Skip to content

"Kim "Ləə iləhə illallah" deyər və Allahdan başqa ibadət edilənləri inkar edərsə, malı, qanı toxunulmaz olar, hesabı isə Allaha aiddir."

Tariq bin Əşyəm Əl-Əşcaidən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim:

"Kim "Ləə iləhə illallah" deyər və Allahdan başqa ibadət edilənləri inkar edərsə, malı, qanı toxunulmaz olar, hesabı isə Allaha aiddir."

«مَنْ قَالَ: لَا إِلَهَ إِلَّا اللهُ، وَكَفَرَ بِمَا يُعْبَدُ مِنْ دُونِ اللهِ حَرُمَ مَالُهُ وَدَمُهُ، وَحِسَابُهُ عَلَى اللهِ».

Muslim rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, kim diliylə şəhadət edərək " Ləə iləhə illah" - yəni Allahdan başqa haqq məbud olmadığını deyərsə, Allahdan başqa ibadət edilən hər şeyi inkar edərsə və İslamdan başqa digər dinləri tərk edərsə, onun malı, qanı müsəlmanlara haram olar və bizə yalnız əməlinin zahirinə görə hökm vermək qalar. Buna görə də İslam əhkamlarına əsasən kim, qanını və malını halal edəcək bir günah və cinayət etməyincə, malı alınmaz və qanı da axıdılmaz. Allah Qiyamət günü onun hesabını çəkəcək, əgər müsəlman kimi dediklərində doğru, səmimi idisə onu mukafatlandıracaq, münafiq idisə cəzalandıracaq.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

"Lə iləhə illallah" söyləmək və Allahdan savayı ibadət edilənlərin hamısını inkar etmək İslama daxil olmaq üçün şərtdir.

"Lə iləhə illallah"ın mənası bütlər, qəbirlər və digər Allahdan savayı ibadət edilənlərin hamısını inkar etmək, yalnız tək olan Allaha ibadət etməkdir.

Kim tövhidi tətbiq edər və onun tələblərinə zahirən əməl edərsə, buna zidd əməli ortaya çıxmayınca toxunulmaz olar.

Haqlı səbəb olmadan müsəlmanın malı, qanı və şərəf və ləyaqətinin toxunulmazlığı.

Bu dünyadakı hökm zahirə görədir, axirətdə isə niyyət və məqsədlərə görədir.

Mənbələr

Sahihu Muslim (1/ 53) (23).

Əlavə (4)

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص68).

الجديد في شرح كتاب التوحيد.

لمحمد القرعاوي (ص77).