Skip to content

"Din qardaşını sadəcə gülər üzlə qarşılamaq olsa belə, xeyirdən sayılan heç bir əməli kiçik zənn etmə".

Əbu Zərrdən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə belə dedi:

"Din qardaşını sadəcə gülər üzlə qarşılamaq olsa belə, xeyirdən sayılan heç bir əməli kiçik zənn etmə".

«لَا تَحْقِرَنَّ مِنَ الْمَعْرُوفِ شَيْئًا، وَلَوْ أَنْ تَلْقَى أَخَاكَ بِوَجْهٍ طَلْقٍ».

Muslim rəvayət etdi.
Səhih
Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) cüzi olsa belə xeyir əmələ təşviq edir və onun şənini kiçiltməməyi tövsiyə edir. Buna misal olaraq görüş zamanı təbəssüm etməyi göstərmək olar. Müsəlman qardaşla ünsiyyətdə səmimiyyət, qəlbinə sevinc bəxş etmək kimi xüsusiyyətlərə malik olmaq üçün hər bir müsəlman bu kimi əməllərə həris olmalıdır.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Möminlər arasında məhəbbət, görüşdükdə təbəssüm və bir-birini sevindirməyin fəziləti.

Şəriətin hər bir məsələni özündə ehtiva etməsi və kamilliyi. O müsəlmanların islahı və sözlərinin birliyini təsbit etmək üçün bərqərar olmuşdur.

Az olsa belə, xeyir əməli etməyə təşviq.

Müsəlmanları sevindirməyin müstəhəbliyi, belə ki, bu onların birliyini reallaşdırır.

Mənbələr

Sahihu Muslim (4/ 2026) (2626).

(1/ 572).

Əlavə (7)

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 119).

توضيح الأحكام من بلوغ المرام.

للبسام (7/ 341).

نزهة المتقين شرح رياض الصالحين.

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (2/ 20).