Skip to content

"Həqiqətən hər bir əməldə yumşaq davranmaq əməli bəzəyər, yoxluğu isə həmin əməli çirkin edər".

Peyğəmbərimizin (Allahın salavatı və salamı onun üzərinə olsun) zövcəsi Aişədən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

"Həqiqətən hər bir əməldə yumşaq davranmaq əməli bəzəyər, yoxluğu isə həmin əməli çirkin edər".

«إِنَّ الرِّفْقَ لَا يَكُونُ فِي شَيْءٍ إِلَّا زَانَهُ، وَلَا يُنْزَعُ مِنْ شَيْءٍ إِلَّا شَانَهُ».

Muslim rəvayət etdi.
Səhih
Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan edir ki, sözdə və əməldə yumşaqlıq, mülayimlik, ehtiyatlı davranma hər bir işin gözəlliyini, keyfiyyətini və mükəmməlliyini artırır və ehtiyacı olana daha rahat anlatmağa yardım edir. Həlim olmamaq işləri qüsurlu edər, qəbahətli edər və ehtiyac sahibinin istədiyi şeyə nail olmasına mane olar və nail olsa belə çətinliklə əldə edər.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Yumşaq xasiyyətə yiyələnməyə təşviq.

Yumşaqlıq insanı gözəlləşdirir və bu dünya və axirətdə ümumi xeyirlərə nail olmağa səbəb olur.

Mənbələr

Sahihu Muslim (4/ 2004) (2594).

Əlavə (4)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 683).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص414).