Skip to content

"Qohumluq əlaqələrini kəsən cənnətə daxil olmaz".

Cubeyr bin Mutimdən (Allah ondan razı olsun) rəvayət edilir ki, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu:

"Qohumluq əlaqələrini kəsən cənnətə daxil olmaz".

«لَا يَدْخُلُ الْجَنَّةَ قَاطِعُ رَحِمٍ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, qohumlarla əlaqəni kəsən, haqlarını ödəməyən, onlara pislik edib əziyyət verən şəxs cənnətə layiq deyildir.

Kəlmələrin mənası

.....:

Hədisin faydalarından

Qohumluq əlaqələrini kəsmək böyük günahlardandır.

Qohumluq əlaqələri, insanlar arasındakı münasibətə, adət ənənəyə əsasən qurulur və zamana, məkana və şəxslərə görə dəyişə bilər.

Qohumluq əlaqələri, onları ziyarət etməklə, sədəqə verməklə, onlara yaxşılıq etməklə, həmçinin xəstəni ziyarət etmək kimi, xeyir işləri əmr edib, pis əməllərdən çəkindirmək kimi və buna bənzər əməllərlə mümkündür.

Qohumluğun yaxınlıq dərəcəsi artdıqca, onlarla əlaqələri kəsməyin günahı daha da artır.

Mənbələr

Sahihu Muslim (4/ 1981) (2556).

Sahihul-Buxari (8/ 5) (5984).

Əlavə (5)

شرح النووي على مسلم (16/ 113).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 90).

فتح ذي الجلال والإكرام بشرح بلوغ المرام.

لابن عثيمين (6/ 277).