Skip to content

"Elə bir müsəlman kişi yoxdur ki, fərz namazının vaxtına yetişib, gözəl şəkildə dəstəmaz alsın, namazda xuşunu və rukunu gözəl şəkildə yerinə yetirsin və böyük günah işləməsin ki, bu namaz özündən əvvəlki günahlara kəffarə olmasın. Və bu hər zaman belədir".

Osmandan (Allah ondan razı olsun) rəvayət olunur ki, o, dedi: Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurduğunu eşitdim:

"Elə bir müsəlman kişi yoxdur ki, fərz namazının vaxtına yetişib, gözəl şəkildə dəstəmaz alsın, namazda xuşunu və rukunu gözəl şəkildə yerinə yetirsin və böyük günah işləməsin ki, bu namaz özündən əvvəlki günahlara kəffarə olmasın. Və bu hər zaman belədir".

«مَا مِنَ امْرِئٍ مُسْلِمٍ تَحْضُرُهُ صَلَاةٌ مَكْتُوبَةٌ فَيُحْسِنُ وُضُوءَهَا وَخُشُوعَهَا وَرُكُوعَهَا، إِلَّا كَانَتْ كَفَّارَةً لِمَا قَبْلَهَا مِنَ الذُّنُوبِ، مَا لَمْ يُؤْتِ كَبِيرَةً، وَذَلِكَ الدَّهْرَ كُلَّهُ».

Muslim rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bəyan etmişdir ki, bir müsəlman fərz namazının vaxtı daxil olduqda, gözəl şəkildə dəstəmaz alar və onu tamamlayar, sonra isə namazı, Allahın əzəmətini xatırlayaraq, qəlbi və bütün əzaları ilə Allaha yönələrək - yəni xuşu ilə qılarsa, namazın ruku, səcdə və başqa əməllərini yerinə yetirərsə, böyük günahlar etmədikcə, bu namaz özündən əvvəlki kiçik günahların kəffarəsi olar. Bu fəzilət hər vaxt və hər namazda davam edir.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Günahlara kəffarə olan (günahları təmizləyən) namaz, qulun gözəl şəkildə dəstəmaz alıb, Allahın razılığını qazanmaq üçün xuşu ilə qıldığı namazdır.

İbadətlərə davamlı olmağın fəziləti. Və o kiçik günahların bağışlanmasına səbəbdir.

Gözəl şəkildə dəstəmaz almağın, namazı gözəl şəkildə və xuşu ilə qılmağın fəziləti.

Kiçik günahların bağışlanması üçün böyük günahlardan uzaq durmağın əhəmiyyəti.

Böyük günahlar yalnız tövbə ilə bağışlanır.

Mənbələr

Sahihu Muslim (1/ 206) (228).

Əlavə (10)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 257).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص611).

فيض القدير شرح الجامع الصغير.

لعبدالرؤوف المناوي (5/ 472).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (13/ 243).

نزهة المتقين شرح رياض الصالحين.

مجموعة من الباحثين (2/ 773).