Skip to content

نص الموضوع

Riyakarlıq, əməli puç edən böyük günahlardandır. Çünki o, şəriətin çəkindirdiyi şirk növlərindən biridir. Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurmuşdur:

"Sizin üçün ən çox qorxduğum kiçik şirkdir". İnsanlar dedilər: "Kiçik şirk nədir, ey Allahın rəsulu?". O isə, belə buyurdu: “Riyadır” [45].

[19] Hədisi İmam Əhməd "Müsnəd" (17634) əsərində rəvayət etmişdir.

Riyanın həqiqəti, qulun etdiyi əməllə təkcə Allahın Vəchini (razılığını) istəməməsidir. İstər əməlini yalnız insanlar üçün etsin, istərsə də Allah üçün etməklə yanaşı, insanların da görməsini istəsin, hər ikisi də riyadır.

Riya bəzən imanın əsasında ola bilər və bu, küfr və nifaqdır. Bəzən də imanın əsasına aid olmayan bəzi əməllərdə ola bilər ki, bu da kiçik şirkdir.

Dəlillər:

Riyanın haram olduğuna dair dəlillər gəlmişdir, bunlardan bəziləri aşağıdakılardır:

Uca Allah buyurur:

"Ey iman gətirənlər! Sədəqələrinizi, özünü camaata göstərmək məqsədilə malını xərcləyən, Allaha və Axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin...".

(Bəqərə 2 surəsi, ayə 264).

Pak və Uca olan Allah buyurur:

"Münafiqlər Allahı aldatmağa çalışırlar. Əslində isə Allah onları aldadır. Onlar namaza durarkən tənbəl qalxar, özlərini camaata göstərərlər...".

[Nisa 4 surəsi, ayə 4].

Allah Təbarəkə va Təalə buyurur:

"Kim Rəbbi ilə qarşılaşacağına ümid bəsləyirsə, qoy yaxşı işlər görsün və Rəbbinə etdiyi ibadətlərində heç kəsi Ona şərik qoşmasın!".

(Kəhf 18 surəsi, ayə 110).

Yəni: əməlində Allaha şərik qoşmasın və riyakarlıq etməsin.

"Vay halına namaz qılanların –

O kəslərin ki, onlar namazlara qarşı səhlənkardırlar.

Onlar (namazlarında) riyakarlıq edərlər".

(Maun 107 surəsi, ayə 4-6).

Zərərləri:

Riyanın zərərləri:

  • Riya, əgər imanın əslində olarsa, Cəhənnəmdə əbədi qalmağa səbəbdir. Çünki bu halda o, küfr və nifaqdır. Uca Allah buyurmuşdur:

"Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları (azmış dostları) ilə xəlvətə çəkildikdə isə: “Şübhəsiz ki, biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!”– deyirlər".

"Şübhəsiz ki, münafiqlər Cəhənnəmin ən alt təbəqəsində olacaqlar. Sən onlar üçün heç bir yardımçı tapa bilməzsən".

-Riya sahibinin əməlinin puç olmasına səbəbdir. Belə ki, Əbu Hureyrə, Allah ondan razı olsun, demişdir ki, Allah rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, belə demişdir:

"Allah - Təbarakə va Təalə - buyurmuşdur: Mən, şərik olmağa əsla möhtac deyiləm. Kim bir əməl edərsə və etdiyi əməldə bir başqasını Mənə şərik qoşarsa, Mən onu və şərik qoşduğunu tərk edərəm" [46].

[3] Hədisi Müslim: (233) rəvayət etmişdir.

Riyakarın, insanlar üçün etdiyi əməllərinə görə axirətdə heç bir mükafatı yoxdur. Mahmud bin Ləbid, Allah ondan razı olsun, rəvayət edir ki, Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurmuşdur:

"Sizin üçün ən çox qorxduğum kiçik şirkdir". Dedilər: "Kiçik şirk nədir, ey Allahın rəsulu?" O, belə buyurdu: “Riyadır. İzzət və Cəlal sahibi olan Allah Qiyamət günü, insanların əməllərinin qarşılığı veriləcəyi zaman onlara deyəcəkdir: “Dünya həyatında özünüzü göstərdiyiniz insanların yanına gedin və baxın görün özünüz üçün onlarda bir mükafat tapırsınızmı?" [47].

