نص الموضوع
Qohumluq əlaqələrini kəsmək, qohumlarla pis rəftar etmək və ya onların haqlarını ödəməkdən yayınmaq Allahın birləşdirilməsini əmr etdiyi əlaqələri kəsən ziyana uğrayanların xüsusiyyətlərindəndir. Hətta bu, bir cinayət və böyük günahlardandır. Belə bir cinayəti yalnız qəlbi sərtləşmiş, mərdliyi azalmış və məsuliyyət hissi olmayan kimsə edər.
Qohumlar: Ata və ana tərəfdən olan yaxınlardır. Qohumluq əlaqələrini kəsmək isə onlardan uzaqlaşmaqla, imkan daxilində onları ziyarət etməkdən üz döndərməklə, sevinclərinə şərik olmamaqla, kədərlərinə ortaq olmamaqla, həmçinin onlar başqalarından daha çox layiq olduqları xüsusi hədiyyə və bəxşişlərdə başqalarını onlardan üstün tutmaqla olur.
Dəlillər:
Qohumlarla əlaqəni kəsməyin haram olmasına dair çoxsaylı dəlillər mövcuddur. Onlardan bəziləri bunlardır:
Uca Allah buyurur:
"Əgər (haqdan) üz çevirsəniz, ola bilsin ki, yer üzündə fitnə-fəsad törədəsiniz və qohumluq əlaqələrini kəsəsiniz.
Onlar Allahın lənətlədiyi, qulaqlarını kar, gözlərini də kor etdiyi kimsələrdir".
(Muhamməd 47 surəsi, ayə 19).
Allah Təbarəkə va Təalə buyurur:
"Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədən kimsələrə gəlincə, onlar lənətə düçar olacaqlar. Onlar üçün pis yurd vardır".
(Rad 13 surəsi, ayə 25).
"Allahın birləşdirilməsini əmr etdiyini kəsir...".
Yəni: Allahın birləşdirilməsini əmr etdiyi qohumluq əlaqələrini kəsirlər (129).
[109] Təfsir ət-Tabari (6/625).
Cubeyr bin Mutim, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, salləllahu aleyhi va səlləm, belə buyurdu:
"Qohumluq əlaqələrini kəsən Cənnətə daxil olmaz".
[3] Hədisi Müslim: (233) rəvayət etmişdir.
Yəni: qohumluq əlaqələrini kəsən.
Əbu Hureyra, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
"Allah məxluqatı yaratdı, yaradılışı başa çatdırdıqdan sonra qohumluq əlaqəsi ayağa qalxıb Rəhmanın (beldə izarın bağlandığı yerdən) tutdu. Allah buyurdu: "Dur!". O dedi: "Bu, qohumluq əlaqələrini kəsməkdən Sənə sığınanın məqamıdır". Allah buyurdu: "Məgər səni birləşdirəni birləşdirməyimə, səni kəsəni də kəsməyimə razı deyilsənmi?". O dedi: "Əlbəttə, ey Rəbbim!". O buyurdu: "Sənin üçün elə belə də olacaqdır". Əbu Hureyra dedi: "Əgər istəsəniz, oxuyun: "Əgər üz döndərsəniz, yer üzündə fəsad törətməyiniz və qohumluq əlaqələrini kəsməyiniz gözlənilməzmi?" [131].
[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.
Aişə, Allah ondan razı olsun, Allah rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurduğunu rəvayət edir:
"Qohumluq əlaqəsi Ərşdən asılıb deyir: Kim məni qorusa, Allah da onu Öz rəhmətinə qovuşdurar, kim də mənimlə əlaqəni kəssə, Allah da ondan Öz rəhmətini kəsər" [132].
Zərərləri:
Bu böyük günahın zərərlərindən və cəzalarından bəziləri aşağıdakılardır:
- Qohumluq əlaqələrini kəsən şəxs, əvvəlki ayələrdə olduğu kimi, Uca Allahın kitabında lənətlənmişdir.
- Allah, ziyana uğrayan fasiqlərin xüsusiyyətlərindən biri kimi, Allahın birləşdirilməsini əmr etdiyi bağları, o cümlədən də qohumluq əlaqələrini kəsməyi müəyyən etmişdir. Uca Allah buyurur:
"O kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini əmr etdiyini kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Məhz onlar ziyana uğrayanlardır!".
(Bəqərə 2 surəsi, ayə 264).
