livat (homoseksualizim).
نص الموضوع
Livat (homoseksualizim/ sodomiya), yəni: kişinin kişi ilə arxadan cinsi əlaqədə olması böyük günahlardandır. Bu əməl, Allahın insanları üzərində yaratdığı sağlam fitrətin pozulmasıdır; əxlaqı məhv edir, kişiliyi aradan qaldırır, nəsli kəsir, cəmiyyəti pozur və Allah Təalanın qəzəbinə, şiddətli əzabına səbəb olur. Uca Allah Lut qövmü haqqında buyurur:
"Əmrimiz gəldikdə oranın altını üstünə çevirdik və odda bişmiş gil daşları ardıcıl olaraq onların üstünə yağdırdıq.
O daşlara Rəbbinin yanında işarə qoyulmuşdur. O (daşlar) zalımlardan uzaq deyildir".
(Hud 1 114).
Dəlillər:
Livatın haram olduğunu, onun nə qədər çirkin bir əməl və böyük bir günah olduğunu bəyan edən dəlillər çoxdur. Onlardan bəziləri bunlardır:
Uca Allah Lutun, Allahın ona salamı olsun, öz qövmünə dediyi söz haqda xəbər verərək belə demişdir:
"Doğrudanmı siz insanlar içində ancaq kişilərlə yaxınlıq edir
və Rəbbinizin sizin üçün yaratdığı qadınlarınızı tərk edirsiniz? Siz, həqiqətən də, həddi aşan bir qövmsünüz”.
(Şuəra 42 surəsi, ayələr 165-166)
"Həddi aşanlar" yəni: Rəbbinizin sizə halal buyurduğu qadınlarla yaxınlığı tərk edib, haram buyurduğuna yönəlməklə həddi aşırsınız [167].
[109] Təfsir ət-Tabari (6/625).
Pak və Uca olan Allah buyurur:
"Lutu da (elçi göndərdik). Bir zaman o, öz qövmünə demişdi: “Siz özünüzdən əvvəl aləmlərdən heç kəsin etmədiyi iyrənc əməlimi edirsiniz?
Siz, qadınları qoyub şəhvətlə kişilərə yaxınlaşırsınız. Həqiqətən də, siz, həddi aşmış bir qövmsünüz”.
(Əraf 7 surəsi, ayə 3).
Abdullah bin Abbas, Allah ondan razı olsun, rəvayət edir ki, Allah rəsulu, salləllahu aleyhi va səlləm, belə demişdir:
«Kimi Lut qövmünün əməlini edən görsəniz, faili (edəni) də, məfulu da (ediləni də) öldürün» [168].
[37] Hədisi Əbu Davud: (4607) rəvayət etmişdir.
Cabir, Allah ondan razı olsun, rəvayət edir ki, Allahın rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurmuşdur:
"Ümmətim üçün ən çox qorxduğum şey — Lut qövmünün əməlidir" [169].
[28] Hədisi Tirmizi: (2140) rəvayət etmişdir.
Zərərləri:
Livatın böyük zərərləri vardır. Bunlardan bəziləri aşağıdakılardır:
- Livat edən kimsə axirətdə şiddətli əzaba məruz qalır.
- Halal nikahın azlığı və subaylığın çoxalması.
- Nəslin azaldılması və ya tamamilə kəsilməsi. Bu, əkinə yararsız torpağa toxum səpən kimsə kimi, həyat suyunu (nütfəni) zay etməkdir.
- İbn əl-Qayyim - rahiməhullah - demişdir:
"Livat bu işi edəndə və ediləndə qəm-qüssə, narahatlıq və nifrət yaradır" [170].
[170] Zadul-Məad (4/241-242) ixtisarla.
Həmçinin, üzü qaraldır, köksü zülmətə bürüyür və qəlbin nurunu söndürür.
Həmçinin bu, əməli edən ilə ona məruz qalan arasında uzaqlaşmaya, şiddətli nifrətə və əlaqələrin kəsilməsinə səbəb olur ki, bu da qaçılmazdır.
Həmçinin, bu əməl onu edənin və ona məruz qalanın halını elə bir fəsada uğradır ki, Uca Allahın səmimi tövbə ilə diləməsi istisna olmaqla, bundan sonra onların islah olunacağına, demək olar ki, ümid edilməz.
Həmçinin bu, nemətlərin zaval tapmasına və bəlaların gəlməsinə ən böyük səbəbdir.
Həmçinin, o, həyanı tamamilə aradan qaldırır. Həya qəlblərin həyatıdır. Qəlb onu itirdikdə, çirkin olanı gözəl, gözəl olanı isə çirkin görməyə başlayar. Bu halda onun fəsadı artıq möhkəmlənmiş olar.
Həmçinin bu əməl elə bir həyasızlıq və cəsarət gətirir ki, onu başqa heç bir şey gətirmir.
- Əvvəlki dövrlərdə mövcud olmayan xəstəliklərin, məsələn: QİÇS xəstəliyinin ortaya çıxması.
- Bu, "sihaqa" (lezbiyanlığa) və ya zinaya gətirib çıxarır. Çünki kişilər kişilərlə kifayətləndikdə, qadınlar da qadınlarla kifayətlənir yaxud da qadın öz şəhvətini təmin etmək üçün ərindən başqasına üz tutur.
Qorunma:
Livat (homoseksuallıq) günahına düşməkdən qorunma yolları:
- Evlənmək, livatdan qorunmağın ən güclü səbəblərindəndir. Kim evlənməyə gücü çatmazsa, oruc tutsun. Abdullah ibn Məsud, Allah ondan razı olsun, peyğəmbərin, Allahın salavatı və salamı onun üzərinə olsun, belə dediyini rəvayət etmişdir:
"Kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü harama baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən oruc şəhvəti qırır" [85].
[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.
- Kişinin kişinin övrətinə baxmaması. Əbu Səid əl-Xudridən, Allah ondan razı olsun, Allah rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, belə dediyi rəvayət edilir:
“Kişi kişinin övrətinə, qadın da qadının övrətinə baxmasın. Kişi bir paltar altında başqa bir kişi ilə, qadın da bir paltar altında başqa bir qadınla qalmasın” [172].
[3] Hədisi Müslim: (233) rəvayət etmişdir.
- Əxlaqsız saytlara daxil olmamaq və kişi və qadınlardan olan pis dostlarla ünsiyyət qurmamaq.
- On yaşına çatdıqda kiçik yaşlı uşaqların – istər oğlan, istərsə də qız olsunlar – yataqlarının ayrılması. Abdullah ibn Amr ibn Asdan, Allah onlardan razı olsun, rəvayət olunur ki, peyğəmbər, sallallahu aleyhi və səlləm, belə demişdir:
“Övladlarınıza yeddi yaşında ikən namaz qılmağı əmr edin, on yaşında ikən onları namaza görə (əgər qılmasalar) vurun və onların yataqlarını da ayırın” [173].
- Böyük günah olan livat əməlinin dünyada və axirətdə pis nəticələrindən qorxutmaq.
- Fərdlərin və cəmiyyətlərin qəlbində doğru əqidəni aşılamağa, onun dayaqlarını möhkəmləndirməyə və onu daim qoruyub saxlamağa tam səy göstərmək. Çünki davranışdakı azğınlıq əksər hallarda əqidədəki xələldən irəli gəlir.