Skip to content

"İnsan dostunun dini üzərindədir və sizdən hər biriniz kiminlə dostluq etdiyinə baxsın".

Əbu Hureyradan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğu rəvayət edilir:

"İnsan dostunun dini üzərindədir və sizdən hər biriniz kiminlə dostluq etdiyinə baxsın".

«الرَّجُلُ عَلَى دِينِ خَلِيلِهِ، فَلْيَنْظُر أَحَدُكُم مَنْ يُخَالِل».

Əbu Davud, Ət-Tirmizi,Əhməd
Həsən
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) insanın həyat tərzi və vərdişlərində dostu və ən yaxın yoldaşına bənzədiyini, dostluğun insanın əxlaqına, davranışına və hərəkətlərinə təsir etdiyini bəyan etmiş və bu səbəbdən yaxşı dost seçiminə yönəltmişdir. Çünki o, dostunu imana, hidayətə və xeyirxahlığa yönəldir və yoldaşına yardımçı olur.

Hədisin faydalarından

Yaxşı insanlarla dostluq etmək və onları seçməyin əmr edilməsi, pis insanlarla yoldaşlıq etməyin isə qadağan edilməsi.

Qohumu deyil dostu xüsusiləşdirdi; çünki dostu seçən sənsən, qardaş və qohuma gəlincə, sənin bunda heç bir seçimin yoxdur.

Yoldaş seçmək, fikirləşdikdən sonra olmalıdır.

İnsan möminlərlə dostluq etməklə dinini gücləndirir, fasiqlərlə dostluq etməklə isə onu zəiflədir.

Mənbələr

Sünən Əbi Davud (7/ 204) (4833).

Sünən Ət-Tirmizi (4/ 187) (2378).

Müsnəd Əhməd (13/ 398) (8028).

Əlavə (10)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 433).

تحفة الأحوذي بشرح جامع الترمذي.

للمباركفوري (7/ 51).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص250).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (6/ 166).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 341).