədən üzvləri ilə edilən bütün əməlləri yazmasının bəyanı.
Sahihul-Buxari (8/ 103) (6491).
Sahihu Muslim (1/ 118) (131).
Əlavə (7)
التحفة الربانية في شرح الأربعين حديثًا النووية (ص85).
شرح الأربعين النووية.
لابن عثيمين (ص368).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.
للعباد (ص125).
فتح الباري.
لابن حجر (11/ 324).