Skip to content

نص الموضوع

Yalan ümumiyyətlə böyük günahlardandır. Yalanın ən iyrənc və ən çirkin növü isə Uca Allah və Onun rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, adından yalan danışmaqdır. Səadi belə demişdir:

"Uca Allahın ondan uzaq olduğu bir sözü və ya hökmü Ona nisbət etməklə Allaha qarşı yalan uyduran kimsədən daha zalım və daha böyük günah sahibi heç kəs yoxdur. Belə bir şəxs məxluqatın ən zalımıdır. Çünki onun bu əməlində yalan, dinlərin əsaslarını və şaxələrini dəyişdirmək vardır və bunu Allaha nisbət etmək ən böyük fəsadlardan biridir [29].

[11] Təfsir Səadi (səh: 324).

Yalanın növlərindən biri də Allahın kəlamını Onun murad etdiyindən fərqli şəkildə izah etməkdir. Çünki kəlamdan məqsəd onun mənasıdır. Belə ki, əgər bir kimsə: “Allah bununla filan şeyi murad etmişdir” deyərsə, o, Allah adından yalan danışmış, İzzət və Cəlal sahibi olan Allahın murad etmədiyi bir şeyə Onun adından şahidlik etmişdir. Rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, kəlamını onun murad etdiyindən fərqli şəkildə izah etmək də eynilə bu cürdür.

Allah və Onun rəsulunun adından yalan danışmağın haram olduğunu, bu əməlin çirkinliyini və günahının böyüklüyünü bəyan edən dəlillər çoxdur. Onlardan bəziləri aşağıdakılardır:

Uca Allah buyurur:

"Onlar: “Allah (Özünə) övlad götürmüşdü!”– dedilər. O, pakdır, müqəddəsdir! O, (heç nəyə) möhtac deyildir. Göylərdə və yerdə nə varsa, hamısı Ona məxsusdur. Buna aid sizdə bir dəlil varmı? Yoxsa Allah barədə bilmədiyiniz şeyimi söyləyirsiniz?

De: “Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar”.

"(Onlar bir müddət) dünyada faydalanar, sonra onların dönüşü Bizə olar. Sonra da küfr etdiklərinə görə onlara şiddətli əzab daddırarıq".

(Yunus 10 surəsi, ayələr 68-70).

Kim Allaha qarşı yalan danışıb, Onun zövcəsinin, övladının və ya şərikinin olduğunu iddia edərsə, o, Uca Allaha küfür etmişdir.

"Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər təkəbbürlülər üçün Cəhənnəmdə yer yoxdur?!".

[Zümər 39 surəsi, ayələr 65-66].

Əs-Səm'ani, Allah ona rəhmət etsin, demişdir:

“Allaha qarşı yalan danışdılar" - ifadəsinin mənası, onların Allahın övlad və ya şərik sahibi olduğunu iddia etmələridir. Həmçinin deyilir ki, bu ifadə Allaha qarşı deyilən bütün yalanlara aiddir" [30].

[30] Təfsir əs-Səmani: (4/478).

"Allaha qarşı yalan uyduran kəsdən daha zalım kim ola bilər? Onlar Rəbbinin hüzuruna gətiriləcək və şahidlər (mələklər və peyğəmbərlər): “Bunlar Rəbbinə iftira yaxanlardır”– deyəcəklər. Bilin ki, Allahın lənəti zalımların üzərindədir!".

(Hud 1 114).

"Dilinizin yalana alışdığından dolayı, Allaha qarşı yalan uydurmaq üçün: “Bu halaldır, o haramdır!”– deməyin. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar.

"(Dünyada onlar üçün) az bir mənfəət (vardır, axirətdə isə) onları ağrılı-acılı bir əzab gözləyir".

(Nəhl 16 surəsi, ayələr 116-117).

İbn Həcər əl-Heytəmi, Allah ona rəhmət etsin, demişdir:

"Şübhəsiz ki, haramı halal yaxud halalı haram etmək üçün Uca Allah və Onun rəsulu adından qəsdən yalan danışmaq xalis küfrdür" [31].

[31] əz-Zəvacir an iqtiraf əl-kəbair: (1/162).

Rəvayət edilir ki, Muğiyra bin Şubə - Allah ondan razı olsun - belə demişdir: “Mən peyğəmbərin - salləllahu aleyhi va səlləm - belə dediyini eşitdim:

«Həqiqətən, mənim adımdan yalan danışmaq, başqasının adından yalan danışmaq kimi deyil. Kim mənim adımdan qəsdən yalan danışarsa, Cəhənnəmdə öz yerini hazırladığını bilsin» [32].

