Skip to content

نص الموضوع

Namazın İslamda məqamı ucadır, o, dinin dirəyidir və şəhadət kəlməsindən sonra ilk ibadətdir. Abdullah bin Ömərdən, radiyallahu anhumə, rəvayət olunur ki, Allahın rəsulu, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:

"İslam beş (əsas) üzərində qurulmuşdur: Allahdan başqa (ibadətə haqqı olan) məbud olmadığına və Muhəmmədin (sallallahu aleyhi və səlləm) Allahın elçisi olduğuna şahidlik etmək, namaz qılmaq, zəkat vermək, həcc etmək və Ramazan orucunu tutmaq" [55].

[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.

Namazı tərk etmək ən böyük günahlardandır və bunu edən şəxsin küfrə düşməsindən qorxulur. Cabir, Allah ondan razı olsun, belə demişdir: Mən Allahın elçisinin, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurduğunu eşitdim:

"Kişi ilə şirk və küfür arasında, namazı tərk etməsi vardır" [56].

[3] Hədisi Müslim: (233) rəvayət etmişdir.

Dəlillər:

Namazı tərk etməyin haram olmasına, bu əməlin çirkinliyinə və günahının böyüklüyünə dair çoxlu dəlillər mövcuddur. Bu dəlillərdən bəziləri bunlardır:

Uca Allah buyurur:

"Onların arxasınca namazı buraxıb şəhvətə uyan bir nəsil gəldi. Onlar ziyana uğrayacaqlar".

(Məryəm 19 surəsi, ayə 59).

Yəni: onları şiddətli, iki qat əzab gözləyir. Təfsirçilər qeyd edirlər ki, namaza səhlənkar yanaşmaq ya onu tamamilə tərk etməklə ya da vaxtından sonraya saxlamaqla olur [57].

[57] Bax: Təfsir İbn Kəsir: (5/243).

"Sizi "Səqərə" (atəşə) salan nədir?

Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik".

(Muddəssir 74 surəsi, ayələr 42-43).

Namazı tərk etmək Cəhənnəmə daxil olmağın səbəblərindəndir. Allah bizi ondan qorusun.

İzzət və Cəlal sahibi olan Allah buyurur:

"Vay halına namaz qılanların –

O kəslərin ki, onlar namazlara qarşı səhlənkardırlar.

(Maun 107 surəsi, ayə 4-6).

Əs-Sədi, Allah ona rəhmət etsin, demişdir:

"Vay halına namaz qılanların" yəni: o kəslərin ki, namaz qılmağı öhdələrinə götürür, lakin "onlar namazlarında səhlənkardırlar" yəni: namazı zay edir, vaxtını ötürür, ərkanlarını naqis yerinə yetirirlər. Bu, onların Allahın əmrinə əhəmiyyət vermədikləri üçündür. Çünki onlar, itaətlərin ən mühümü və Allaha yaxınlaşdıran əməllərin ən fəzilətlisi olan namazı zay etmişlər" [58].

[11] Təfsir Səadi (səh: 324).

Bureydə, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbərin, sallallahu aleyhi va səlləm, belə demişdir:

"Bizimlə onlar arasındakı əhd namazdır. Kim namazı tərk etsə, artıq küfr etmişdir" [59].

[28] Hədisi Tirmizi: (2140) rəvayət etmişdir.

Tabiinlərdən olan Şəqiq bin Abdullah belə demişdir:

"Muhəmmədin, sallallahu aleyhi va səlləm, səhabələri namazdan başqa əməllərdən heç birinin tərk edilməsini küfür görmürdülər" [60].

Zərərləri:

Namazı tərk etməyin böyük zərərləri vardır. Bunlardan bəziləri aşağıdakılardır:

  • İslam dininin aşkar şüarlarından olan əzəmətli bir şüarın aradan getməsi.
  • Namazı tərk edən, Allaha sığınırıq, küfrə düşməyə məruz qalır. Fəqihlər ixtilaf etmişlər: namazı tərk edən, kafirdir və ona kafirlərə aid hökmlər tətbiq edilirmi? Yoxsa o, böyük günahlardan birini etmiş bir kimsədir?
  • Namazı tərk edənin İslamda payı yoxdur.

