"Sizlərdən birinizin yaradılışı (embrion) anasının bətnində qırx gündə cəm edilir
Əbu Abdurrahman Abdullah bin Məsud (Allah ondan razı olsun) belə demişdir:
Doğru söz sahibi və doğruluğu təsdiqlənmiş Allah Rəsulu (salləllahu aleyhi va səlləm) bizə belə buyurdu: "Sizlərdən birinizin yaradılışı (embrion) anasının bətnində qırx gündə cəm edilir, sonra həmin müddətdə laxtalanmış qana çevrilir, sonra növbəti qırx gündə ət parçasına çevrilir, sonra ona mələk göndərilir və mələk ona ruh üfürür. Ona dörd şeyi: ruzisini, əcəlini, əməlini, bədbəxt və ya xoşbəxt olacağını - yazmaq əmr edilir. Özündən başqa heç bir ilah olmayana and olsun ki, sizlərdən biriniz Cənnət əhlinin əməlini edər, onun Cənnətə daxil olmasına bir qarış qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayar və o, Cəhənnəm əhlinin əməlini edərək Cəhənnəmə daxil olar. Sizlərdən biriniz Cəhənnəm əhlinin əməlini edər, onun Cəhənnəmə düşməsinə bir qarış qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayar və o, Cənnət əhlinin əməlini edərək cənnətə daxil olar".
حَدَّثَنَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَهُوَ الصَّادِقُ المَصْدُوقُ: «إِنَّ أَحَدَكُمْ يُجْمَعُ خَلْقُهُ فِي بَطْنِ أُمِّهِ أَرْبَعِينَ يَوْمًا، ثُمَّ يَكُونُ عَلَقَةً مِثْلَ ذَلِكَ، ثُمَّ يَكُونُ مُضْغَةً مِثْلَ ذَلِكَ، ثُمَّ يُرْسَلُ إلَيْهِ المَلَكُ فَيَنْفُخُ فِيهِ الرُّوحَ، وَيُؤْمَرُ بِأَرْبَعِ كَلِمَاتٍ: بِكَتْبِ رِزْقِهِ، وَأَجَلِهِ، وَعَمَلِهِ، وَشَقِيٍّ أَوْ سَعِيدٍ؛ فَوَالَّذِي لَا إلَهَ غَيْرُهُ إنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الجَنَّةِ حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إلَّا ذِرَاعٌ فَيَسْبِقُ عَلَيْهِ الكِتَابُ فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ فَيَدْخُلُهَا، وَإِنَّ أَحَدَكُمْ لَيَعْمَلُ بِعَمَلِ أَهْلِ النَّارِ حَتَّى مَا يَكُونُ بَيْنَهُ وَبَيْنَهَا إلَّا ذِرَاعٌ، فَيَسْبِقُ عَلَيْهِ الكِتَابُ فَيَعْمَلُ بِعَمَلِ أَهْلِ الجَنَّةِ فَيَدْخُلُهَا».
Abdullah bin Məsud (Allah ondan razı olsun) dedi ki, sözündə düzgün olan və doğruluğu Uca Allah tərəfindən təsdiqlənən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə belə buyurdu: "Sizdən birinizin yaradılışının mərhələləri bu şəkildədir: Kişi zövcəsi ilə yaxınlıq etdikdə, kişinin dağınıq halda olan mənisi qadının bətnində qırx gün ərzində nütfə halında toplanır, sonra ikinci qırx gündə qatı, laxtalanmış qana çevrilir, sonra üçüncü qırx gündə bir loxma boyda çeynənmiş ət parçasına çevrilir. Üçüncü qırx gün bitdikdən sonra Allah ona mələk göndərir və mələk ona ruh üfürür. Mələyə dörd şeyi yazmaq əmr edilir: ruzisini – yəni: ömrü boyu əldə edəcəyi nemətlərin miqdarını, əcəlini – yəni: dünyada qalma müddətini, əməlini – yəni: nə iş görəcəyini, bədbəxt, yoxsa xoşbəxt olacağını. Sonra Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) and içdi ki, bir kimsə Cənnət əhlinin əməlini edər və əməli – yəni: insanlara zahir olan qismində – əməlisaleh olar, bu hal, onun Cənnətə daxil olmasına bir arşın qalana qədər davam edər – yəni onunla Cənnətə daxil olması arasında, yer üzərindəki hər hansı bir yerə çatmağa bir arşınlıq məsafə qalan kimsənin halı kimi olana qədər. Bu an ana bətnində yazılmış qədəri və onun üçün təqdir olunanlar onu qabaqlayar və o, Cəhənnəm əhlinin əməlini edər, nəticədə aqibəti bu əməllə xətm olunar və Cəhənnəmə daxil olar. Çünki əməlinin qəbul olunmasının şərti həmin əməl üzərində sabit qalması və onu dəyişməməsidir. İnsanlardan başqa biri isə Cəhənnəm əhlinin əməlini edər, hətta Cəhənnəmə daxil olmağa o qədər yaxınlaşar ki, elə bil onunla Cəhənnəm arasında yer üzündə yalnız bir arşın məsafə qalar. Bu an ana bətnində yazılmış qədəri və onun üçün təqdir olunanlar onu qabaqlayar və o, Cənnət əhlinin əməlini edər, nəticədə aqibəti bu əməllə xətm olunar və Cənnətə daxil olar."
