Skip to content

نص الموضوع

Dinə yenilik gətirmək böyük günahlardandır. Uca Allaha şirkdən sonra asi olunan günahlar içində İblisə bidətdən daha sevimlisi yoxdur. İbn Qeyyim, Allah ona rəhmət etsin, demişdir:

"Şeytan bəndəyə, biri digərindən daha çətin olan yeddi maneədən birində qalib gəlmək istəyir. O, çətin maneədə bəndəyə qalib gəlməkdən aciz qalmadıqca, ondan daha asanına keçməz:

Birinci maneə: Allaha, Onun dininə, Onunla qarşılaşmağa, kamillik sifətlərinə və elçilərinin Onun barədə xəbər verdiklərinə küfr etməkdir. Çünki o, bu maneədə ona qalib gəlsə, düşmənçilik atəşi soyuyar və rahatlayar. Yox, əgər insan hidayət bəsirəti ilə bu maneəni keçib ondan xilas olsa və iman nuru onda salamat qalsa, onu ikinci maneədə yaxalamağa çalışar:

Bu, bidət maneəsidir. Ya Allahın Öz peyğəmbərini göndərdiyi və Kitabını nazil etdiyi haqqa zidd olan bir şeyə etiqad etmək. Ya da Allahın icazə vermədiyi və onlardan heç birini qəbul etmədiyi, dində sonradan uydurulmuş qayda və adətlərlə ibadət etməkdir".

[34] Mədaric əs-Salikin: (1/379).

Bidətin həqiqəti: Uca Allaha ibadətdə ifrata varmaq məqsədilə dində uydurulmuş və şəriətə bənzəyən bir yoldur [40].

[40] Əş-Şatibinin “əl-İ'tisam” əsəri (1/50).

Qadağan olunan bidət dini məsələlərdə olan bidətdir. Amma insanların ixtira etdiyi avtomobillər, təyyarələr, kompyuterlər, telefon və s. bu kimi digər dünyəvi işlər, lüğəvi mənada bidət adlandırılsa belə, bidət sayılmaz.

Peyğəmbər, sallallahu əleyhi va səlləm, bizi, gecəsi gündüzü kimi olan, açıq-aydın bir yol üzərində tərk edib getdi. Bu yoldan yalnız həlak olan kimsə azar. O, bizi bütün xeyirlərə təşviq etmiş və bütün şərlərdən çəkindirmişdir. Beləliklə, peyğəmbər, sallallahu əleyhi va səlləm, heç kimə deyəcək bir söz yeri qoymamışdır.

Buna görə də, kim Uca Allahın dininə, Allahın izin vermədiyi və rəsulunun şəriət buyurmadığı bir yenilik gətirərsə, bu əməldə heç bir xeyir yoxdur. Əksinə, o, rədd edilərək sahibinə qaytarılar.

Peyğəmbərin, səllallahu əleyhi va səlləm, onun Raşidi xəlifələrinin və Allahın onlardan razı qaldığı səhabələrinin üzərində olmadığı hər hansı bir əməllə Uca Allaha ibadət etmək səhih deyildir. Onlar özləri üçün nəyə razı qalıblarsa, biz də özümüz üçün ona razı qalmalıyıq. Çünki onlar elmə əsaslanaraq dayandılar və dərin bəsirətlə çəkindilər.

Bil ki, dindəki hər bir bidət haram və zəlalətdir. Zəlalət isə və onun əhli Cəhənnəmdədir. Onun haram olmasına dair dəlillər çoxdur və onlardan bəzilərini qeyd edirik:

Uca Allah Öz Kitabından və peyğəmbərinin sünnəsindən başqasına tabe olmaqdan çəkindirərək belə buyurur:

"Rəbbinizdən sizə nazil edilənə (Qurana) tabe olun. Allahı qoyub başqa dostların ardınca getməyin. Siz necə də az öyüd-nəsihət dinləyirsiniz".

(Əraf 7 surəsi, ayə 3).

Pak və Uca olan Allah buyurur:

"Yoxsa onların Allahın dində izin vermədiyi şeyləri onlar üçün qanuni edən şəriklərimi vardır?!".

[Şura 42 surəsi, ayə 21].

Aişə, Allah ondan razı olsun, Allah rəsulunun, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurduğunu rəvayət edir:

«Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar» [41].

[1] Hədisi Buxari: (2766) və Müslim: (89) rəvayət etmişdir.

  • Cabir bin Abdullah, Allah onların hər ikisindən razı olsun, rəvayət edir ki, Allah rəsulu, Allahın salavatı və salamı onun üzərinə olsun, belə buyurardı:

"Daha sonra: Şübhəsiz ki, sözlərin ən xeyirlisi Allahın Kitabıdır, yolların ən xeyirlisi isə Muhammədin (sallallahu əleyhi va səlləm) yoludur. Əməllərin ən şərlisi isə dinə sonradan daxil edilən yeniliklərdir (bidətlərdir), hər bir bidətdə zəlalətdir" [42].

[3] Hədisi Müslim: (233) rəvayət etmişdir.

Huzeyfə bin əl-Yəmən, Allah onlardan razı olsun, belə demişdir:

"Rəsulu-Llahın, sallallahu aleyhi va səlləm, səhabələrinin etmədiyi heç bir ibadəti etməyin. Həqiqətən, əvvəlkilər sonrakılar üçün deyiləcək bir söz qoymamışlar. Allahdan qorxun, ey qarilər camaatı və sizdən əvvəlkilərin yolunu tutun" [43].

[43] Əl-Ba'is 'alə inkaril-bidə' vəl-həvadis, (səh: 16).

Süfyan əs-Səuridən - rahiməhullah - belə dediyi rəvayət edilir:

"Bidət İblis üçün asilikdən daha sevimlidir. Çünki asilikdən tövbə edilir, bidətdən isə tövbə edilmir" [44].

[44] Bu rəvayəti, əl-Lələkai "Şərh Usul əl-İtiqad" (səh. 238) kitabında rəvayət etmişdir.

Bidətin bir neçə təhlükəsi və zərəri vardır. Onlardan bəziləri bunlardır:

  • Dünyanın yaranışından bu günə qədər olan təcrübə və biliklərdən məlum olmuşdur ki, ağıl öz mənfəətini müstəqil şəkildə dərk edə bilməz. Buna görə də Rəbbinin yaratdığı insanın tabe olacağı bir şəriətin olması zəruridir. Rəbbi onun mənfəətini və zərərini daha yaxşı bilir. Əgər insan Rəbbinin iradəsinə uyğun hərəkət etməzsə, öz nəfsinə zərər yetirmiş və onu həlaka məruz qoymuş olar.
  • Bidətçi nəfsinin istəyinə tabe olandır. Çünki ağıl şəriətə tabe olmadıqda, ona hava (nəfsi istək) və şəhvətdən başqa bir şey qalmır. Uca Allah qulu Davuda, aleyhi-ssalam, belə buyurur:

"Nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən, Allahın yolundan azanları hesab gününü unutduqları üçün şiddətli bir əzab gözləyir".

[Sad 38 surəsi, ayə 26].

  • Şəriət kamil bir şəkildə gəlmişdir. Nə bir ziyadə, nə də bir nöqsan qəbul etməz. Uca Allah buyurur:

"Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslamı bəyəndim".

[Maidə 5 surəsi, ayə 38].

Kim dinə yenilik gətirərsə, artıq o, şəriətin naqis olduğunu və peyğəmbərin, sallallahu aleyhi va səlləm, vəhydən bir şeyi gizlətdiyini iddia etmişdir.

  • Bidətçi şəriətə qarşı inadkarlıq edir və ona müxalif çıxır. Çünki şəriətin Sahibi ibadət üçün xüsusi yollar və üsullar müəyyən etmiş, məxluqları əmr və qadağalarla, mükafat və cəza xəbərdarlıqları ilə məhdudlaşdırmışdır. Həmçinin, O, xeyrin bu yollarda, şərin isə bu hədləri aşmaqda olduğunu xəbər vermişdir və s. Çünki Allah bilir, biz isə bilmirik və O, peyğəmbəri, sallallahu əleyhi va səlləm, aləmlərə ancaq bir rəhmət olaraq göndərmişdir.

Bidətçi bütün bunları rədd edir. Çünki o, başqa yolların da olduğunu, şəriətin məhdudlaşdırdığı şeyin məhdud olmadığını və təyin etdiyi şeyin də mütləq (müəyyən; vacib) olmadığını iddia edir. Sanki, şəriət Sahibi bilir, biz də bilirik.

Hətta onun Şəriət qoyana - bu yolları çıxartmaqla, düzəliş etməsindən belə başa düşülə bilər ki, o, sanki şəriət Qoyanın bilmədiyini bilmişdir. Əgər bidətçinin məqsədi budursa, bu, şəriətə və şəriət qoyana qarşı küfrdür. Yox əgər bu qəsd edilməyibsə, bu, açıq-aşkar bir zəlalətdir.

Qorunma:

Bu böyük günaha düşməkdən qorunmağın yollarından bəziləri:

  • Kitab və sünnədən yapışmaq, bununla yanaşı onu mümkün olan ən geniş şəkildə insanlar arasında yaymaq və onlara çatdırmaq. Uca Allah buyurur:

"Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın...".

[Əli İmran 3 surəsi, ayə 103].

Allahın ipi: İslam, Quran və Sünnədir.

  • İctihad, istihsan və qiyasın yeri olmadığı əqidə məsələlərində yalnız Quran və Sünnəyə əsaslanmaq və mütəşabih məsələlərə girməyi tərk etmək. Çünki bu məsələlərə girmək azğınlıq və bidət əhlinin əlaməti və müsəlmanların başına gələn hər bir bəla və müsibətin səbəbidir.
  • Sünnəni fərdin və cəmiyyətin davranışında tətbiq etmək. Yəni: insanın sünnədən öyrəndiklərini həyatın bütün sahələrində öz davranışına tətbiq etməsidir. Sünnənin tətbiqi, bidəti cəmiyyətdə pislənilən bir əməl halına gətirir, onun çirkin cizgiləri və pis görünüşü üzə çıxır və öz-özlüyündə daşıdığı çirkinliyi, İslam və müsəlmanlara olan təhdidi göstərir.
  • Yaxşılığı əmr edib pislikdən çəkindirmək. Belə ki, bidətlər başlanğıcda kiçik olur, sonra isə böyüyür. Onu bir fərd icad edir və tez bir zamanda hava əhli onun ətrafına toplaşır. Əgər yaxşılığı əmr edənlər və pislikdən çəkindirənlər cəmiyyətdə öz vəzifələrini yerinə yetirsələr, bidətləri öldürər və sünnələri dirçəldərlər.
  • Dinə yönələn açıq və ya gizli həmlələrə rədd etmək, bidət təzahürlərini ifşa etmək, onların nüfuz edib yayılmasının qarşısını almaq üçün Quran və Sünnə ilə onlara işıq salmaq və təsiri nə qədər az, əmri nə qədər kiçik olsa da, Sünnənin hüdudlarından kənara çıxmaqdan çəkinmək.

Avamın din haqqında elmsiz danışmasının qadağan edilməsi və mənsəbləri nə olursa olsun, şəriətə müxalif olan rəylərinə etibar edilməməsi.