Müqəddəs Kitab (Bibliya) həqiqətən də Allahın kitabıdırmı?
- محاور التعريف بالإسلام
- المحتوى المخصص بحسب الدينمحتوى للنصارىالتعريف بالأنبياء السابقين ومكانة عيسى عليه السلامحقيقة عيسى عليه السلام
- مصدر الإجابة
- قسم الأديان والفرق
- الباب / الفصل
- (قسم الأديان والفرق)
السؤال
Müqəddəs Kitab (Bibliya) həqiqətən də Allahın kitabıdırmı?
الجواب
Bu gün yəhudi və ya nəsranilərin əlində mövcud olan Müqəddəs Kitab, ümumilikdə Uca Allahın kitabı deyildir. Çünki o, təhrif olunmuşdur və onun təhrif olunmayan qismi ancaq Qurani-Kərimə uyğun gələn hissəsidir. Kitab barəsindəki bu hökm onun bütününə, yəni: əvvəlindən sonunadək olan qisminə aiddir. Çünki Tövrat və İncilin əsli haqdır. Belə ki, Musaya, aleyhi-ssalam, nazil edilmiş Tövrata və İsaya, aleyhi-ssalam, nazil edilmiş İncilə iman gətirmək vacibdir. Lakin tabe olmaq Qurani-Kərimə aiddir. Onlardakı təhrif isə əlavələr, ixtisarlar və dəyişikliklərin edilməsi ilə baş vermişdir. Belə olduqda, bu gün mövcud olan Tövrat və İncil nüsxələrini iki səbəbə görə təhqir etmək caiz deyil: Birincisi: təhrif olunmayan qismini təhqirdən qorumaq üçün. İkincisi: kitabın əslini nəzərə alaraq. Lakin bu, onu oxumağın və ya onda olanlarla əməl etməyin caiz olması mənasına gəlmir. Ancaq İslam ədalət və insaf dinidir. Haqq ilə batilin qarışdığı məsələlərdə təfərrüatlı şəkildə hökm verilir. Zəhəbi belə buyurmuşdur:
«Biz Allahın Musaya, aleyhi-ssəlam, nazil etdiyi Tövratı uca tutur və ona inanırıq. Amma bu azmışların əllərindəki səhifələrə gəldikdə, biz onların əslində nə olduğunu bilmirik. Biz (bu barədə) dayanır, onlara nə ehtiramla, nə də təhqirlə yanaşırıq. Əksinə, belə deyirik: "Biz Allaha, Onun mələklərinə, kitablarına və peyğəmbərlərinə iman etdik". Bu barədə bizə mücməl (ümumi) iman kifayət edir. Allaha həmd olsun!»
Bax: Siyər Əlam ən-Nubələ, ər-Risalə nəşri: (2/419).
المصدر
ملاحظات
--