  • Riya Cəhənnəmə varid edən səbəbdir. Əbu Hureyrə, Allah ondan razı olsun, demişdir ki, peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, belə demişdir:

«Qiyamət günü haqqında ilk hökm veriləcək kimsə şəhid olmuş kimsədir. O, gətiriləcək və Allah ona verdiyi nemətləri xatırladacaq, o da ona verilən nemətləri etiraf edəcək. Allah buyuracaq: “Bəs sən bu nemətlər qarşılığında nə etdin?”. O deyəcək: “Sənin yolunda şəhid olana qədər vuruşdum”. Allah buyuracaq: “Yalan dedin! Sən sadəcə, sənə “cəsurdur” deyilsin deyə vuruşdun və artıq elə də deyildi”. Sonra onun barəsində əmr veriləcək və o, üzü üstə sürüklənərək Oda atılacaqdır. Elm öyrənib onu başqalarına öyrədən və Quran oxuyan bir kimsə gətiriləcək. Allah ona verdiyi nemətləri xatırladacaq, o da ona verilən nemətləri etiraf edəcək. Allah buyuracaq: “Bəs sən bu nemətlər qarşılığında nə etdin?”. O deyəcək: “Elm öyrəndim, onu başqalarına öyrətdim və Sənin üçün Quran oxudum”. Allah buyuracaq: “Yalan dedin! Sən sadəcə, sənə “alimdir” deyilsin deyə elm öyrəndin və sənə “qaridir” deyilsin deyə Quran oxudun və artıq elə də deyildi”. Sonra onun barəsində əmr veriləcək və o, üzü üstə sürüklənərək oda atılacaqdır. Allahın bol ruzi verdiyi və hər cür mal-dövlət bəxş etdiyi bir kimsə gətiriləcək. Allah ona verdiyi nemətləri xatırladacaq, o da ona verilən nemətləri etiraf edəcək. Allah buyuracaq: “Bəs sən bu nemətlər qarşılığında nə etdin?”. O deyəcək: “Sənin razılığın üçün xərclənməsini sevdiyin bütün yollarda malımı sərf etdim”. Allah buyuracaq: “Yalan dedin! Sən sadəcə, sənə “səxavətlidir” deyilsin deyə belə etdin və artıq elə də deyildi”. Sonra onun barəsində əmr veriləcək, o, üzü üstə sürüklənərək oda atılacaq» [48].

  • Riya Qiyamət günü bütün məxluqatın gözü qarşısında rüsvay olmağa səbəbdir. Belə ki, Cündəb, Allah ondan razı olsun, peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, belə dediyini rəvayət edir:

"Kim şöhrət üçün (etdiyi əməli) bəyan edərsə, Allah da Qiyamət günü onun (əsl niyyətini) hamıya bəyan edər. Kim də riyakarlıq edərsə, Allah da onun (riyakarlığını) hamıya göstərər" [49].

[8] Hədisi Buxari: (5885) rəvayət etmişdir.

"Allah da onun (riyakarlığını) hamıya göstərər" sözünün mənası, yəni: Qiyamət günü onun haqqında elan ediləcək ki, o, əməllərini (insanlara) eşitdirən bir riyakar olmuşdur.

Qorunma:

Riyadan qorunma yolları:

-Qul bilməlidir ki, Allah onun qəlbində olanlardan xəbərdardır və köksünün nələr gizlətdiyini bilir. Uca Allah buyurmuşdur:

"Məgər anlamırdılar ki, Allah onların sirlərindən də, xəlvəti danışıqlarından da agahdır və Allah qeybləri biləndir?".

(Tövbə 9 surəsi, ayə 78).

