Skip to content

"Əgər biriniz qardaşını (Allah üçün) sevərsə, ona, sevdiyini söyləsin".

Miqdəm bin Maədi Kəribdən - Allah ondan razı olsun - rəvayət edilir ki, Peyğəmbər - salləllahu aleyhi va səlləm - belə demişdir:

"Əgər biriniz qardaşını (Allah üçün) sevərsə, ona, sevdiyini söyləsin".

«إِذَا أَحَبَّ الرَّجُلُ أَخَاهُ فَلْيُخْبِرْهُ أَنَّهُ يُحِبُّهُ».

Əbu Davud, Ət-Tirmizi, Ən-Nəsai Əl-Kubrada,Əhməd rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər - salləllahu aleyhi va səlləm - bu hədisdə, möminlər arasında əlaqəni gücləndirən və onlar arasında bir-birlərinə qarşı sevgini yayan səbəblərdən birini bəyan etmişdir. Əgər kimsə bir mömin qardaşını (Allah üçün) sevərsə, ona, sevdiyini xəbər verməlidir.

Hədisin faydalarından

Dünya mənfəəti üçün deyil, Uca Allah üçün olan xalis sevginin fəziləti.

Möminlər arasında məhəbbət və dostluğun daha da artması üçün sevdiyi insana, onu, Allah üçün sevdiyini xəbər vermənin müstəhəb olması.

Möminlər arasında bir-birinə qarşı sevginin yayılması iman qardaşlığını gücləndirir və cəmiyyəti parçalanmaq və təfriqəyə düşməkdən qoruyur.

Mənbələr

Sünən Əbi Davud (7/ 444) (5124).

Sünən Ət-Tirmizi (4/ 199) (2392).

Ən-Nəsainin Əs-Sünən Əl Kubra (9/ 87) (9963).

Müsnəd Əhməd (28/ 408) (17171).

Əlavə (12)

بهجة الناظرين شرح رياض الصالحين.

لسليم الهلالي (1/ 450).

تطريز رياض الصالحين.

لفيصل المبارك (ص258).

رياض الصالحين للنووي.

(ص138) (383).

سلسلة الأحاديث الصحيحة وشيء من فقهها وفوائدها.

للألباني (1/ 777).

فيض القدير شرح الجامع الصغير.

للمناوي (1/ 247).

كنوز رياض الصالحين.

لمجموعة من الباحثين (6/ 279).