Skip to content

نص الموضوع

Zina, dinin və əxlaqın fəsadına dəlalət edən böyük bir günahdır və onun zərəri xalqları və cəmiyyətləri zəifliyə, fəsada və məhvə sürükləyir.

Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, zinanın çoxalmasının və yayılmasının Qiyamət saatının əlamətlərindən biri olduğunu xəbər vermişdir. Ənəs bin Məlik, Allah ondan razı olsun, rəvayət edir ki, Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə demişdir:

"Qiyamətin əlamətlərindən, elmin aradan qalxması, cəhalətin yayılması, haram içkilərin içilməsi və zinanın artmasıdır" [76].

[76] Hədisi Buxari: (80) və Müslim: (2671) rəvayət etmişdir.

Dəlillər:

Zinanın haram olmasını, onun çirkinliyini və günahının böyüklüyünü bəyan edən dəlillər çoxdur. Onlardan bəziləri aşağıdakılardır:

Uca Allah buyurur:

"Zinaya yaxınlaşmayın. Çünki o, iyrənc bir əməl və murdar bir yoldur!".

(İsra 17 surəsi, ayə 32).

Pak və Uca olan Allah buyurur:

"Zinakar qadının və zinakar kişinin hər birinə yüz çubuq vurun. Əgər Allaha və axirət gününə inanırsınızsa, Allahın dinində (hökmlərini tətbiq edərkən) onlara yazığınız gəlməsin. Qoy möminlərdən bir dəstə onların əzabına şahid olsun".

(Nur 24 surəsi, ayə 2).

Allah Təbarəkə va Təalə buyurur:

"Onlar Allahla yanaşı başqa məbuda dua etməz, Allahın haram etdiyi canı haqsız yerə qətlə yetirməz və zina etməzlər. Kim bunu (və ya bunlardan birini) edərsə cəzaya məruz qalar.

Qiyamət günü onun əzabı qat-qat artırılar və onun (əzabın) içində zəlil olaraq əbədi qalar.

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!".

(Furqan 25 surəsi, ayə 68-70).

Əbu Hureyrə, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:

"Zina edən kimsə zina etdiyi vaxt mömin olmaz" [77].

[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.

Abdullah bin Məsud, Allah ondan razı olsun, belə demişdir:

Peyğəmbərdən, sallallahu aleyhi va səlləm, soruşdum: “Allah qatında ən böyük günah hansıdır?”. O dedi: «Səni yaratmış olduğu halda Allaha şərik qoşmağındır». Dedim: “Həqiqətən də bu, böyük bir məsələdir”. Dedim: “Bəs sonra hansı?”. O dedi: «Səninlə birlikdə yeyəcəyindən qorxub övladını öldürməyin». Dedim: “Sonra hansı?”. O dedi: «Qonşunun zövcəsi ilə zina etməyin» [78].

Ubadə bin Samit, Allah ondan razı olsun, rəvayət edir ki, Allahın rəsulu, sallallahu aleyhi və səlləm, belə demişdir:

«Məndən götürün, məndən götürün. Zina edən bakirə qadın və subay kişinin cəzası yüz çubuq və bir il müddətinə sürgün edilməsidir, zina edən evli kişi və qadının cəzası isə yüz çubuq və daşqalaq edilməsidir» [79].

[3] Hədisi Müslim: (233) rəvayət etmişdir.

Zinanın bütün növləri haramdır və böyük günahlardan biridir. Lakin zinanın bəzi növlərinin günahı Uca Allah qatında digərlərindən daha böyükdür. Zinanın ən şiddətli və Uca Allahın ən çox nifrət etdiyi növləri isə aşağıdakılardır:

  • Məhrəmlərlə zina etmək. Bəra bin Azib, Allah ondan razı olsun, demişdir:

«Əmimə rast gəldim, əlində bir bayraq var idi. Ona dedim: “Hara gedirsən?” Dedi: “Allah rəsulu, sallallahu aleyhi va səlləm, məni atasının arvadı ilə evlənən bir kişinin yanına göndərib və onun boynunu vurub malını götürməyimi əmr etdi» [80].

[37] Hədisi Əbu Davud: (4607) rəvayət etmişdir.

  • Qonşunun zövcəsi ilə zina etmək. Miqdad bin Əsvəd, Allah ondan razı olsun, belə demişdir:

Allahın rəsulu, salləllahu aleyhi va səlləm, səhabələrindən zina haqqında soruşdu. (Səhabələr) dedilər: “Haramdır, Allah və Onun rəsulu onu haram etmişdir”. O buyurdu: “Kişinin on qadınla zina etməsi, onun üçün qonşusunun zövcəsi ilə zina etməsindən daha yüngüldür” [81].

