Skip to content

Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Allahın Rəsulu olduğuna, namaz qılmağa, zəkat verməyə, (başçıya) eşidib itaət etməyə və hər bir müsəlmana nəsihət etməyə Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) beyət etdim.

Cabir bin Abdullahdan (Allah ondan razı olsun) belə söylədiyi rəvayət edilir:

Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Allahın Rəsulu olduğuna, namaz qılmağa, zəkat verməyə, (başçıya) eşidib itaət etməyə və hər bir müsəlmana nəsihət etməyə Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) beyət etdim.

بَايَعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى شَهَادَةِ أَنْ لاَ إِلَهَ إِلَّا اللَّهُ، وَأَنَّ مُحَمَّدًا رَسُولُ اللَّهِ، وَإِقَامِ الصَّلاَةِ، وَإِيتَاءِ الزَّكَاةِ، وَالسَّمْعِ وَالطَّاعَةِ، وَالنُّصْحِ لِكُلِّ مُسْلِمٍ.

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Sahabə Cərir bin Abdullah (Allah ondan razı olsun) xəbər verir ki, o, Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) tövhid, gecə və gündüz beş vaxt vacib namazı şərtləri, rükunları, vacibləri və sünnətləri ilə qılmaq, varlılardan alınıb kasıblara və digər layiq olan kəslərə verilən, malda vacib olan zəkatı əda etmək, hakimlərə itaət etmək, hər bir müsəlmana nəsihət etmək üzərinə - bu isə söz və əməllə ona fayda verməyə həris olmaq, ona xeyir çatdırmaq, ondan zərəri dəf etməklə olur- əhd-peyman bağladı.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Namaz və zəkatın əhəmiyyəti və onların hər ikisi də İslamın əsaslarındandır.

Müsəlmanlar arasında öyüd və nəsihətləşmənin əhəmiyyəti. Hətta səhabələr (Allah onlardan razı olsun) Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) bu barədə beyət etmişdir.

Mənbələr

Sahihul-Buxari (1/ 111) (524).

(3/ 72) (2157).

Sahihu Muslim (1/ 75) (56).

Əlavə (8)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 272).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص145).

شرح رياض الصالحين.

لابن عثيمين (2/ 398).

نزهة المتقين شرح رياض الصالحين.

لمجموعة من الباحثين (1/ 206).