Skip to content

"İnsanın oynaqlarından hər biri üçün bir sədəqə vardır

Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir:

"İnsanın oynaqlarından hər biri üçün bir sədəqə vardır. Günəşin doğduğu hər gün iki insanın arasında ədalətlə hökm verməyin sədəqədir. Bir kişiyə öz miniyinə minməkdə yardım etməyin və ya onun əşyasını qaldırıb miniyinin üzərinə qoymağın sədəqədir. Gözəl söz sədəqədir. Namaz qılmağa getdikdə atdığın hər bir addım sədəqədir. Yoldan insanlara əziyyət verən şeyi kənarlaşdırmağın sədəqədir".

«كُلُّ سُلَامَى مِنَ النَّاسِ عَلَيْهِ صَدَقَةٌ، كُلَّ يَوْمٍ تَطْلُعُ فِيهِ الشَّمْسُ تَعْدِلُ بَيْنَ الِاثْنَيْنِ صَدَقَةٌ، وَتُعِينُ الرَّجُلَ فِي دَابَّتِهِ فَتَحْمِلُهُ عَلَيْهَا أَوْ تَرْفَعُ لَهُ عَلَيْهَا مَتَاعَهُ صَدَقَةٌ، وَالكَلِمَةُ الطَّيِّبَةُ صَدَقَةٌ، وَكُلُّ خُطْوَةٍ تَمْشِيهَا إِلَى الصَّلَاةِ صَدَقَةٌ، وَتُمِيطُ الأَذَى عَنِ الطَّرِيقِ صَدَقَةٌ».

Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) hər bir mükəlləf müsəlmanın sağlam olduğu üçün və bədən üzvlərinin yığılıb-açılması üçün sümüklərində oynaqlar yaratdığına görə Allaha şükür olaraq hər gün hər sümük birləşməsinin sayı qədər Allaha könüllü olaraq sədəqə verməsi lazım olduğunu bəyan edir. Bu sədəqə bütün yaxşı əməllərlə həyata keçirilir və yalnız pul verməklə olmur, bu əməllərdən: Sənin ədalətli olmağın və münaqişə edən iki tərəfin arasını islah etməyin sədəqədir. Aciz olan bir kəsə yardım edib onu heyvanın üzərinə mindərməyin və ya onun əşyalarını qaldırmağın sədəqədir. Zikr, dua, salam və digər xoş sözlər sədəqədir. Namaza doğru (məscidə gedərkən) atdığın hər addım sədəqədir. Yolda əziyyət verən bir şeyi yoldan götürmək sədəqədir.

Kəlmələrin mənası

سُلامى: بضم السين المهملة وتخفيف اللام مع القصر، وهي المفاصل، وقد ثبت في صحيح مسلم أنها ثلاثمائة وستون:

Hədisin faydalarından

İnsan sümüklərinin quruluşu və sağlamlığı Uca Allahın ona verdiyi ən böyük nemətlərdən biridir. Bu nemətə tam şükür etmək üçün hər bir sümüyə görə xüsusi olaraq bir sədəqə verməyə ehtiyac vardır.

Bu nemətlərin davamlı olduğuna görə hər gün şükürü təzələməyə təşviq etmək.

Hər gün nafilə ibadətlər etmək və sədəqə verməkdə davamlı olmağa təşviq etmək.

İnsanların arasını islah etməyin fəziləti.

İnsanı, qardaşına kömək etməyə təşviq etmək; çünki, ona kömək etməyi sədəqədir.

İnsanları camaat namazlarında iştirak etməyə və ona tərəf getməyə və bununla məscidləri abadlaşdırmağa təşviq etmək.

Müsəlmanlara əziyyət və ya zərər verən hər şeydən uzaq durmaqla, onların (üzərində gəzdiyi) yollarına hörmət etməyin vacibliyi.

Mənbələr

Sahihul-Buxari (4/ 56) (2989).

Sahihu Muslim (1/ 498) (720).

Əlavə (17)

التحفة الربانية في شرح الأربعين حديثًا النووية.

مطبعة دار نشر الثقافة.

الإسكندرية.

الطبعة: الأولى.

1380 هـ.

شرح الأربعين النووية.

للشيخ ابن عثيمين.

دار الثريا للنشر.

فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين.

دار ابن القيم.

الدمام المملكة العربية السعودية.

الطبعة: الأولى.

1424هـ/2003م.

الفوائد المستنبطة من الأربعين النووية.

للشيخ عبد الرحمن البراك.

دار التوحيد للنشر.

الرياض.