Skip to content

"Ədalətli olanlar Allah qatında, izzət və cəlal sahibi Rəhmanın sağındakı nurdan olan minbərlər üzərindədirlər. Allahın hər iki əli də sağdır

Abdullah bin Amrdan (Allah onların hər ikisindən razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

"Ədalətli olanlar Allah qatında, izzət və cəlal sahibi Rəhmanın sağındakı nurdan olan minbərlər üzərindədirlər. Allahın hər iki əli də sağdır, onlar hökmlərində, ailələrində və idarə etdikləri məsələlərdə adil davrananlardır".

«إِنَّ الْمُقْسِطِينَ عِنْدَ اللهِ عَلَى مَنَابِرَ مِنْ نُورٍ، عَنْ يَمِينِ الرَّحْمَنِ عَزَّ وَجَلَّ، وَكِلْتَا يَدَيْهِ يَمِينٌ، الَّذِينَ يَعْدِلُونَ فِي حُكْمِهِمْ وَأَهْلِيهِمْ وَمَا وَلُوا».

Muslim rəvayət etdi.
Səhih
Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, əmrləri və hökmləri altında olan insanlar arasında və ailələrində ədalət və haqla hökm verənlər Qiyamət günü onlara hörmət olaraq nurdan yaradılmış yüksək taxtlarda əyləşəcəklər. Bu minbərlər uca Rəhmanın sağındadır. Pak olan Allahın hər iki əli sağdır.

Kəlmələrin mənası

المقسطين: العادلين.

في حكمهم: في قضائهم.

ما وَلُوا: الذي كانت لهم عليه ولاية.

Hədisin faydalarından

Ədalətin fəziləti və ona təşviq.

Ədalət məfhumu ümumidir, bütün idarəçiliyi və insanlar arasında hökm verməni, qadınlar və övladlar arasında ədalətli davranışı və başqa halları belə əhatə edir.

Qiyamət günü adil kəslərin məqamının bəyanı.

Qiyamət günü iman əhlinin əməllərinə görə dərəcələrinin fərqliliyi.

Həvəsləndirici üsullar, insanı haqqa, itaətə dəvət etmək üçün çağırış metodlarındandır.

Mənbələr

Sahihu Muslim (3/ 1458) (1827).

Əlavə (10)

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 547).

تطريز رياض الصالحين.

لفيصل المبارك (ص428).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (9/ 314).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 710).

شرح رياض الصالحين.

لابن عثيمين (3/ 640).