[81] Hədisi Buxari "əl-Ədəbul-Mufrad" kitabında: (103) rəvayət etmişdir.

  • Mücahidlərin xanımları ilə zina etmək. Süleyman bin Bureydə atasından, Allah ondan razı olsun, rəvayət edir ki, Allah rəsulu, sallallahu aleyhi və səlləm, belə demişdir:

«Mücahidlərin qadınlarının haramlığı cihadda iştirak etməyənlərə öz analarının haramlığı kimidir. Cihadda iştirak etməyənlərdən bir kişi mücahidlərdən birinin ailəsinə baxmaq üçün onun yerində qalıb onlara xəyanət edərsə, Qiyamət günü (həmin mücahid) onun qarşısında durdurular və o, (xəyanət edənin) əməlindən istədiyini götürər. Bəs siz nə zənn edirsiniz?» [82].

  • Yaşlı kişilərin zina etməsi. Əbu Hureyrə, Allah ondan razı olsun, rəvayət edir ki, Allah rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, belə demişdir:

«Üç kimsə var ki, Allah Qiyamət günü onlarla danışmayacaq, onları (günahlardan) təmizə çıxarmayacaq, onlara nəzər salmayacaq və onlar üçün ağrılı bir əzab vardır: zina edən qoca, yalançı hökmdar və təkəbbürlü kasıb» [83].

Zərərləri:

Zinanın bir çox zərərləri vardır. Onlardan bəziləri aşağıdakılardır:

  • Qul zina etdiyi zaman iman ondan uzaqlaşar, tövbə etdikdə isə iman ona geri qayıdar. Əbu Hureyrə, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurmuşdur:

«Kişi zina etdiyi vaxt iman ondan çıxar və bir kölgə kimi başının üzərində dayanar. Zina edib qutardıqda isə iman ona geri qayıdar» [84].

  • Zina, Allahın qəzəbinə, nifrətinə və əzabına səbəbdir.
  • Dünyada şəri cəzanı gərəkdirir. Bu cəza, evli olduğu təqdirdə ölənə qədər daşqalaq edilməsi (rəcm), bakirə olduğu təqdirdə isə yüz çubuq vurulmasıdır.
  • Zina nəsillərin bir-birinə qarışmasına, ailələrin dağılmasına, onların arasında yadlıq yaranmasına və cəmiyyətin məhv etməsinə səbəb olur.
  • Əvvəlki dövrlərdə mövcud olmayan xəstəliklərin, məsələn: QİÇS xəstəliyinin ortaya çıxması.
  • Zina, həyanı və əmanəti aradan aparır.

Qorunma:

Zina günahına düşməkdən qorunmağın yolları:

  • Evlənmək zinadan qorunmağın ən güclü səbəblərindən biridir. Kim evlənə bilmirsə, oruc tutsun. Abdullah bin Məsud, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, buyurmuşdur:

"Kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü harama baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən oruc şəhvəti qırır" [85].

  • Əzaları qorumaq, baxışları aşağı salmaq. Necə ki, Uca Allah buyurur:

"Mömin kişilərə de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha təmiz olar. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.

Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və ayıb yerlərini (zinadan) qorusunlar...".

Əbu Hureyra, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:

«Allah Adəm övladına zinadan olan payını yazmışdır. O, bununla mütləq qarşılaşacaqdır. Gözün zinası baxmaq, dilin zinası danışmaqdır. Nəfs arzulayar və istəyər, övrət yeri isə bunu ya təsdiq ya da təkzib edər» [86].

  • Naməhrəm qadınla tək qalmamaq. İbn Abbas, Allah onlardan razı olsun, demişdir: mən peyğəmbərin, sallallahu aleyhi və səlləm, belə buyurduğunu eşitdim:

"Bir kişi bir qadınla yanında məhrəmi olmadan təklikdə qalmasın" [87].

  • Müsəlman qadının, Allahın "Nur" və "Əhzab" surələrində əmr etdiyi hicaba əməl etməsi və şəriətin qadağan etdiyi açıq-saçıqlıqdan çəkinməsi.
  • Əxlaqsız saytlara daxil olmaqdan, habelə pis kişi və qadın dostlarla əlaqə saxlamaqdan çəkinmək.
  • Tövbənin üç şərtinə riayət etməyə təşviq etmək (zinanı tərk etmək, peşman olmaq və bir daha ona qayıtmamağa qəti qərar vermək). Uca Allah Rəhmanın qullarını vəsf edərək belə buyurmuşdur:

"... onlar zina etməzlər. Kim bunu edərsə cəzaya məruz qalar.