Allaha şərik qoşmaq.
- التصنيف الشرعي
- العقيدةالإسلامنواقض الإسلامالشرك
- الموضوعات
- التوحيد وحمايتهالشرك بالله وأقسامه
نص الموضوع
Allaha şərik qoşmaq Uca Allaha qarşı edilən ən böyük günahdır və bu, Allaha imana və Onun tövhidinə ziddir. Uca Allah buyurur:
"Həqiqətən, (Allaha) şərik qoşmaq böyük zülmdür!".
[Loğman 31 surəsi, ayə 13].
Abdullah bin Məsud, Allah ondan razı olsun, belə demişdir:
Mən peyğəmbərdən, sallallahu aleyhi və səlləm, soruşdum: “Allah qatında ən böyük günah hansıdır?”. O dedi: “Allah səni xəlq etdiyi halda, Ona şərik qoşmağındır” [22].
[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.
"Nidd" yəni: şərik qoşmaq.
Şirkin həqiqəti: Uca Allaha rübubiyyətdə, ibadətdə, ad və sifətlərdə şərik və ya tay tutmaq və qulun, Allahın haqlarından hər hansı birini yaxud ibadətin hər hansı bir növünü Allahdan başqasına sərf etməsidir.
Deməli, şəriət tərəfindən əmr olunduğu sabit olan hər hansı bir etiqadın, sözün və ya əməlin yalnız Allaha sərf edilməsi tövhid, iman və ixlas, Allahdan qeyrisinə sərf edilməsi isə şirk və küfrdür.
Beləliklə, şirkə daxildir: ölülərə dua etmək, onlardan ehtiyacları istəmək, onlara nəzir demək, onlardan yardım istəmək, həmçinin Allahdan qeyrisinə səcdə etmək, Allahdan başqasına qurban kəsmək və bu kimi şeylər.
Şirkin haram olmasını, onun çirkinliyini və günahının böyüklüyünü bəyan edən bir çox dəlillər vardır:
Uca Allah buyurur:
"Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, (amma) bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar. Allaha şərik qoşan şəxs böyük bir günah edərək iftira atmış olur".
[Nisa 4 surəsi, ayə 4].
Pak və Uca olan Allah buyurur:
"Kim Allaha şərik qoşarsa, heç şübhəsiz, Allah Cənnəti ona haram edər. Onun gedəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir yardımçısı yoxdur".
[Maidə 5 surəsi, ayə 38].
"Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər (Allaha) şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.
Xeyir, sən yalnız Allaha ibadət et və şükür edənlərdən ol!".
[Zümər 39 surəsi, ayələr 65-66].
Əbu Bəkratə, Allah ondan razı olsun, rəvayət edir ki, Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə demişdir:
"Sizə günahların ən böyüyü barədə xəbər verimmi?" – deyə bunu üç dəfə soruşdu. Səhabələr: “Bəli, ey Allahın rəsulu!” – deyə cavab verdilər. Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun: "Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaq, adam öldürmək və yalandan şahidlik etmək" – dedi [23].
Şirkin bir çox zərərləri vardır. Bunlardan bəziləri aşağıdakılardır:
- Allaha şərik qoşmaq, bütün əməlləri batil edir. Çünki Uca Allah buyurur:
"Əgər onlar (Allaha) şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər batil olardı".
[Ənam 6 surəsi, ayə 88].
- Kim bu günahdan tövbə etmədən ölərsə, o, Cəhənnəmdə əbədi olaraq qalacaqdır. Cabir, Allah ondan razı olsun, belə demişdir:
Peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, yanına bir kişi gəlib belə dedi: "Ey Allahın rəsulu, (insanı cənnətə və cəhənnəmə salan) iki vacib edən səbəb nədir?". Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, dedi: «Kim Allaha şərik qoşmadan ölərsə Cənnətə daxil olar, kim Allaha şərik qoşaraq ölərsə Cəhənnəmə daxil olar» [24].
[3] Hədisi Müslim: (233) rəvayət etmişdir.
- Müşrikin qanı və malı toxunulmaz deyildir. İbn Ömər, Allah onların hər ikisindən razı olsun, peyğəmbərin, sallallahu aleyhi və səlləm, belə dediyini rəvayət etmişdir:
"İnsanlar Allahdan başqa ibadətə layiq haqq məbudun olmadığına və Muhammədin Allahın rəsulu olduğuna şahidlik edənə, namaz qılana və zəkat verənə qədər onlarla vuruşmaq mənə əmr olundu. Əgər bunları edərlərsə, İslamın haqqı (cinayətə görə veriləcək cəza) istisna olmaqla, qanlarını və mallarını məndən qorumuş olarlar, hesabları isə Allaha aiddir [25].
- Müşrik, dünyada qarşılaşdığı müsibətlər zamanı Allahdan heç bir kömək və yardım görməz. Şeytanlar hər tərəfdən ona hakim kəsilər və o, daimi narahatlıq, iztirab, qorxu və qaçılmaz kədər içində yaşayar. Uca Allah buyurmuşdur:
"Allaha şərik qoşan kimsə, göydən düşüb, quşların da onu alıb apardığı yaxud küləyin onu sovurub uzaq bir yerə atdığı şeyə bənzər".
[Həcc 22 surəsi, ayə 31].
Səadi, Allah ona rəhmət etsin, bu ayənin təfsirində belə demişdir:
"...Müşrikin vəziyyəti də belədir: İman qorunan və uca olan göy kimidir. İmanı tərk edən kimsə isə göydən düşənə bənzər ki, o, hər cür afət və bəlaya məruz qalar. Onu quşlar qamarlayıb tikə-tikə edər. Eynilə, müşrik də imana sığınmağı tərk etdikdə, şeytanlar onu hər tərəfdən qamarlayar, onu parçalayar, dinini də, dünyasını da əlindən alarlar" [26].
[11] Təfsir Səadi (səh: 324).
- Müşrik öldükdə qüsl edilməz, kəfənlənməz, ona cənazə namazı qılınmaz və müsəlman məzarlıqlarında dəfn edilməz.
Şirkdən qorunmağın yolları:
Aşağıdakı amillərilə müsəlman özünü şirkə düşməkdən qoruyur:
- Tövhid və səhih əqidəni öyrənmək və öyrəndiklərinə müvafiq əməl etmək. Uca Allah belə buyurmuşdur:
"(Ey Peyğəmbər!) Bil ki, Allahdan başqa (ibadətə layiq olan heç bir) ilah yoxdur..."
(Muhamməd 47 surəsi, ayə 19).
İmam ibn əl-Qayyim, Allah ona rəhmət etsin, demişdir:
"Uca Allah buyurur: "...Bil ki, Allahdan başqa haqq məbud yoxdur...". Uca Allahın vəhdaniyyətini və Ondan başqa haqq İlah olmadığını bilmək özlüyündə tələb olunan bir əməldir. Lakin təkcə bunu bilmək kifayət deyil, bununla yanaşı Ona heç bir şərik qoşmadan yalnız tək Ona ibadət etmək də vacibdir. Beləliklə, bu iki əmrin hər biri özlüyündə tələb olunur: Uca Rəbbi adları, sifətləri, felləri və hökmləri ilə tanımaq və bunların tələblərinə uyğun olaraq Ona ibadət etmək. Necə ki, Ona ibadət etmək özlüyündə tələb olunan bir əməldirsə, eləcə də Onu tanımaq və Onun haqqında elmə sahib olmaq da həmçinin tələb olunur. Eynilə elm, ibadətlərin ən fəzilətli növlərindən biridir [27].
[27] "Miftəh Dər əl-Səadəh": (1/178).
- Kiçik şirkdən çəkinmək. Məsələn: az miqdarda riyakarlıq etmək, Allahdan başqasına and içmək və kişinin: “Allah və sən istəsən”, “Bu, Allahdan və səndəndir”, “Mən Allaha və sənə arxalanıram”, “Allaha və sənə təvəkkül etdim” və bu s. kimi sözlər deməsi. Çünki kiçik şirk böyük şirkə aparan bir vasitədir.
- Şirkə düşməmək və ondan çəkinmək üçün insanlar arasında yayılmış şirkin surətlərini və növlərini bilmək.
- İzzət və Cəlal sahibi olan Allaha dua edib Ondan tövhid üzərində sabit etməsini və şirkdən uzaqlaşdırmasını istəmək. Uca Allah İbrahim, aleyhi-ssəlam, haqqında xəbər verərək belə buyurur:
"Bir zaman İbrahim demişdi: “Ey Rəbbim! Bu diyarı (Məkkəni) əmin-amanlıq (yurdu) et. Məni və oğullarımı bütlərə tapınmaqdan uzaq et!".
(İbrahim 14 surəsi, ayə 35).
Allahın elçisi, Allahın salavatı və salamı onun üzərinə olsun, tez-tez belə buyurardı:
«يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ» - [Yə muqallibə-l-qulub, sabbit qalbi alə diynikə]: "Ey qəlbləri çevirən! Qəlbimi dinində sabit et!" [28].
[28] Hədisi Tirmizi: (2140) rəvayət etmişdir.