Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 6

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"Kim müəzzini eşitdikdə, "Əşhədu əllə iləhə illallah vəhdəhu lə şərikə ləhu və ənnə Muhəmmədən əbduhu və rasuluhu, radiytu bi-Lləhi Rabbən və bi-Muhəmmədin rasulən, və bil-İsləmi dinən" (şəhadət verirəm ki, Allahdan başqa haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur, Muhəmməd Onun qulu və elçisidir. Mən Rəbb olaraq Allahdan, rəsul olaraq Muhəmməddən, din olaraq İslamdan razıyam) deyərsə, onun günahları bağışlanar".
Səhih Muslim rəvayət etdi.
" Azanı eşitdikdə müəzzinin dediklərini təkrar edin".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
«Ey Bilal! Namaz üçüm iqamə ver. Bizi namazla rahatlat».
Səhih Əbu Davud rəvayət etdi.
"Hər iki azan (azan və iqamə) arasında namaz vardır, hər iki azan arasında namaz vardır". Sonra üçüncü dəfədə əlavə etdi: "İstəyən üçün".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Müəzzin: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman sizlərdən biri ixlasla: "Allahu Əkbər, Allahu Əkbər" desə, sonra: "Əşhədu əllə iləhə illəllah" dediyi zaman: "Əşhədu əllə iləhə illəllah" desə, sonra: "Əşhədu ənnə Muhammədən rasulullah" dediyi zaman: "Əşhədu ənnə Muhammədən rasulullah" desə, sonra: "Həyyə aləs-salə!" dediyi zaman: "Lə həulə va lə quvvətə illə billəh" desə, sonra: "Həyyə aləl-fələh!" dediyi zaman: "Lə həulə va lə quvvətə illə billəh" desə, sonra: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman: "Allahu Əkbər, Allahu Əkbər" desə və sonra da: "Lə İləhə illəllah" dediyi zaman: ürəkdən "Lə İləhə illəllah" desə Cənnətə girər".
Səhih Muslim rəvayət etdi.
«Müəzzini eşitdiyinizdə, siz də onun söylədiklərini təkrar edin. Sonra mənə salavat gətirin. Kim mənə bir salavat gətirirsə, Allah da bunun qarşılığında ona on salavat edər. Sonra da Allahdan mənim üçün ''Vəsiləni" istəyin. O, Cənnətdə elə bir dərəcədir ki, Allahın qullarından yalnız bir quluna yaraşır. Ümid edirəm ki, o qul, mənəm. Kim mənim üçün ''Vəsiləni'' istəyərsə şəfaət ona halal olar».
Səhih Muslim rəvayət etdi.