Bütün dinlər Allah tərəfindən olduğunu iddia edir, bəs nə üçün insan yalnız İslam dininə tabe olmalıdır?
- محاور التعريف بالإسلام
- الشبهات والاعتراضات
- مصدر الإجابة
- قسم الإسلام
- الباب / الفصل
- (قسم الإسلام)
السؤال
Bütün dinlər Allah tərəfindən olduğunu iddia edir, bəs nə üçün insan yalnız İslam dininə tabe olmalıdır?
الجواب
Həmd Allaha məxsusdur. Haqq dini fərqləndirən ölçülər aşağıdakılardır:
Birincisi: Bütün dinlər Uca Allah tərəfindən olduğunu iddia etmir. Əksinə, buddizm və induizm kimi bəzi dinlər yer mənşəli dinlərdir. Yəni: O dinin əsasını qoyan kəs onu Allah tərəfindən gətirdiyini iddia etmir. Əksinə, bu dinlər bəzi insanlara təzim etməyə və məbudlar olaraq onlara ibadət etməyə, yaxud da günəşə, aya və ya bəzi planetlərə ibadət etmək kimi mövcud və hiss olunan bəzi şeylərə ibadət etməyə, ağac, dağ, heyvanlar və çay kimi bəzi məxluqlara təzim etməyə çağırır. Bunlar isə bütpərəst məzhəbləridir.
İkincisi: Haqq din Allah tərəfindən gələn, Onun öz qulları üçün şəriət etdiyi və elçilərin insanlara çatdırdığı dindir. Yəhudilik və nəsranilik kimi əvvəlki risalətlər doğru ilahi risalətlər idi. Sonradan onlara təhrif və dəyişikliklər daxil oldu və İslam rəsulu Muhəmmədin, sallallahu aleyhi və səlləm, gəlişi ilə ləğv edildi. Həmin risalətlərdə təhrif olunmazdan əvvəl, Peyğəmbər, sallallahu aleyhi və səlləm, zühur etdikdə ona tabe olmağın vacibliyi əmr olunurdu. Bu günə qədər də onlardakı bəzi mətnlər İslam peyğəmbəri Muhəmmədə, sallallahu aleyhi və səlləm, şahidlik edib onu müjdələməkdə davam edir və öz ardıcıllarını İslama keçməyə çağırır. Məhz buna görə də görürük ki, Peyğəmbərlə, sallallahu aleyhi və səlləm, eyni dövrdə yaşayan yəhudilər, ona tabe olmaq üçün onun zühurunu həsrətlə gözləyir və aralarında münaqişələr baş verdikdə ərəb müşriklərini onunla hədələyirdilər. Bədr əshabından olan Sələmə bin Səlamə bin Vəqş, Allah ondan razı olsun, demişdir:
Bəni Əbdül-Əşhəl qəbiləsində yəhudilərdən olan bir qonşumuz var idi. Peyğəmbərin, sallallahu aleyhi və səlləm, peyğəmbər göndərilməsindən az əvvəl, bir gün o, evindən çıxıb yanımıza gəldi və Bəni Əbdül-Əşhəlin məclisində dayandı. O gün mən oradakıların yaşca ən kiçiyi idim, üzərimdə bir əba var idi və ona bürünüb uzanmışdım. O, ölümdən sonra dirilmə, Qiyamət, haqq-hesab, mizan, Cənnət və Cəhənnəm barədə danışdı. O, bu sözləri müşrik və bütpərəst olan, ölümdən sonra dirilmənin gerçəkləşəcəyinə inanmayan bir qövmə deyirdi. Onlar ona dedilər: "Vay sənin halına, ey filankəs! Sən bunun gerçək olacağına inanırsanmı? İnsanlar öldükdən sonra içində Cənnət və Cəhənnəm olan bir yurda dirildiləcək və orada əməllərinə görə onlara qarşılıq veriləcəkmi?" O dedi: "Bəli! Özünə and içilənə (Allaha) and olsun ki, (Cəhənnəmlik adam) sabah o oddan qurtulmaq üçün, Cəhənnəmdəki payı əvəzinə dünyada ən böyük bir təndirin qızdırılmasını, özünün onun içinə atılmasını və üzərinə qapadılmasını arzu edərdi." Onlar ona dedilər: "Vay sənin halına! Bəs bunun əlaməti nədir?" O dedi: "Bu diyar tərəfdən göndəriləcək bir peyğəmbərdir" – və əli ilə Məkkə və Yəmən tərəfə işarə etdi. Onlar: "Onu nə vaxt görəcəksən?" – deyə soruşdular. Ravi demişdir: O, mənə baxdı – mən isə onların yaşca ən kiçiyi idim – və dedi: "Əgər bu uşağın ömrü vəfa edərsə, o peyğəmbərə yetişəcəkdir". Sələmə demişdir: "Allaha and olsun ki, aradan çox gecə və gündüz keçməmişdi ki, Uca Allah Öz elçisini, sallallahu aleyhi və səlləm, göndərdi. O (yəhudi) də aramızda sağ idi. Biz ona (Peyğəmbərə) iman gətirdik. O isə həddi aşaraq və həsəd apararaq ona küfr etdi. Biz ona dedik: "Vay sənin halına, ey filankəs! Onun haqqında bizə o sözləri deyən sən deyildinmi?" O dedi: "Bəli, amma bu, o deyildir".
