"Din nəsihətdir
Əbu Ruqayya Təmim bin Ovs əd-Dəri (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə demişdir:
"Din nəsihətdir". Biz dedik: Kimə? Peyğəmərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun): "Allaha, kitabına, rəsuluna, müsəlmanların rəhbərlərinə və bütün müsəmanlara" - deyə buyurdu.
«الدِّينُ النَّصِيحَةُ» قُلْنَا: لِمَنْ؟ قَالَ: «لِلهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ وَلِأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ».
Peyğəmbər (sallallahu aleyhi va səlləm) Dinin ixlas və səmimiyyət üzərində qurulduğunu xəbər vermişdir. Beləliklə bu din, Uca Allahın vacib buyurduğu kimi qüsursuz və aldatma olmadan kamil şəkildə yerinə yetirilməlidir. Peyğəmbərdən (sallallahu aleyhi va səlləm) soruşdular: Səmimiyyət kimin üçün olmalıdır? O, belə cavab verdi: Birincisi: Səmimiyyət Uca və Pak olan Allah üçün olmalıdır. Bu, əməllərdə ixlaslı olmaq, Ona heç bir şərik qoşmamaq, Onun aləmlərin Rəbbi olduğuna, bütün ibadətlərin yalnız Ona məxsus olduğuna və ad və sifətlərinə iman gətirmək, Onun şanını ucaltmaq və insanları Ona iman etməyə dəvət etməklə olur. İkincisi: Səmimiyyət Uca Allahın Kitabı, Qurani-Kərim üçün olmalıdır. Bu, Quranın, Allahın kəlamı və kitabların sonuncusu olduğuna və Qurani-Kərimin özündən əvvəlki bütün şəriətlərin hökmünü ləğv etdiyinə etiqad etməklə, ona böyük hörmətlə yanaşmaqla, Qurani-Kərimi layiqincə oxumaqla, mühkəm (aydın və qəti olan) ayələrinə əməl etməklə, mütəşabih ayələrinə təslim olmaqla, Onun ayələrini təhrif edənlərin öz istəklərinə uyğun yozmalarını rədd etməklə, Quranın öyüdlərindən ibrət almaqla, Quran elmini təbliğ etməklə və insanları ona dəvət etməklə olur. Üçüncüsü: Səmimiyyət Allahın Rəsulu Muhəmməd (sallallahu aleyhi va səlləm) üçün olmalıdır. Bunun üçün Onun elçilərin sonuncusu olduğuna etiqad edirik, dediklərini təsdiq edirik, əmrlərinə tabe olub, qadağalarından çəkinirik, Uca Allaha yalnız onun gətirdiyi şəriətlə ibadət edirik, onun haqqını uca tutub, ona hörmət edirik, dəvətini yayır, şəriətini insanlara çatdırırıq, ona qarşı atılan ittihamları rədd edirik. Dördüncüsü: Səmimiyyət müsəlmanların rəhbərləri üçün olmalıdır. Bunun üçün haqq yolda onlara yardım göstərir, idarəçilik məsələsində onların işinə qarışmırıq, Allaha itaət çərçivəsində onları eşidib itaət edirik. Beşincisi: Səmimiyyət müsəlmanlar üçün olmalıdır. Bunun üçün onlara yaxşılıq edib, haqqa dəvət edirik, onlara əziyyət verməkdən çəkinirik, onlar üçün xeyir istəyib, yaxşılıq və təqvada onlarla yardımlaşırıq.
Hər kəs üçün nəsihət əmr edilmişdir.
Dində nəsihətin məqamının ucalığı.
Din, etiqad, söz və əməllləri əhatə edir.
İnsanın nəsihət olunan üçün qəlbini ona qarşı saxtakarlıqdan təmizləməsi və ona xeyir istəməsi nəsihətdən sayılır.
Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) gözəl təlimi, belə ki, o, bir məsələni ümumi olaraq qeyd edir, sonra onun təfsilatını açıqlayır.
Ən önəmli olandan başlamaq. Belə ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ilk olaraq Allah üçün, sonra kitabı üçün, sonra rəsulu üçün, sonra müsəlmanların rəhbərlərinə, daha sonra isə bütün müsəlmanlar üçün olan nəsihəti qeyd etmişdir.
Sahihu Muslim (1/ 74) (55).
Əlavə (4)
التحفة الربانية في شرح الأربعين حديثا النووية (ص21).
شرح الأربعين النووية.
لابن عثيمين (ص115).
شرح النووي على مسلم (2/ 37).
Kitablarda istinad edilib
11 KitablarƏlavə (11)
- الحديث زاد 4الحديث 4«الدِّينُ النَّصِيحَةُ» قُلْنا: لِمَنْ؟ قال: «لِلَّهِ وَلِكِتابِهِ وَلِرسولِهِ وَلِأَئِمَّةِ المُسْلِمِينَ وَعامَّتِهِمْ».
- تحفة الأخيار تحفة الأخيار (ببيان جملة نافعة مما ورد في الكتاب والسنة من الأدعية والأذكار)«الدِّينُ النَّصِيحَةُ» قُلْنَا: لِمَنْ؟ قَالَ: «لِلَّهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ وَلأَِئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ» [99]
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 2«الدِّينُ النَّصِيحَةُ»، قُلْنَا: لِمَنْ ؟ قَالَ: «لله وَلِكِتَابِهِ وَلِرَسُولِهِ وَلأئمَّةِ المُسْلِمِينَ وَعَامَّتِهِمْ».
- قاموس الكبائرموسوعة الكبائر - المجموعة الثالثة«الدِّينُ النَّصِيحَةُ» قلنا: لمن؟ قال: «لِلَّهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ وَلِأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ» [106].
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)التربية الأسلامية 1«الدِّينُ النّصِيحةُ»، قُلْنا: لِمنْ؟ قال:«لِلّهِ ولِكِتابِهِ ولِرسُولِهِ ولِأئِمّةِ الْمُسْلِمِين وعامّتِهِمْ»
- مجموعة زاد التربية الإسلامية (1)، والسيرة النبوبة (1)، والعقيدة (1)، والفقه (1)التربية الأسلامية 1«الدِّينُ النّصِيحةُ»، قُلْنا: لِمنْ؟ قال: «لِلّهِ ولِكِتابِهِ ولِرسُولِهِ ولِأئِمّةِ الْمُسْلِمِين وعامّتِهِمْ»
- مجموعة زاد التربية الإسلامية (3)، والسيرة النبوية (3)التربية الإٍسلامية -3- «الدِّينُ النَّصِيحَةُ»، قلنا: «لمن؟»، قال: «ﷲِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ وَلأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ»
- مشروع منهاج زادكزادك 2 طالب نهائي«الدِّينُ النَّصِيحَةُ». قُلْنَا: لِمَنْ؟ قَالَ: «للهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ وَلِأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ»
- نبراس طالب (1)1«الدِّينُ النَّصِيحَةُ» قُلْنَا: لِمَنْ؟ قَالَ: «لِلهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ وَلِأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ»
- نبراس طالب (1)1«الدِّينُ النَّصِيحَةُ» قُلْنَا: لِمَنْ؟ قَالَ: «لِله وَلِكِتَابِهِ وَلِرَسُولِهِ وَلِأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ»
- نبراس طالب (3)نبراس طالب 3«الدِّينُ النَّصِيحَةُ» قُلْنَا: لِمَنْ؟ قَالَ: «للهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ وَلِأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ»