Skip to content

نص الموضوع

Sələm ən böyük günahlardan biridir və Allaha və Onun peyğəmbərinə, sallallahu aleyhi və səlləm, qarşı hərb etməkdir. O, bu günahla məşğul olan kəsi dünyada və axirətdə şiddətli zərərlərə məruz qoyur. Həmçinin sələm, iqtisadi həyatı pozur, fərdə və cəmiyyətə mənfi təsir göstərir.

Sələm, ödəmə müddəti müqabilində borcun üzərinə qoyulan artım, həmçinin sələmə düşən iki şeyin mübadiləsindəki artımdır ki, bu da artıq sələm (ribə əl-fadl) adlanır.

Nisyə sələm isə, artıq sələm səbəbi ilə eyni hökmdə olan iki cins malın alqı-satqısında təhvil-təslimin gecikdirilməsidir.

Əbu Səid əl-Xudri, Allah ondan razı olsun, rəvayət edir ki, Allahın rəsulu, sallallahu aleyhi və səlləm, belə demişdir:

“Qızılı qızıla, gümüşü gümüşə, buğdanı buğdaya, arpanı arpaya, xurmanı xurmaya, duzu da duza eyni miqdarda və əlbəəl dəyişin. Kim artırarsa yaxud da artırmağı tələb edərsə, artıq sələmə girmişdir. Bu işdə alan da, verən də (günahda) eynidir” [105].

[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.

Sələmin müamilələri və yolları çoxdur. Buna görə də müsəlman onları tanımalı, onlardan çəkinməli, uzaq durmalı və hökmünü öyrənməmiş heç bir müamiləyə girişməməlidir.

Dəlillər:

Kitab və Sünnədə sələmdən çəkindirən bir çox nasslar (şəri dəlillər) varid olmuşdur. Onlardan bəziləri bunlardır:

Uca Allah buyurur:

"Sələm yeyənlər (qəbirlərindən), şeytan toxunmuş dəlinin qalxdığı kimi qalxarlar. Bu, onların: “Alış-veriş də sələmçilik kimidir!” – demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra (sələmçiliyə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur. Onun işi Allaha qalar. Kim yenə (sələmçiliyə) qayıdarsa, məhz onlar cəhənnəmlik olar və orada əbədi qalarlar".

(Bəqərə 2 surəsi, ayə 264).

İzzət və Cəlal sahibi olan Allah buyurur:

"Ey iman gətirənlər! Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan məbləğdən vaz keçin.

Əgər belə etməsəniz, Allahın və Onun rəsulunun sizə müharibə elan etdiyini bilin...".

Pak və Uca olan Allah buyurur:

"Ey iman gətirənlər! Qat-qat artırılmış sələmi yeməyin! Allahdan qorxun ki, bəlkə, nicat tapasınız".

[Əli İmran 3 surəsi, ayə 103].

Əbu Hureyra, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:

"Həlak edən (yəni: məhv edən) yeddi günahdan çəkinin!”. (Səhabələr) soruşdular: “Nədir onlar, ey Allahın rəsulu?”. Peyğəmbər, salləllahu aleyhi va səlləm, buyurdu: “Allaha şərik qoşmaq, sehir etmək, Allahın haram buyurduğu canı haqsız yerə öldürmək, sələm yemək, yetimin malını yemək, döyüş meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu və ismətli mömin qadınları zinada ittiham etmək” [106].

Səmura bin Cundəb, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, sallallahu aleyhi və səlləm, belə demişdir:

“Bu gecə yuxumda iki nəfər yanıma gəldi və məni müqəddəs bir torpağa apardılar. Biz yola düşdük və nəhayət qandan olan bir çaya çatdıq. Çayın içində bir kişi dayanmışdı, sahilində isə qarşısında daşlar olan başqa bir kişi var idi. Çaydakı kişi (sahilə doğru) irəlilədi. O, çaydan çıxmaq istədikdə, (sahildəki) kişi onun ağzına bir daş atır və onu olduğu yerə geri qaytarırdı. Beləcə, o, hər dəfə çıxmaq üçün gələndə, (sahildəki) onun ağzına bir daş atır, o da olduğu yerə qayıdırdı. Mən: "Bu nədir?" – deyə soruşdum. O: "Çayda gördüyün kəs sələm yeyəndir" – deyə cavab verdi» [107].

Zərərləri:

Sələmlə müamilə etməyin bir çox zərərləri vardır. Onlardan bəziləri bunlardır:

  • Sələm yeyən kimsə, axirətdə şiddətli və ağrılı-acılı bir əzabla hədələnmiş, Uca Allah və Onun peyğəmbəri, sallallahu aleyhi və səlləm, də ona hərb elan etmişdir. Uca Allah buyurur:
  • O kimsə, Allah rəsulunun, sallallahu aleyhi və səlləm, lənətinə məruz qalmışdır. Cabir bin Abdullah, Allah onların hər ikisindən razı olsun, belə demişdir:

«Peyğəmbər, sallallahu aleyhi və səlləm, sələm yeyəni, yedirdəni, sələmi yazanı və iki şahidini lənətləmiş və onların hamısı günahda bərabərdirlər, demişdir» [108].

