نص الموضوع
Şərab, şəriətin haram etdiyi və onu içəni, eləcə də hazırlanmasında, satılmasında, daşınmasında, təqdim edilməsində və ya başqa bir şəkildə iştirak edəni lənətlədiyi pis əməllərdəndir. Şərab içmək, sahibini dünyada pis aqibətlərə düçar etməklə yanaşı, axirətdə də şiddətli əzaba məruz qoyan böyük günahlardan biridir.
Peyğəmbər, sallallahu aleyhi va səlləm, şərab içilməsinin geniş yayılmasının Qiyamət gününün əlamətlərindən biri olduğunu xəbər vermişdir. Ənəs bin Malik, Allah ondan razı olsun, rəvayət edir ki, Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə demişdir:
"Qiyamətin əlamətlərindən, elmin aradan qalxması, cəhalətin yayılması, haram içkilərin içilməsi və zinanın artmasıdır" [76].
[76] Hədisi Buxari: (80) və Müslim: (2671) rəvayət etmişdir.
Sərxoş edən və ağlı başdan alan hər bir şey, məsələn: narkotik maddələrin və həşişin bütün növləri spirtli içki (xamr) hökmündədir. Bunların hamısı haramdır və onlardan hər hansı birini qəbul etmək icazəli deyil. Abdullah bin Ömər, Allah onların hər ikisindən razı olsun, rəvayət edir ki, Allahın rəsulu, sallallahu aleyhi və səlləm, belə buyurmuşdur:
“Hər bir sərxoşedici, alkaqollu içkidir və hər bir sərxoşedici haramdır. Kim dünyada sərxoşedici içkiyə aludə olub onu daima içərsə və tövbə etmədən ölərsə, onu axirətdə içməyəcəkdir” [96].
[3] Hədisi Müslim: (233) rəvayət etmişdir.
Dəlillər:
Şərabın haram olmasının, onun çirkinliyinin və günahının böyüklüyünün dəlilləri çoxdur. Onlardan bəziləri bunlardır:
Uca Allah buyurur:
"Ey iman gətirənlər! Şübhəsiz ki, şərab da, qumar da, (ibadət üçün) dik qoyulmuş bütlət (və ya daşlar) da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız.
Həqiqətən, şeytan şərab və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı anmaqdan və namazdan ayırmaq istər. Bunlara son qoyacaqsınızmı?".
[Maidə 5 surəsi, ayə 38].
Ənəs bin Məlik, Allah ondan razı olsun, belə demişdir:
"Şərab haram edilən gün mən Əbu Talhanin evində qonaqlara şərab süzürdüm. Birdən bir carçının səsi eşidildi. Əbu Talha: "Çıx, bax" – dedi. Mən çölə çıxdım və bir carçının: "Bilin! Artıq şərab haram edilmişdir" – deyə səsləndiyini eşitdim. Əbu Talha mənə dedi: "Çıx və onu tök". Mən də onu tökdüm və şərab Mədinənin küçələrindən axdı" [97].
[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.
Əbu Hureyrə, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
«Zina edən kimsə zina etdiyi vaxt mömin olmaz. Şərab içən kimsə şərab içdiyi vaxt mömin olmaz» [98].
Abdullah bin Ömər, Allah onların hər ikisindən razı olsun, rəvayət edir ki, Allah rəsulu, sallallahu aleyhi və səlləm, belə demişdir:
“Allah şəraba, onu içənə, süzənə, satana, alana, hazırlayana, hazırlatdırana, daşıyana və özünə daşınana - lənət etmişdir” [99].
[37] Hədisi Əbu Davud: (4607) rəvayət etmişdir.
Əbu Dərda, Allah ondan razı olsun, rəvayət edir ki, Xəlilim, sallallahu aleyhi va səlləm, mənə tövsiyə etmişdir:
“Sərxoşedici içki içmə, çünki o, hər bir şərin açarıdır” [100].
[74] Hədisi İbn Macə: (4019) rəvayət etmişdir.
Əbu Dərda, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, belə demişdir:
"Sərxoşedici içkiyə aludə olan Cənnətə daxil olmaz" [101].
