Skip to content

"Mənə yeddi əza üzərində səcdə etmək əmr edildi

İbn Abbasdan (Allah onların hər ikisindən razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

"Mənə yeddi əza üzərində səcdə etmək əmr edildi: Alın üzərinə - əli ilə də burununa işarə etdi - iki əl, iki diz və iki ayağın ön tərəfdən uclarına və mənə namaz əsnasında saç və paltarı yığmamaq əmr edildi".

«أُمِرْتُ أَنْ أَسْجُدَ عَلَى سَبْعَةِ أَعْظُمٍ: عَلَى الْجَبْهَةِ وَأَشَارَ بِيَدِهِ عَلَى أَنْفِهِ، وَالْيَدَيْنِ، وَالرُّكْبَتَيْنِ، وَأَطْرَافِ الْقَدَمَيْنِ، وَلَا نَكْفِتَ الثِّيَابَ وَالشَّعَرَ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, Allah ona namazda bədənin yeddi əzası üzərində səcdə etməyi əmr edir və bunlar: Birincisi: alın: o, insan sifətinin yuxarı hissəsi, burun və gözlərin üstüdür. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) əli ilə burnuna işarə edərək bəyan edir ki, alınla burun birlikdə sözügedən yeddi əzadan biridir və bu işarə ilə əsaslandırır ki, səcdə edən burnu ilə mütləq yerə toxunmalıdır. İkinci və üçüncü əza: İki əldir. Dördüncü və beşinci isə dizlərdir. Altıncı və yeddinci isə ayaqların barmaqlarıdır. Həməçinin bizə saçlarımızı düyünləyib sarımamağı və səcdə edərkən paltarımızı yuxarı çəkib bir tərəfini digər tərəfin üzərinə yığmamağı, əksinə yerə dəyməsini və əzalarla birlikdə yerə səcdə etməsini əmr etdi.

Kəlmələrin mənası

ولا نَكْفِت: الكَفت: الجَمع والضَّم.

Hədisin faydalarından

Namazda yeddi əza üzərində səcdə etməyin vacibliyi.

Namazda saçı və paltarı yığmağın məkruh olması.

Namaz qılan namazında rahat olmalıdır, yeddi səcdə əzasını yerə qoymalı və tələb olunan zikri deyənə qədər bu üzrə qalmalıdır.

Saç yığmaq qadağası qadınlara yox kişilərə aiddir, çünki qadına namazda örtünmək əmr edilib.

Mənbələr

Sahihul-Buxari (1/ 162) (812).

Sahihu Muslim (1/ 354) (490).

Əlavə (12)

المنهاج شرح صحيح مسلم.

للنووي (4/ 206).

مرقاة المفاتيح شرح مشكاة المصابيح.

لعلي القاري (2/ 718).

سبل السلام شرح بلوغ المرام.

للصنعاني (1/ 270).

توضيح الأحكام مِن بلوغ المرام.

لعبد الله البسام (2/ 229).

فتح ذي الجلال والإكرام شرح بلوغ المرام.

لابن عثيمين (2/ 115).

منار القاري.

لحمزة قاسم (2/ 202).