İnsanın yaradılış mərhələlərinin bəyanı.
Qəza və qədərə iman.
Pis aqibətdən qorxmaq və ölümə qədər Allahdan sabitlik diləməyə təşviq etmək.
"Əməllərə güvənib aldanmamaq" - xəbərdarlığı, çünki əməllər sonuna görə dəyərləndirilir.
Bu hədis, ixlas və imanla əməl etməyən, əksinə, yalnız insanlara göründüyü şəkildə Cənnət əhlinin əməlini edən kimsə haqqındadır. Amma həqiqətən, ixlas və imanla Cənnət əhlinin əməlini edən kimsəyə gəlincə, Allah-Təala ömrünün sonunda onu yardımsız buraxmaqdan daha ədalətli, daha kərim və daha rəhmlidir. Uca Allah buyurur: {Allah iman gətirənləri dünya həyatında da, axirətdə də möhkəm sözlə sabit saxlayar. Allah zalımları sapdırar. Allah istədiyini edər}.
Sahihul-Buxari (9/ 135) (7454).
(4/ 111) (3208).
Sahihu Muslim (4/ 2036) (2643).
Əlavə (2)
عمدة القاري شرح صحيح البخاري (15/ 130).
شرح الأربعين النووية للعثيمين (ص: 84).
Kitablarda istinad edilib
5 KitablarƏlavə (5)
- التسليم للنص الشرعي والمعارضات الفكرية المعاصرة02 التسليم للنص الشرعي - من المبحث الثالث الفصل الأول حتى المبحث الثاني الفصل الثاني"إن أحدكم ليعمل بعمل أهل الجنة."
- سبعون سؤالا في أحكام الجنائر1كما يدلّ عليه حديث ابن مسعودٍ رضي الله عنه، قال: حدثنا رسول الله صلى الله عليه وسلم -وهو الصادق المصدوق- فقال: «إن أحدكم يجمع خلقه في بطن أمّه أربعين يومًا نطفةً، ثم يكون علقةً مثل ذلك، ثم يكون مضغةً مثل ذلك، ثم يرسل إليه الملك، فينفخ فيه ا
- شرح الأربعين النووية«إنَّ أَحَدَكُمْ يُجْمَعُ خَلْقُهُ فِي بَطْنِ أُمِّهِ أَرْبَعِينَ يَوْمًا، ثُمَّ يَكُونُ عَلَقَةً مِثْلَ ذَلِكَ، ثُمَّ يَكُونُ مُضْغَةً مِثْلَ ذَلِكَ، ثُمَّ يُرْسَلُ إلَيْهِ الْمَلَكُ فَيَنْفُخُ فِيهِ الرُّوحَ، وَيُؤْمَرُ بِأَرْبَعِ كَلِمَا
- مجموعة زاد الحديث (1)الحديث 1«ثُمَّ يُرْسَلُ إِلَيْهِ المَلَكُ فَيَنْفُخُ فِيْهِ الرُّوْحَ»
- موسوعة الإيمان«إِنَّ أَحَدَكُمْ يُجْمَعُ خَلْقُهُ فِي بَطْنِ أُمِّهِ أَرْبَعِينَ يَوْمًا، ثُمَّ يَكُونُ عَلَقَةً مِثْلَ ذَلِكَ، ثُمَّ يَكُونُ مُضْغَةً مِثْلَ ذَلِكَ، ثُمَّ يَبْعَثُ اللَّهُ مَلَكًا فَيُؤْمَرُ بِأَرْبَعِ كَلِمَاتٍ، وَيُقَالُ لَهُ: اكْتُبْ