"Uca Allah belə buyurmuşdur: Namazı qulumla Özüm aramda iki yerə böldüm, qulum üçün istədiyi vardır
Əbu Hureyrədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o belə demişdir: Mən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyini eşitdim:
"Uca Allah belə buyurmuşdur: Namazı qulumla Özüm aramda iki yerə böldüm, qulum üçün istədiyi vardır. Qul: (Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur) deyincə, Uca Allah: (Qulum Məni həmd etdi) deyə buyurar. Qul: (Mərhəmətli və Rəhmli olana) deyincə, Allah: (Qulum Məni öydü) deyər. Qul: (Din gününün Sahibinə) deyincə, (Qulum Məni ucaltdı) yaxud da: (Qulum işini Mənə həvalə etdi) deyər. Qul: (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) deyincə, (Bu, qulumla Mənim aramda ortaq olan qisimdir və quluma istədiyi olacaqdır) diyə buyurar. Qul: (Bizi doğru yola yönəlt! Nemət bəxş etdiyin kimsələrin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!) deyincə, Allah: (Bu, quluma aiddir, quluma istədiyi veriləcəkdir) diyə buyurar".
«قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: {الْحَمْدُ لِلهِ رَبِّ الْعَالَمِينَ}، قَالَ اللهُ تَعَالَى: حَمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ: {الرَّحْمَنِ الرَّحِيمِ}، قَالَ اللهُ تَعَالَى: أَثْنَى عَلَيَّ عَبْدِي، وَإِذَا قَالَ: {مَالِكِ يَوْمِ الدِّينِ}، قَالَ: مَجَّدَنِي عَبْدِي، -وَقَالَ مَرَّةً: فَوَّضَ إِلَيَّ عَبْدِي-، فَإِذَا قَالَ: {إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ}، قَالَ: هَذَا بَيْنِي وَبَيْنَ عَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ: {اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ، صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلا الضَّالِّينَ}، قَالَ: هَذَا لِعَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ».
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) Uca Allahın qüdsi bir hədisdə belə buyurduğunu xəbər vermişdir: Namazda Fatihə surəsini qulumla Özüm aramda iki yerə böldüm, Fatihə surəsinin yarısı Mənim, yarısı isə onundur. Fatihə surəsinin birinci yarısı: Uca Allaha həmd-səna və Ona tərifdir. Buna görə qulumu ən xeyirli qarşılıqla mükafatlandıracağam. Fatihə surəsinin ikinci yarısı: Yalvarmaq və duadır. Qulumun duasını qəbul edəcəm və ona istədiyini verəcəm. Namaz qılan kimsə: (Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur) deyincə, Uca Allah: (Qulum Məni həmd etdi) deyə buyurar. Qul: (Mərhəmətli və Rəhmli olana) deyincə, Allah: (Qulum Məni təriflədi, Mənə həmd etdi və qullarıma olan nemətimi itiraf etdi) deyər. Qul: (Din gününün Sahibinə) deyincə, Allah: (Qulum Məni ucaltdı, bu böyük şərəfdir) deyər. Namaz qılan kimsə: (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) deyincə, Allah: (Bu, qulumla Mənim aramda ortaq olan qisimdir) deyə buyurar. Bu ayənin birinci qismi: (Biz yalnız Sənə ibadət edir) Allaha aiddir. Bu, Uca Allahın ibadətə layiq tək haqq ilah olduğunu etiraf etmək və Onun ibadət çağrısına icabət etməkdir və bununla da Uca Allaha aid olan qisim burada bitir. Ayənin ikinci qismi: (və yalnız Səndən kömək diləyirik) isə qula aiddir. Bu, Uca Allahdan yardım diləməyi və Ondan yardım diləyənə yardım edəcəyinə dair vədinin gerçəkləşəcəyini ifadə edir. Namaz qılan kimsə: (Bizi doğru yola yönəlt! Nemət bəxş etdiyin kimsələrin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!) deyincə, Allah: (Bu, qulumun yalvarması və dua etməsidir, quluma istədiyi veriləcəkdir, Mən artıq onun duasına icabət etdim) diyə buyurar.
...:
Bu hədisdə Fatihə surəsinin önəminin böyüklüyü ifadə edilmiş və Uca Allah bu surəni namaz olaraq adlandırmışdır.
Hədisdə Uca Allahın quluna olan qayğısı ifadə edilmiş, həmçinin, qulunun Onu həmd-səna etməsindən dolayı qulunu mədh etməsi xəbər verilmiş və sonda isə qulun Ondan istədiyinin ona verəcəyini vəd etmişdir.