Misvər bin Məxrəmədən rəvayət edilir ki, o, Ömər bin Xattabın, Allah ondan razı olsun, xəncərlə vurulduğu gecə onun yanına daxil olub onu sübh namazına oyatdı. Ömər dedi: "Bəli, namazı tərk edənin İslamda payı yoxdur". Beləliklə, Ömər yarasından qan axdığı halda namazını qıldı [61].

[61] Hədisi İmam Malik: (51) rəvayət etmişdir.

"Yaradan qan axması" yəni: yaradan qan gəlməsi və fışqırması deməkdir.

Əl-Baci, Allah ona rəhmət etsin, demişdir:

"Ömər demişdir: "namazı tərk edənin İslamda heç bir payı yoxdur" yəni: onun İslamda heç bir nəsibi yoxdur və əməlləri qəbul olunmaz. Çünki namaz, qəbul olunma baxımından İslam əməllərinin birincisi və ən əzəmətlisidir. Kim namazı tərk etsə, onun digər İslam əməllərindən olan nəsibi batil olar, onlardan faydalana bilməz və onlardan heç bir payı olmaz" [62].

[62] əl-Müntəqa Şərh əl-Muvətta: (1/86).

  • Namazı tərk etmək Qiyamət günü məyusluq və ziyandır. Əbu Hureyradən, Allah ondan razı olsun, rəvayət edildiyinə görə o, belə demişdir: Mən Allah rəsulunun, salləllahu aleyhi va səlləm, belə dediyini eşitdim:

«Qiyamət günü qulun əməllərindən ilk haqq-hesab olunacağı şey onun namazıdır. Əgər namazı düzgün olarsa, o, nicat tapar və uğur qazanar. Yox əgər naqis olarsa, o, hüsrana və ziyana uğrayar» [63].

Aun bin Abdullah, rahiməhullah, demişdir:

«Həqiqətən, qul qəbrinə qoyulduqda ondan soruşulan ilk şey namazdır. Əgər (namazı) qəbul olunarsa, onun digər əməllərinə baxılar. Yox, əgər qəbul olunmazsa, ondan sonra əməllərindən heç birinə baxılmaz» [64].

[64] Zəhəbinin “əl-Kəbəir” kitabı, (səh: 20).

  • Kim bir namazı tərk edərsə, Allah ona qəzəblənər. İbn Abbas, Allah onlardan razı olsun, demişdir:

"Kim bir namazı qəsdən tərk edərsə, Uca Allah ona qəzəbli olduğu halda Onunla qarşılaşar" [65].

  • Peyğəmbərə, Allahın salavatı və salamı onun üzərinə olsun, namazı tərk edənlərlə döyüşmək əmr olunmuşdur. Abdullah bin Ömər, Allah onlardan razı olsun, rəvayət edir ki, Allahın rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurmuşdur:

"İnsanlar Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhammədin Allahın rəsulu olduğuna şahidlik edənə, namaz qılana və zəkat verənə qədər onlarla vuruşmaq mənə əmr olundu. Əgər bunları edərlərsə, İslamın haqqı (cinayətə görə veriləcək cəza) istisna olmaqla, qanlarını və mallarını məndən qorumuş olarlar, hesabları isə Allaha aiddir [25].

– Peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, xəbər verdiyi nurdan məhrum qalmaq. Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurmuşdur:

«Namaz nurdur» [67].

  • Namazın tərk edilməsi müsəlman cəmiyyətində çirkin əməlləri və yaramaz işləri yayır. Çünki müsəlmanların namazı qoruması onları və cəmiyyəti çirkin əməldən və yaramaz işdən qoruyur. Necə ki, Uca Allah buyurmuşdur:

"...və namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis işlərdən çəkindirir...".

[Ənkəbut 29 surəsi, ayə 45].

Qorunma:

Namazı tərk etmək böyük günahına düşməkdən qorunma yolları:

– Namazın İslamdakı böyük dəyərini bilmək və bunu Qurani-Kərimdən və Pak Sünnədən öyrənmək.

  • Peyğəmbərin, sallallahu aleyhi va səlləm, namaz qılma qaydasını öyrənmək. Belə ki, Malik bin Huveyris, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurmuşdur:

«Mənim necə namaz qıldığımı görürsünüzsə, siz də elə namaz qılın!» [67].

