Skip to content

"Kim bizə silah çəkərsə, o bizdən deyildir".

Əbu Musa əl-Əşaridən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Peyğəmbər(Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:

"Kim bizə silah çəkərsə, o bizdən deyildir".

«مَنْ حَمَلَ عَلَيْنَا السِّلَاحَ فَلَيْسَ مِنَّا».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) müsəlmanları qorxutmaq və ya mal-dövlətlərini qəsb etmək məqsədi ilə onlara qarşı silah qaldırılmasını qadağan etmişdir. Kim bunu haqsız yerə edərsə, o, böyük bir xəta və böyük günahlardan birini etmiş olar və o kimsə bu şiddətli təhdidə layiq olar.

Kəlmələrin mənası

من حمل علينا السلاح: المقصود به من حمل السلاح؛ لقتال المسلمين أو لإرهاربهم.

Hədisin faydalarından

Müsəlmanın digər müsəlman qardaşları ilə döyüşməsi şiddətli bir şəkildə qadağan edilmişdir.

Yer yüzündəki ən böyük fitnə və pisliklərdən biri də, müsəlmanlara silah çəkmək və insanları öldürərək yer yüzündə fitnə-fəsad yaymaqdır.

Bu hədisdə gələn şiddətli təhdid, qiyamçılara, yer yüzündə fitnə çıxaranlara və s. bu kimi fitnə-fəsad yayanlara qarşı döyüşməyi qadağan etmir.

Hətta zarafatla da olsa belə silah və ona bənzər şeylərlə müsəlmanı qorxutmağın haram olması.

Mənbələr

Sahihul-Buxari (9/ 49) (7071).

Sahihu Muslim (1/ 98) (100).

Əlavə (8)

خلاصة الكلام شرح عمدة الأحكام.

لفيصل آل مبارك (ص406).

الإفهام في شرح عمدة الأحكام.

لابن باز (ص815).

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (2/ 195).

تيسير العلام شرح عمدة الأحكام.

لعبد الله البسام (ص752).