Skip to content

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında deyərdi: "Allahummə-ğfirli, varhəmni, və afini, vəhdini vərzuqni" - (Allahım məni bağışla, mənə rəhm et və əfv et, məni doğru yola yönəlt və mənə ruzi yetir).

İbn Abbasdan (Allah onların hər ikisindən razı olsun) belə dediyi rəvayət edilir:

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki səcdə arasında deyərdi: "Allahummə-ğfirli, varhəmni, və afini, vəhdini vərzuqni" - (Allahım məni bağışla, mənə rəhm et və əfv et, məni doğru yola yönəlt və mənə ruzi yetir).

كان النبي صلى الله عليه وسلم يقول بين السجدتين: «اللَّهمَّ اغْفِرْ لي، وارْحَمْنِي، وعافِني، واهْدِني، وارزقْنِي».

Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
Şahidləriylə həsən olan
Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namazda iki səcdə arasında müsəlmanın ən çox ehtiyacı olduğu bu beş duanı edərdi. Bu dualar dünya və axirət xeyrini, bağışlanma diləyini, günahların yad nəzərlərdən gizlədilməsini və onların əfvini, son dərəcə bol rəhməti, şübhələrdən, nəfsani istəklərdən, xəstəliklərdən, dərdlərdən salamat olmağı, Allahdan haqq üzərində hidayət diləyini və onun üzərində sabit olmağı, imandan, elmdən, saleh əməllərdən, təmiz halal qazancdan ruzi istəyini özündə birləşdirir.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

İki səcdə arasndakı oturuşda bu duanı etmək namazın qaydalarındandır.

Dünya və axirət xeyirlərini əhatə etdiyinə görə bu dualar fəzilətlidir.

Mənbələr

Sünən Əbi Davud (2/ 138) (850).

Sünən Ət-Tirmizi (1/ 317) (284).

Sünən İbn Məcəh (2/ 64) (898).

Müsnəd Əhməd (5/ 72) (2895).

Əlavə (6)

مشكاة المصابيح.

للتبريزي (1/ 283).

سبل السلام شرح بلوغ المرام.

لمحمد الصنعاني (1/ 274).

توضيح الأحكام مِن بلوغ المرام.

لعبد الله البسام (2/ 240).