Skip to content

"Sənə şübhə verən şeyi, şübhə verməyən şeylə dəyiş".

Rəsulullahın (sallallahu aleyhi və səlləm) reyhan qoxulu nəvəsi Əbu Muhəmməd Həsən ibn Əli ibn Əbu Talib (Allah onların hər ikisindən razı olsun) demişdir: Mən Rəsulullahın (sallallahu aleyhi və səlləm) belə buyurduğunu yadda saxlamışam:

"Sənə şübhə verən şeyi, şübhə verməyən şeylə dəyiş".

«دَعْ مَا يَرِيبُك إلَى مَا لَا يَرِيبُكَ».

Tirmizi və Nəsai rəvayət etmişdir.
Səhih
Şərh (izah)

Peyğəmbər (sallallahu aleyhi və səlləm) bu hədisdə qadağan olub-olmamasında, haram və ya halal olub-olmamasında şəkk etdiyin söz və əməlləri, şəkk etmədiyin, yaxşı və halal olduğuna əmin olduğum şeylərlə dəyişməyi əmr etmişdir.

Hədisin faydalarından

Müsəlman öz işlərini yəqinlik üzərində qurmalı, şübhəli olan şeyləri tərk etməli və dinində bəsirətli olmalıdır.

Şübhəli şeylərə düşməyin qadağan olunması.

Əgər arxayınlıq və rahatlıq istəyirsənsə, şübhə etdiyin şeyi tərk et və onu bir kənara qoy.

Allahın qullarına olan rəhməti. Belə ki, Uca Allah onlara nəfsə və ağıla rahatlıq gətirən işləri əmr etmiş, onları narahatlıq və çaşqınlıqa salan şeylərdən isə çəkindirmişdir.

Mənbələr

Sünən Ən-Nəsai (8/ 327) (5711).

Sünən Ət-Tirmizi (4/ 286) (2518).

Müsnəd Əhməd (3/ 248) (1723).

Əlavə (5)

التحفة الربانية في شرح الأربعين حديثًا النووية.

لإسماعيل الأنصاري (ص29).

شرح الأربعين النووية.

لابن عثيمين (ص153).

فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين للنووي وابن رجب (ص56).