Zərərləri:
Bu böyük günahın nəticəsində meydana gələn cəzalar və təhlükələrdən bəziləri bunlardır:
- Şərab içən kəsin qırx gün namazı qəbul olunmaz. Çünki Abdullah bin Amrdan, Allah onların hər ikisindən razı olsun, rəvayət edilir ki, Allah rəsulu, sallallahu aleyhi və səlləm, demişdir:
«Kim şərab içərsə, Allah onun qırx gün namazını qəbul etməz. Əgər tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Əgər yenidən (bu günaha) qayıdarsa, Allah onun qırx gün namazını qəbul etməz. Əgər tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Əgər yenidən (bu günaha) qayıdarsa, Allah onun qırx gün namazını qəbul etməz. Əgər tövbə edərsə, Allah onun tövbəsini qəbul edər. Əgər dördüncü dəfə (bu günaha) qayıdarsa, Allah onun qırx gün namazını qəbul etməz. Bu dəfə tövbə etsə də, Allah onun tövbəsini qəbul etməz və ona Xəbal çayından içirdər». Soruşdular: “Ey Əbu Abdurrahman! Xəbal çayı nədir?”. Dedi: “Cəhənnəm əhlinin irinindən olan bir çaydır” [102].
[28] Hədisi Tirmizi: (2140) rəvayət etmişdir.
- Onu içən kimsə tövbə etmədən ölərsə, Axirətdə şərab ona haram olar. Abdullah bin Ömər, Allah onların hər ikisindən razı olsun, Allahın elçisinin, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurduğunu rəvayət edir:
"Kim dünyada sərxoşedici içki içib, ondan tövbə etməzsə, axirətdə ondan məhrum ediləcəkdir" [103].
- Şərab içmək müsəlmanlar arasında ədavət, kin salır və bir çox ailələri dağıdır. Belə ki, bir çox boşanma hallarının və övladların pərən-pərən düşməsinin səbəbi içki aludəçiliyidir. İçki içib ağlını itirən şəxs şüursuz vəziyyətə düşür və bədənləri lərzəyə gətirən böyük günahlar törədə bilər. Çünki şərab bütün pisliklərin anası (əsası) və hər bir şərin açarıdır.
- Şərab, onu qəbul edənin mal-dövlətini zərərli və faydasız şeylərə sərf edir və insan (Qiyamət günü) malını haradan qazandığı və haraya xərclədiyi barədə sorğu-sual olunacaqdır. Çünki Əbu Bərzə əl-Əsləmi, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, sallallahu aleyhi və səlləm, belə demişdir:
«Qiyamət günü, heç bir qul həyatını necə keçirməsi, elmi ilə nə işlər görməsi, malını haradan qazanıb hara xərcləməsi və bədənini harada yorduğu haqqında soruşulmadıqca yerindən tərpənməyəcəkdir» [104].
- Şərab içmək qəmləri daha da artırar, problemləri daha da mürəkkəbləşdirər. Bu bekar insanların dediyi kimi sevinc və fərəh gətirmir. Əgər gətirsə belə, bu, saxta və aldadıcı bir sevinc, yalançı bir fərəhdir ki, tez bir zamanda yox olar və onun ardınca uzun müddətlik peşmançılıq, həsrət, qəm və qüssə gələr.
- Sərxoşedici içki qəbul etmək bir çox maddi və mənəvi zərərlərə yol açır. Onun zərərli olmasına təkcə, Uca Allahın insanı şərəfləndirdiyi ağlı aradan aparması belə kifayətdir.
Qorunma:
Ondan istifadə etməkdən və aludəçilikdən qorunma yolları:
- Allahın əmr və qadağalarını uca tutmaq, əmrlərini dərhal yerinə yetirib, qadağalarından çəkinmək. Çünki insan Allahın yaratdıqlarında, qədərində, əmr və qadağan etdiklərindəki kamil rəhmətinə və hikmətinə inanarsa, Rəbbinin bütün təlim və hökmlərindən razı qalar, onları gözəl bir şəkildə qəbul edər və heç bir bezginlik və ya sıxıntı hiss etmədən onları yerinə yetirməyə tələsər.
- Sərxoşediciləri qəbul etməyin doğurduğu pis nəticələri, rüsvayçı davranışları, zillət və rəzaləti, xəcalət və peşmançılığı bilmək.
- Dəyişiklik üçün iradəli və israrlı olmaq. Bu, qətiyyət və səy tələb edir.
- Pis dostlardan uzaq olmaq, yaxşı və saleh insanlarla dostluq etmək. Əgər belə edərsə Allahın izni ilə onlardan çoxlu kömək görəcəkdir.
- Spirtli içkiyə və ya narkotik maddələrə aludə olanların müalicəsinə kömək edən bəzi tibbi müalicələr mövcuddur ki, onlardan faydalanmaq, həkimlərə və ixtisaslaşmış mərkəzlərə müraciət etmək olar.