نص الموضوع
Oğurluq, insanın əmanətinə və dininə xələl gətirən ən böyük günahlardan biridir. Uca Allah bunun üçün, şərtləri ödənildikdə əlin kəsilməsi olan hədd cəzasını vacib etmiş, bu böyük günahı törətdiyi zaman oğrunun imanını aradan qaldırmış və ona lənət etmişdir.
Hökmləri fərqli olsa da, oğurluqla əlaqəli olan ixtiləs (xəlvətcə göturmək), qarət və cibgirlik kimi başqa növlər də vardır və bu çirkin əməllərdən hər birinin öz hökmü və cəzası vardır.
Dəlillər:
Oğurluğun haram olmasını, onun çirkinliyini və günahının böyüklüyünü bildirən dəlillər çoxdur. Bunlardan bəziləri aşağıdakılardır:
Uca Allah buyurur:
"Oğru kişinin və oğru qadının, etdikləri əməlin cəzası və Allahdan bir ibrət olaraq (sağ) əllərini kəsin! Allah qüdrətlidir, hikmət sahibidir".
[Maidə 5 surəsi, ayə 38].
İbn Şihab əz-Zühri demişdir:
"Allah, insanların mallarının oğurlanmasına görə əl kəsməyi ibrət olaraq cəza təyin etmişdir. Allah oğrunu cəzalandırmasında qüdrətlidir, onun əlini kəsməyi vacib etməsində isə hikmət sahibidir" [88].
[64] Zəhəbinin “əl-Kəbəir” kitabı, (səh: 20).
Əbu Hureyrə, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
"Zina edən kimsə zina etdiyi vaxt mömin olmaz. Oğurluq edən kimsə oğurluq etdiyi vaxt mömin olmaz" [89].
[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.
Əbu Hureyra, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:
"Yumurta oğurladığına görə əli kəsilən, həmçinin ip oğurladığına görə əli kəsilən oğruya Allah lənət etmişdir!" [90].
Aişə, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, sallallahu aleyhi və səlləm, belə demişdir:
"(Oğru) əl, dörddə bir dinara və bundan artığına görə kəsilir" [91].
Urva bin Zubeyr rəvayət edir ki, peyğəmbərin, sallallahu aleyhi va səlləm, zamanında Fəth döyüşündə bir qadın oğurluq etmişdir. Qadının qövmü bundan narahat olub şəfaətçi olması üçün Usamə bin Zeydin yanına gəldilər. Urva dedi: Usamə bu barədə peyğəmbərlə, sallallahu aleyhi va səlləm, danışdıqda, peyğəmbərin, sallallahu aleyhi və səlləm, üzünün rəngi dəyişdi və belə dedi:
"Sən Allahın hədlərindən biri barəsində mənimlə danışırsan?". Usamə dedi: "Ey Allahın elçisi, mənim üçün bağışlanma dilə!". Axşam olduqda Allahın elçisi xütbə vermək üçün ayağa qalxdı. O, Allaha layiq olduğu şəkildə həmd-səna etdikdən sonra belə buyurdu: "Bundan sonra, sizdən əvvəlki insanları həlak edən bu idi ki, onların arasından tanınmış biri oğurluq etdikdə onu buraxar, zəif biri oğurluq etdikdə isə ona hədd cəzası tətbiq edərdilər. Muhəmmədin canı Əlində Olana and olsun ki, əgər Muhəmmədin qızı Fatimə oğurluq etsəydi, onun əlini kəsərdim". Sonra Allah rəsulu, sallallahu əleyhi va səlləm, o qadın haqqında əmr etdi və onun əli kəsildi. Bundan sonra onun tövbəsi gözəl oldu və o, ailə həyatı qurdu. Aişə, Allah ondan razı olsun, dedi: "Bundan sonra o qadın gələrdi və mən onun ehtiyacını Allah rəsuluna, sallallahu əleyhi va səlləm, çatdırardım" [92].
Əlin kəsilməsi olan bu ağır cəza, başqasının malına təcavüz etməyə görədir. Bu cəza, insanların mallarını oğurlamaq istəyənlər üçün çəkindirici bir ibrət, həmçinin oğrunun günahından təmizlənməsi, cəmiyyətdə əmin-amanlıq və sabitliyin bərqərar olması və insanların mallarının qorunmasıdır.
Zərərləri:
Oğurluq etməyin bir çox zərərləri vardır, onlardan bəziləri aşağıdakılardır:
-Oğurluq etmək kamil imana ziddir. Buna dəlil əvvəlki hədisdir: "Oğurluq edən kimsə oğurluq etdiyi vaxt mömin olmaz".
- Tövbə etməyən oğruya, dünyadakı rüsvayçılıqdan əlavə, Axirətdə də əzab vəd edilmişdir.
- Oğrunun əlinin kəsilməsinə səbəbdir.
- Oğru duasının qəbulundan məhrum edilir. Əbu Hureyra, Allah ondan razı olsun, demişdir:
Peyğəmbər, sallallahu əleyhi va səlləm, uzun müddətli səfərə çıxmış, saçları dağınıq, üst-başı da toz-torpaq içində olan və bu halda əllərini göyə qaldırıb: “Ya Rəbb, ya Rəbb!”– deyə yalvaran birisini xatırlatdı və buyurdu: “Onun yediyi haram, içdiyi haram, geydiyi haram – haramla qidalanmışdır. Beləsinin duası necə qəbul ola bilər?!” [93].
[3] Hədisi Müslim: (233) rəvayət etmişdir.
- Bu, nəfsin alçaqlığına və mənəvi səviyyəsinin aşağı olduğuna dəlalət edir.
- İnsanlar oğruya heç bir şeyi — hətta dəyərsiz bir şeyi belə — etibar etməzlər.
Qorunma:
Oğurluğa düşməkdən qorunma yolları:
- Oğrunun əlinin kəsilməsi (şəri həddi tətpiq etmək), cəmiyyətdə oğurluğun qarşısını almağın ən güclü səbəblərindən biridir.
- Əmanəti qorumağa həvəsləndirmək və oğurluq və bu kimi əməllərlə xəyanət etməkdən çəkindirmək.
- Halal ruzinin bütün ailəyə olan bərəkətini, oğurluğun şərini və onun bütün ailəyə olan təsirini yada salmaq.
- Uşaqları iffətli olmağa, başqalarının haqqına və malına təcavüz etməməyə tərbiyə etmək, Şeytanın ona oğurluq etməyi vəsvəsə etməməsi üçün uşağın əsas ehtiyaclarını təmin etmək və onu bu cür davranışları gözəl göstərən pis dostlardan uzaqlaşdırmaq.
- Haram ruzidən və onun yollarından çəkinərək halal ilə kifayətlənmək, bu yolda səy göstərmək və Uca Allaha dua etmək. Peyğəmbər, sallallahu aleyhi va səlləm, də bu barədə belə buyurmuşdur:
«اللَّهُمَّ اكْفِنِي بِحَلَالِكَ عَنْ حَرَامِكَ، وَأَغْنِنِي بِفَضْلِكَ عَمَّنْ سِوَاكَ»: [Allahummə-kfiniy bi-həlalikə an həramikə va əğniniy bifadlikə ammən sivakə] - "Allahım! Məni Öz halalınla kifayətləndirib haramına möhtac etmə! Məni Öz lütfünlə Özündən başqasına möhtac etmə!" [94].
[28] Hədisi Tirmizi: (2140) rəvayət etmişdir.