  • Fərz namazlarını məsciddə camaatla qılmaq və heç bir şeyin müsəlmanı vaxtında namazdan yayındırmasına imkan verməmək. Allah Təala buyurur:

"Ey iman gətirənlər! Mallarınız və övladlarınız sizi Allahın zikrindən yayındırmasın! Kim bunu etsə (bilsin ki,) onlar ziyana uğrayanlardır".

(Munafiqun 63 surəsi, ayə 9).

İbn Həcər əl-Heytəmi, Allah ona rəhmət etsin, demişdir:

"Təfsirçilərdən bir qrup demişdir: “Burada Allahın zikrindən məqsəd beş vaxt namazdır. Kim malı – alveri və ya sənəti – və ya övladı səbəbilə namazı vaxtında qılmaqdan yayınarsa, ziyana uğrayanlardan olar” [68].

[31] əz-Zəvacir an iqtiraf əl-kəbair: (1/162).

  • Namazları zay edən pis dostlardan və günah əhlindən uzaq durmaq.
  • Uşaqları kiçik yaşlarından namaza vərdiş etdirmək. Belə ki, Abdullah bin Amr bin Asdan, Allah onların hər ikisindən razı olsun, rəvayət olunur ki, Allahın rəsulu, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:

“Övladlarınıza yeddi yaşında ikən namaz qılmağı əmr edin, on yaşında ikən onları namaza görə (əgər qılmasalar) vurun” [69].

[37] Hədisi Əbu Davud: (4607) rəvayət etmişdir.

  • Çoxlu nafilə namazlar qılmaq. Çünki nafilə namazları fərzlərdəki qüsurları tamamlayır. Əbu Hureyra - Allah ondan razı olsun - rəvayət edir ki, peyğəmbər, sallallahu aleyhi və səlləm, buyurmuşdur:

"Həqiqətən, Qiyamət günü qulun əməllərindən ən birinci hesab olunacağı əməl onun namazıdır. Əgər namazı düzgün olarsa, o, nicat tapar və uğur qazanar. Əgər naqis olarsa, o, ziyana uğrayar və uduzar. Əgər fərz namazlarından bir şey əskik olarsa, Uca Rəbb buyurar: "Baxın, qulumun nafilə namazları varmı?". Fərz namazlarındakı əskikliklər onunla tamamlanacaqdır. Sonra onun digər əməlləri də bu qayda ilə hesablanacaqdır" [70].

  • Namazı əda etdikdə qazanılan böyük mükafatı bilmək. Çünki o, müsəlmanın Allaha itaət olaraq yerinə yetirdiyi ən sevimli əməldir. Həmçinin o, qulun öz Xaliqi ilə əlaqə quraraq Ona dua etdiyi və Ondan yardım dilədiyi bir vasitədir.
  • Namazı ilk vaxtında qılmağa tələsməyə və bu işə diqqətli olmağa səy göstərmək. Bunun üçün zəngli saatı qurmaq, bir dostdan xatırlatmasını istəmək, namaz vaxtlarını dəqiq göstərən bir vasitəni təqib etmək və digər bu kimi vasitələrdən istifadə etmək olar.

ملاحظات

[55] رواه البخاري برقم (8)، ومسلم برقم (21).

[56] رواه مسلم برقم (134).

[57] ينظر: تفسير ابن كثير (5/ 243).

[58] تفسير السعدي (ص: 935).

[59] رواه الترمذي برقم (261).

[60] رواه الترمذي برقم (2622).

[61] موطأ مالك برقم (51).

[62] المنتقى شرح الموطأ (1/ 86).

[63] رواه الترمذي برقم (413).

[64] الكبائر للذهبي (ص: 20).

[65] الكبائر للذهبي (ص: 20).

[66] رواه البخاري برقم (25)، ومسلم برقم (22).

[67] رواه مسلم برقم (223).

[67] رواه البخاري برقم (631)، ومسلم برقم (674).

[68] الزواجر عن اقتراف الكبائر (1/ 220).

[69] رواه أبو داود برقم (495).

[70] رواه الترمذي برقم (413).