- Qohumluq əlaqələrini kəsən şəxsin cəzası, axirətdəki cəzası da öz yerində qalmaqla, bu dünyada tezləşdirilər. Əbu Bəkrətədən, Allah ondan razı olsun, rəvayət olunur ki, Allahın elçisi, sallallahu aleyhi və səlləm, belə buyurmuşdur:
"Allahın, sahibinə axirətə saxladığı əzabdan əlavə, dünyada da cəzasını tezləşdirməyə ən layiq bildiyi günah zülm və qohumluq əlaqələrini kəsməkdir" [133].
[37] Hədisi Əbu Davud: (4607) rəvayət etmişdir.
- Qohumluq əlaqələrini kəsən şəxsə verilən ən böyük cəzalardan biri də onun Cənnətə daxil olmaqdan məhrum edilməsidir. Cubeyr ibn Mutim, Allah ondan razı olsun, rəvayət edir ki, rəsulullah, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurmuşdur:
- Qohumlarla əlaqəni kəsən kimsənin əməli Allaha yüksəlməz və Allah da onu qəbul etməz. Əbu Hureyrə, Allah ondan razı olsun, demişdir: "Mən peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurduğunu eşitdim:
«Şübhəsiz ki, Adəm övladının əməlləri hər cümə axşamı, cümə gecəsi Uca Allaha arz olunur və qohumluq əlaqələrini kəsən şəxsin əməli qəbul olunmaz» [135].
[19] Hədisi İmam Əhməd "Müsnəd" (17634) əsərində rəvayət etmişdir.
Qorunma:
Bu böyük günahın təhlükələrinə düşməkdən qorunmağın yolları bunlardır:
- Müsəlmanın qohumluq əlaqələrini saxlamağın fəzilətini xatırlaması, onu bu əlaqələri qorumağa sövq edər. Buna misal olaraq, Ənəs ibn Malik, Allah ondan razı olsun, belə demişdir: mən peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurduğunu eşitdim:
"Kim ruzisinin artmasını və ya ömrünün uzanmasını istəyirsə, qohumluq əlaqələrini qorusun" [136].
- Pisliyə yaxşılıqla cavab vermək, əlaqəni kəsənlə əlaqə saxlamaq. Abdullah bin Amr, Allah onların hər ikisindən razı olsun, rəvayət edilir ki, peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, belə demişdir:
«Qohumluq əlaqəsini qarşılıqlı saxlayan kimsə heç də qohumluq əlaqəsini saxlayan kimsə sayıla bilməz. Lakin həqiqi qohumluq əlaqəsini saxlayan o kimsədir ki, qohumu onunla əlaqələri kəssə belə onunla yenidən əlaqə qurar» [137].
[8] Hədisi Buxari: (5885) rəvayət etmişdir.
- Üzrləri qəbul etmək və pisliyi bağışlamaq. Bu, peyğəmbərlərin, Allahın salavatı və salamı onların üzərinə olsun, əxlaqındandır və buna ən gözəl misal, qardaşlarının ona etdiyi pisliklərə baxmayaraq, aralarındakı sevgi bağının qopmaması üçün onları əfv edən və əməllərinə göz yuman Yusifdir, aleyhi-ssəlam.
- Qohum-əqrəbaya onlardan heç bir qarşılıq gözləmədən canı və malı ilə səxavətli olmaq, etdiyi yaxşılığı onların başına qaxmaqdan və gücləri çatmayan bir şeyi onlara yükləməkdən çəkinmək, onlarla təvazökar və gözəl əxlaqlı olmaq, səhvlərinə və xətalarına səbr edib onlara əhəmiyyət verməmək, onlara qarşı yaxşı zəndə olmaq, onları çox danlayıb məzəmmət etməmək.
- Qohum-əqrəbanı bir araya toplamağa həris olmaq. Onları mərasimlərə və ziyafətlərə dəvət etmək, ziyarət etmək və telefonla əlaqə saxlamaq.
- Uşaqları qohumluq əlaqələrini qorumağın əhəmiyyətinə alışdırmaq və bu ruhda tərbiyə etmək ki, böyüdükdə bunu örnək götürüb tətbiq etsinlər.
- Ailə problemlərini, xüsusilə də miras məsələlərini, məsləhətləşmə və mülayimliklə həll etmək.
- Qohumlarla əlaqəni pozmağa səbəb olan təkəllüfdən (özünü çətinliyə salmaqdan) çəkinmək.