Bu surə özündə, Uca Allaha həmd-səna etməyi, öldükdən sonra yenidən dirilməyi, Allaha dua etməyi, ixlasla Ona ibadət etməyi, doğru yola yönəltməsini istəməyi və batil yollardan çəkindirməyi əhatə etmişdir.
Namaz qılan kimsə - Fatihə surəsini oxuduğu zaman - bu hədisi xatırlayarsa bu onun namazdakı xuşusunu artırar.
Sahihu Muslim (1/ 296) (395).
Əlavə (4)
إكمال المعلم (2/275).
المفهم لما أشكل من تلخيص كتاب مسلم (2/ 27).
شرح النووي على مسلم (4/103).
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (9/ 232) (9/ 253).
Kitablarda istinad edilib
14 KitablarƏlavə (14)
- الأربعون في تعظيم قدر الصلاةالأربعون في تعظيم قدر الصلاة «قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِــي وَبَيْنَ عَبْدِي نِصْفَـــيْنِ، وَلِعَبْدِي مَا سَـــأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: ﴿الْحَــمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ﴾، قَالَ اللهُ تَعَالَى: حَـــمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ: ﴿
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهمالصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: (الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ)، قَالَ اللهُ تَعَالَى: حَمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ: (الرَّحْمَنِ ا
- الصلاة التي علمها النبي ﷺ الصحابة رضي الله عنهم«قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: (الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ)، قَالَ اللهُ تَعَالَى: حَمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ: (الرَّحْمَنِ ا
- صلاتنا الخاشعة"قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: ﴿ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ﴾ [الفاتحة: 2]، قَالَ اللهُ تَعَالَى: حَمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ: ﴿
- مجموعة زاد التفسير (1)التفسير 1«قال الله تعالى: قَسَمْتُ الصَّلاةَ بَيني وَبَينَ عَبدي نِصْفَينِ وَلِعَبدي ما سَألَ، فَإِذا قال العبدُ: ﴿الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ﴾ . قال الله تعالى: حَمِدَنِي عَبدي، وإذا قال: ﴿الرَّحْمَنِ الرَّحِيمِ﴾ . قال الله تعالى: أَثنَى
- مجموعة زاد التفسير (1)التفسير 1«فنصفها لعبدي ولعبدي ما سأل»
- محاضرات تعظيم قدر الصلاةمحاضرات في تعظيم قدر الصلاة﴿ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ 2﴾ ، يقول الله تعالى: حمدني عبدي، وإذا قال: ﴿ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ 3﴾ ، يقول الله تعالى: أثنى علي عبدي، وإذا قال: ﴿مَٰلِكِ يَوۡمِ ٱلدِّينِ 4﴾ ، يقول الله تعالى: مجدني عبدي، فإذا قال: ﴿إِيَّاكَ نَعۡبُ
- محاضرات تعظيم قدر الصلاةمحاضرات في تعظيم قدر الصلاة"قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِــي وَبَيْنَ عَبْدِي نِصْفَـــيْنِ، وَلِعَبْدِي مَا سَـــأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: ﴿ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ 2﴾ ، قَالَ اللهُ تَعَالَى: حَـــمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ:
- محاضرات تعظيم قدر الصلاةمحاضرات في تعظيم قدر الصلاة" قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: ﴿ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ 2﴾ [الفاتحة: 2]، قَالَ اللهُ تَعَالَى: حَمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ
- محاضرات تعظيم قدر الصلاةمحاضرات في تعظيم قدر الصلاة"هَذَا بَيْنِي وَبَيْنَ عَبْدِي "
- محاضرات تعظيم قدر الصلاةمحاضرات في تعظيم قدر الصلاة"هَذَا بَيْنِي وَبَيْنَ عَبْدِي "
- مشروع منهاج زادكزادك 1 طالب«قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: (ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ)، قَالَ اللهُ تَعَالَى: حَمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ: (ٱلرَّحۡمَٰنِ
- من الأحكام الفقهية في الطهارة والصلاة والجنائز«قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: ﴿ٱلۡحَمۡدُ لِلَّهِ رَبِّ ٱلۡعَٰلَمِينَ﴾ قَالَ اللهُ تَعَالَى: حَمَدَنِي عَبْدِي. وَإِذَا قَالَ: ﴿ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ﴾ قَالَ اللهُ
- نبراس طالب (1)1«قَالَ اللهُ تَعَالَى: قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ، وَلِعَبْدِي مَا سَأَلَ، فَإِذَا قَالَ الْعَبْدُ: {الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ(2)}، قَالَ اللهُ تَعَالَى: حَمِدَنِي عَبْدِي، وَإِذَا قَالَ: {الرَّحْمَن