  • Uca Allahın quluna olan nəzarətini daima xatırlamaq. Bu, peyğəmbərin, sallallahu aleyhi va səlləm, Cəbrail hədisində qeyd etdiyi "Ehsan" məqamıdır və o,

«Sənin Allaha, Onu görürmüş kimi ibadət etməyindir. Sən Onu görməsən də, O, səni görür» [50].

  • Bütün söz və əməllərində ixlaslı olmalı, onları yalnız Uca Allahın Vəchi (razılığını qazanmaq) üçün etməlidir.
  • O bilməlidir ki, insanlar ona heç bir fayda və ya zərər verməyə qadir deyillər. Əgər o, əməli ixlasla Allah üçün etsə, Allah ondan razı qalar və onu sevər, nəticədə onlara riyakarlıq etməyə ehtiyac duymadan - insanlar arasında qəbul olunar və sevilər. Əbu Hureyrə, radıyallahu anhu, rəvayət edir ki, peyğəmbər, sallallahu əleyhi va səlləm, buyurmuşdur:

"Allah bir qulu sevərsə, Cəbraili çağırar və ona: «Mən filankəsi sevirəm, sən də onu sev» – deyər. Cəbrail də onu sevər. Sonra o, səma əhlinə səslənib deyər: "Allah filan qulunu sevir, sizdə onu sevin". Səma əhli də onu sevər. Sonra yer üzündə onun üçün bir qəbul qoyular. Əgər Allah bir quluna nifrət edərsə, Cəbraili çağırar və ona: «Mən filankəsə nifrət edirəm, sən də ona nifrət et» – deyər. Cəbrail də ona nifrət edər. Sonra o, səma əhlinə səslənib deyər: "Allah filan quluna nifrət edir, sizdə ona nifrət edin". Səma əhli də ona nifrət edər. Sonra yer üzündə ona qarşı nifrət qoyular» [51].

[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.

  • Qulun riyadan Uca Allaha sığınması. Peyğəmbər, sallallahu aleyhi va səlləm, bir hədisdə belə buyurur:

"Ey insanlar, bu şirkdən çəkinin. Çünki o, qarışqanın yerişindən daha gizlidir". Bir nəfər soruşdu: "Ey Allahın rəsulu, o, qarışqanın yerişindən daha gizli olduğu halda, elə isə biz, ondan necə çəkinək?". Peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurdu: "Deyin: Allahım! Bilə-bilə Sənə nəyisə şərik qoşmaqdan Sənə sığınırıq və bilmədiklərimizə görə Səndən bağışlanma diləyirik" [52].

Ömər bin Xattab, Allah ondan razı olsun, duasında belə deyərdi:

«اللَّهُمَّ اجْعَلْ عَمَلِي كُلَّهُ صَالِحًا، وَاجْعَلْهُ لِوَجْهِكَ خَالِصًا، وَلَا تَجْعَلْ لِأَحَدٍ فِيهِ شَيْئًا» [Allahummə-cal aməli kulləhu salihən, vəcalhu li vəchikə xalisən, və lə təcal li əhədin fihi şeyən]. "Allahım! Bütün əməlimi saleh et, onu xalis Öz Üzün üçün et və onda heç kəs üçün bir pay etmə" [53].

[54] Əsəri İbn Əbi Şeybə "əl-Musənnəf" (2951) kitabında rəvayət etmişdir.

Əli ibn Əbu Talibdən, Allah ondan razı olsun, rəvayət edilir ki, o, Allaha dua edərək belə deyərdi:

"Allahım! Qəlbimi nifaqdan, sinəmi kindən və əməllərimi riyadan təmizlə!" [54].

[53] "Məcmu Fətəvə" İbn Teymiyyə: (1/99).

  • Riyadan xilas olmaq üçün Uca Allahdan kömək diləmək. Uca Allah möminlər haqqında buyurur:

"Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik".

(Fatihə 1 surəsi, ayə 5).

  • Azan, camaat namazı və s. bu kimi gizlədilməsi mümkün olmayan və şəri baxımdan edilməsi açıq şəkildə tövsiyə olunan ibadətlər istisna olmaqla, digər ibadətləri gizli etmək və aşkar etməmək.