Skip to content

"Böyük günahlardan çəkindiyi müddətcə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən kiçik günahlara kəffarədir".

Əbu Hureyradan - Allah ondan razı olsun - rəvayət edildiyinə görə Allah Rəsulu - salləllahu aleyhi va səlləm - belə buyurmuşdur:

"Böyük günahlardan çəkindiyi müddətcə, beş vaxt namaz, iki Cümə və iki Ramazan, aralarında edilən kiçik günahlara kəffarədir".

«الصَّلَوَاتُ الْخَمْسُ، وَالْجُمُعَةُ إِلَى الْجُمُعَةِ، وَرَمَضَانُ إِلَى رَمَضَانَ، مُكَفِّرَاتٌ مَا بَيْنَهُنَّ إِذَا اجْتَنَبَ الْكَبَائِرَ».

Muslim rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər - salləllahu aleyhi va səlləm - gün ərzində qılınan beş vaxt namazın, hər həftə qılınan cümə namazının və hər il tutulan Ramazan orucunun böyük günahlardan çəkinilməsi şərti ilə aralarında edilən kiçik günahlara kəffarə olacağını xəbər vermişdir. Amma zina, içki içmək kimi büyük günahlara gəldikdə isə, yalnız tövbə edildiyində bağışlanar.

Kəlmələrin mənası

مكفرات: ماحيات.

Hədisin faydalarından

Günahlardan bəziləri kiçik, bəziləri isə böyükdür.

Kiçik günahların bağışlanması böyük günahlardan çəkinmə şərtinə bağlıdır.

Böyük günahları edənə bu dünyada hədd cəzası, axirətdə isə əzab və ya qəzəb yaxud da lənət təhdidi vardır. Zina etmək və içki içmək kimi əməllər böyük günahlara misaldır.

Mənbələr

Sahihu Muslim (1/ 209) (233).

Əlavə (8)

شرح رياض الصالحين.

لابن عثيمين (2/ 183).

نزهة المتقين بشرح رياض الصالحين.

لمصطفى سعيد الخن (1/ 158).

تطريز رياض الصالحين.

لفيصل آل مبارك (ص108).

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم بن عيد الهلالي (1/ 209).