"Güclü, güləşdə qalib gələn deyil, həqiqi güclü, qəzəb zamanı nəfsini cilovlayan insandır".
Əbu Hureyradan (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Güclü, güləşdə qalib gələn deyil, həqiqi güclü, qəzəb zamanı nəfsini cilovlayan insandır".
«لَيْسَ الشَّدِيدُ بِالصُّرَعَةِ، إِنَّمَا الشَّدِيدُ الَّذِي يَمْلِكُ نَفْسَهُ عِنْدَ الْغَضَبِ».
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, həqiqi qüvvət bədən gücü deyil və ya güclülərlə əlbəyaxa olub onlara qalib gəlmək deyil, həqiqi güclü, qəzəblənən zaman öz nəfsiylə mubarizə aparıb, özünü ələ alandır. Bu isə onun çox təmkinli olmasına və şeytana qalib gəlməsinə dəlalət edir.
...:
Yumşaqlığın və qəzəb zamanı insanın nəfsini cilovlamasının fəziləti və bunun, İslamın çağırdığı saleh əməllərdən olması.
Qəzəb zamanı nəfslə mübarizə, düşmənlə mubarizədən daha çətindir.
İslamın, cahiliyyədəki güc-qüvvət anlayışını dəyişərək onu uca əxlaqla dəyərləndirməsi, İslama görə insanların ən qüvvətlisi hisslərini cilovlayan kəsdir.
Fərdlərə və cəmiyyətə zərər verdiyi üçün qəzəbdən uzaqlaşmaq.
Sahihul-Buxari (8/ 28) (6114).
Sahihu Muslim (4/ 2014) (2609).
(538).
Əlavə (7)
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 198).
توضيح الأحكام من بلوغ المرام.
للبسام (7/ 394).
نزهة المتقين شرح رياض الصالحين.
بهجة الناظرين شرح رياض الصالحين.
للهلالي (1/ 698).
Kitablarda istinad edilib
4 KitablarƏlavə (4)
- الحديث زاد 4الحديث 4«لَيْسَ الشَّدِيدُ بِالصُّرَعَةِ، إِنَّما الشَّدِيدُ الذي يَمْلِكُ نَفْسَهُ عِنْدَ الغَضَبِ».
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"ليس الشديد بالصُّرَعَةِ إنما الشديدُ الذي يملك نفسه عند الغضب" .
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 1 «لَيْسَ الشدِيدُ بالصُّرَعةِ، إنَّمَا الشَّديدُ الَّذِي يَمْلِكُ نَفْسَهُ عَنْدَ الْغَضَبِ».
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 3«لَيْسَ الشَّدِيدُ بِالصُّرْعَةِ، إنَّمَا الشَّدِيدُ الَّذِي يَمِلكُ نَفْسَهُ عِنْدَ الغَضَبِ».