Hədisi İmam Əhməd: (15841) əsərində rəvayət etmişdir. İsnadı həsəndir.
Lakin Muhəmməd peyğəmbər, ona Allahın salavatı və salamı olsun, gəldikdə və yəhudilərə onun yəhudi soyundan olmadığı aydın olduqda, həsəd üzündən ona küfr etdilər. Əks halda, onlar Onun Allah tərəfindən bir peyğəmbər olduğunu bilirdilər.
Üçüncüsü: İnsanın bu əzəmətli dinə tabe olmasını vacib edən amillərdən biri də budur ki, o, Allahın dinidir, ondan başqası isə şeytanın dinidir və İslam haqdır, ondan qeyrisi isə batildir. Uca Allah buyurur:
"Bu belədir. Çünki Allah Haqdır. (Kafirlərin) Ondan başqa ibadət etdikləri isə batildir. Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür."
(Loğman 31 surəsi, ayə 15).
Dördüncüsü: İnsan haqq din olan İslam vasitəsilə biri bu dünyada, digəri isə axirətdə olmaqla iki səmərə əldə edir. Bu dünyadakı səmərəyə gəldikdə isə, o, rahatlığa və xoş həyata nail olur. Uca Allah buyurur:
"Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq."
[Nəhl 16 surəsi, ayə 97].
Uca Allah buyurur:
"Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə rahatlıq tapar."
(Rad 13 surəsi, ayə 28).
Axirətə gəldikdə isə, bu, əbədi uğura nail olmaq, Cəhənnəm odundan qurtulmaq və Allahın razılığını qazanmaqdır. Uca Allah buyurur:
"Hər kəs ölümü dadacaqdır. Sözsüz ki, Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o, əlbəttə, uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir."
(Ali-İmran 3 surəsi, ayə 81).
De: “Sizə bunlardan daha xeyirlisini xəbər verimmi? Allahdan qorxanlar üçün Rəbbi yanında, (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacaqları cənnətlər, pak zövcələr və Allahın rizası vardır”. Allah qullarını görəndir.
Beşincisi: Haqq din olan İslam insana elə bir mizan bəxş edir ki, insan onun vasitəsilə haqqı batildən, hidayəti zəlalətdən ayırd edir və xeyir ilə şəri bir-birindən fərqləndirir. Uca Allah bu xüsusda buyurur:
"Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqqı batildən ayırd edən (bir nur) verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir."
(Ənfal 8 surəsi, ayə 50).
İstər kişi, istərsə də qadın olsun, hər bir insanın İslam dininə daxil olması vacibdir. Çünki, digər dinlər ya əvvəlki səmavi risalələrdir ki, təhrif edilib dəyişdirilmiş və İslam onları nəsx etmişdir, ya da əslindən batil dinlərdir ki, onlarda heç bir xeyir yoxdur. Onlarla ibadət etmək dünya və axirətdə zərərə uğramaqdır. Uca Allah buyurur:
"Kim İslamdan başqa bir din arayarsa, (bilsin ki,) o din ondan əsla qəbul olunmaz və o, axirətdə ziyana uğrayanlardan olar."
Peyğəmbərimiz Muhammədə Allahın salavatı və salamı olsun.
المصدر
ملاحظات
--