[3] Hədisi Müslim: (233) rəvayət etmişdir.

  • Bu, insanların mallarını haqsız yerə mənimsəməkdir. Uca Allah buyurur:

"Ey iman gətirənlər! Qarşılıqlı razılıqla aparılan ticarət müstəsna olmaqla, mallarınızı öz aranızda haqsız yerə yeməyin...".

[Nisa 4 surəsi, ayə 4].

Təbəri bu ayənin mənası barədə belə demişdir:

"Ticarət istisna olmaqla, bir-birinizin mallarını sizə haram edilmiş sələm, qumar və Allahın qadağan etdiyi digər bu kimi yollarla yeməyin" [109].

[109] Təfsir ət-Tabari (6/625).

  • Sələmdən qazanılan mallar bərəkətsizdir. Uca Allah buyurur:

"Allah sələmi puç edər, sədəqələri isə artırar. Allah küfr və günah işlərdə israr edən kimsələri sevməz".

Əs-Sədi, Allah ona rəhmət etsin, demişdir:

"Allah sələmi məhv edər" - yəni: onun həm özünü, həm də bərəkətini aradan qaldırar, beləliklə bu, həmin malda afətlərin baş verməsinə və ondan bərəkətin çəkilməsinə səbəb olar. Əgər ondan xərcləyərsə, buna görə savab qazanmaz, əksinə, bu, onun üçün Cəhənnəmə aparan bir azuqə olar" [110].

[11] Təfsir Səadi (səh: 324).

İbn Məsud, Allah ondan razı olsun, rəvayət edir ki, peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, belə demişdir:

"Kim sələmlə malını artırarsa, işinin aqibəti azlıqdır" [111].

[74] Hədisi İbn Macə: (4019) rəvayət etmişdir.

  • Sələm qəlblərə kin-küdurət toxumu səpir, onlardan şəfqət və mərhəməti söküb atır. Bununla da qardaşlıq ölür və cəmiyyət parçalanır.
  • Sələm elə bir ictimai cinayətdir ki, hər hansı bir cəmiyyətdə yayıldığı zaman onu məhv edər və bünövrəsini dağıdar.

Qorunma:

Sələmlə məşğul olmaqdan qorunmağın yolları:

  • İmanı gerçəkləşdirmək. Uca Allah buyurur:

"Ey iman gətirənlər! Qat-qat artırılmış sələmi yeməyin!".

Bu isə ona dəlalət edir ki, iman, əmrə tabe olmağa və qadağadan çəkinməyə sövq edən və bunu zəruri edən səbəbdir. Çünki iman, əzaların əməllərini zəruri edən, təsdiqlənməsi vacib olan şeylərin kamil təsdiqidir [112].

[112] Bax: «Təfsir əs-Səadi» (səh: 148).

  • Təqvanı gerçəkləşdirmək. Uca Allah buyurur:
  • Allahın rəhmətinə nail olmağa çalışmaq. Uca Allah ribanı qadağan etdikdən sonra belə buyurur:

"Allaha və (Onun göndərdiyi) rəsula itaət edin ki, bəlkə, sizə rəhm olunsun".

  • Ölümü və Qiyamət gününün dəhşətlərini xatırlatmaq. Uca Allah sələm ayələrindən sonra belə buyurur:

"Allahın hüzuruna qaytarılacağınız gündən qorxun! Sonra hər kəsə qazandığının əvəzi veriləcək və onlara zülm edilməyəcəkdir".

  • Cəhənnəmdən qorxma. Uca Allah sələmi qadağan etdikdən sonra buyurur:

"Kafirlər üçün hazırlanmış Oddan qorxun".

  • Şəriət hökmlərini, o cümlədən alış-veriş və sələm hökmlərini öyrənmək. Ömər bin Xəttab, Allah ondan razı olsun, demişdir:

"Bizim bazarımızda dində fəqih olandan başqası satmasın" [113].

[28] Hədisi Tirmizi: (2140) rəvayət etmişdir.

Başqa bir ləfizdə belə rəvayət olunur:

“Yoxsa, istər-istəməz sələm yemiş olar” [114].

[114] Əl-Əsbəhaninin "ət-Tərğib vat-Tərhib" kitabı: (810).

  • Haram qazancdan çəkinib halal ruzi ilə kifayətlənmək və Uca Allaha dua etmək. Bu barədə peyğəmbər, sallallahu aleyhi va səlləm, belə buyurmuşdur:

«اللَّهُمَّ اكْفِنِي بِحَلَالِكَ عَنْ حَرَامِكَ، وَأَغْنِنِي بِفَضْلِكَ عَمَّنْ سِوَاكَ»: [Allahummə-kfiniy bi-həlalikə an həramikə va əğniniy bifadlikə ammən si­vakə] - "Allahım! Məni Öz halalınla kifayət­ləndirib haramına möhtac etmə! Məni Öz lüt­fünlə Özündən başqasına möhtac etmə!" [94].