Skip to content

«Ey Bilal! Namaz üçüm iqamə ver. Bizi namazla rahatlat».

Səlim bin Əbil-Caddan rəvayət edildiyinə görə bir kişi: “Kaş ki namaz qılmış olsaydım, istirahət edərdim” deyincə, orada olanlar sanki onun bu sözündə ayıb gördülər, bu zaman kişi onlara belə dedi mən: Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim:

«Ey Bilal! Namaz üçüm iqamə ver. Bizi namazla rahatlat».

«يا بلالُ، أقِمِ الصَّلاةَ، أرِحْنا بها».

Əbu Davud rəvayət etdi.
Səhih
Şərh (izah)

Səhabələrdən bir kişi: "Kaş ki namaz qılmış olsaydım, istirahət edərdim" dedi. Sanki ətrafında olanlar onun söylədiyi bu sözündən dolayı qınadılar. Bunun üzərinə o, ətrafında olanlara, mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim: "Ey Bilal! Namaz üçün azan oxu və iqamə ver ki, biz namazla rahatlaşaq". Çünki namazda Uca Allahla münacat, qəlbin və ruhun rahatlığı vardır.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Namazda Uca Allahı yalvararaq çağırmaq olduğu üçün orada qəlbin rahatlığı olur.

İbadətdə tənbəllik edən kimsənin qınanması.

Kim, üzərinə düşən vacibi yerinə yetirərsə, onun məsuliyyətini üzərindən götürər və beləliklə də o, rahatlıq və arxayınlıq hissinə ovuşar.

Mənbələr

Sünən Əbi Davud (7/ 338) (4985).

Əlavə (4)

الكاشف عن حقائق السُّنن (4/1217).

عون المعبود وحاشية ابن القيم (13/ 225).

مرقاة المفاتيح (3/939).

شرح سنن أبي داود للعباد (567/ 6).