[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.

İmam Nəvavi belə demişdir:

"Bu, peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, adından yalan danışmağın haramlığının əzəmətini, bunun böyük bir çirkin əməl və böyük bir həlak edici günah olduğunu göstərir. Lakin bu yalanı halal saymadıqca insan kafir olmaz. Bu, alimlərin məzhəbləri arasında məşhur olan rəydir" [33].

[33] Şərhu Müslim: (1/69).

İbn əl-Qayyim demişdir:

"Allah rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, adından yalan danışmaq Cəhənnəmə daxil olmağı və orada özünə, heç vaxt tərk etməyəcəyi daimi bir məskən hazırlamağı gərəkdirir" [34].

[34] Mədaric əs-Salikin: (1/379).

Uca Allah və Onun rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, adından yalan danışmağın bir çox zərərləri vardır:

  • Allaha qarşı yalan danışmaq müşriklərin yoludur. Uca Allah buyurur:

İbn Kəsir demişdir:

"Uca Allah, sırf öz rəylərinə əsasən qoyduqları və istifadə etdikləri adlara görə: "bəhirə, saibə, vəsilə, ham" və sair cahiliyyə dövründə ixtira edərək özlərinə qanun etdikləri digər şeyləri, halal və haram edən müşriklərin yoluna tabe olmağı qadağan etmişdir" [35].

[35] Təfsir İbn Kəsir (4/609).

  • Allahın və rəsulunun adından yalan danışmaq, Allahın halal buyurduğunu haram, haram buyurduğunu isə halal etməklə İlahi şəriətin dəyişdirilməsinin səbəbidir.
  • Bidətlərə və sonradan ortaya çıxan işlərə gətirib çıxarır. İbn Kəsir demişdir:

"Bu hökmə – yəni Uca Allahın: "Dillərinizin yalana vərdiş etməsi ilə “bu halaldır, o haramdır” deməyin" ayəsinə – şəriətdə heç bir dəlili olmayan bir bidət uyduran yaxud sadəcə öz rəyinə və nəfsinin istəyinə əsaslanaraq Allahın haram etdiyi bir şeyi halal edən və ya Allahın mübah etdiyi bir şeyi haram sayan hər kəs daxildir" [36].

Allahın və Onun Rəsulunun adından yalan danışmaq günahına düşməkdən qorunma yolları:

  • Elm, söz və əməldən qabaqdır.
  • Peyğəmbərin, sallallahu aleyhi və səlləm, sünnəsinə sarılmaq və bidətlərdən çəkinmək. İrbad bin Səriyə - Allah ondan razı olsun - rəvayət edir ki, Allah rəsulu, sallallahu aleyhi və səlləm, belə demişdir:

«Sizə mənim sünnəmi və doğru yolda olan raşidi xəlifələrin sünnəsini tövsiyə edirəm. Ona möhkəm sarılın və ondan azı dişlərinizlə yapışın. Dinə əlavə edilmiş yeniliklərdən çəkinin. Çünki hər bir yenilik bidətdir və hər bir bidət isə zəlalətdir» [37].

[37] Hədisi Əbu Davud: (4607) rəvayət etmişdir.

  • Sadiq olmağa çalışmaq. Abdullah bin Məsud - Allah ondan razı olsun - rəvayət edir ki, Allah rəsulu - salləllahu aleyhi va səlləm - belə buyurmuşdur:

«Doğruluqdan ayrılmayın. Çünki doğruluq yaxşı işlərə yönəldir, yaxşı işlər isə Cənnətə aparır. İnsan o qədər doğru danışar və doğruluğa can atar ki, nəhayət, Allah yanında doğruçu kimi yazılar. Yalandan çəkinin. Çünki yalan günah işlərə yönəldir, günah işlər isə Cəhənnəmə aparır. İnsan o qədər yalan danışar və yalana can atar ki, nəhayət, Allah yanında yalançı kimi yazılar» [38].

Allaha və Onun elçisinə qarşı yalan danışmağın dünya və axirətdəki aqibətinə baxmaq.

— Allah və Onun rəsulu, sallallahu aleyhi və səlləm, barəsində deyilən yalanları müdafiə edib dəf edən alimlərin mövcud olması.