“Dünyada zahid ol, Allah səni sevsin, insanların əlindəkinə də göz dikmə, insanlar səni sevsin”.
Əbul-Abbas Səhl bin Sə'd əs-Səidi (Allah ondan razı olsun) demişdir: Bir kişi Peyğəmbərin (sallallahu aleyhi va səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi! Mənə elə bir əməl öyrət ki, mən onu edəndə, məni həm Allah, həm də insanlar sevsin”. Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə buyurdu:
“Dünyada zahid ol, Allah səni sevsin, insanların əlindəkinə də göz dikmə, insanlar səni sevsin”.
«ازْهَدْ فِي الدُّنْيَا يُحِبُّكَ اللَّهُ، وَازْهَدْ فِيمَا عِنْدَ النَّاسِ يُحِبُّكَ النَّاسُ».
Bir kişi Peyğəmbərdən (sallallahu əleyhi və səlləm) onu, həm Allahın, həm də insanların sevgisini qazandıracaq bir əmələ yönəltməsini istədi. Peyğəmbər (sallallahu aleyhi va səlləm) ona belə dedi: Əgər dünyada artıq olan şeyləri, axirətə faydası olmayanları və dininə zərər verə biləcək şeyləri tərk etsən, bu zaman Allah səni sevər. Əgər insanların əlində olan dünya malına tamah etməsən, bu zaman insanlar səni sevər. Çünki insanlar təbiətcə dünyanı sevirlər. Kim onlarla bu dünya malı uğrunda rəqabət apararsa, ona qəzəblənər, kim dünyanı onlara buraxarsa, onu sevərlər.
Dünyada zahid olmağın fəziləti, insanın axirətdə ona faydası olmayan şeyləri tərk etməsidir.
Zahidlik, "vər'a-dan" (Allah qorxusu ilə haramı tərk etməkdən) daha yüksək mərtəbədir. Çünki vəra, zərər verə biləcək şeyləri tərk etməkdir. Zahidlik isə, axirətdə faydası olmayan şeyləri tərk etməkdir.
əs-Sindi demişdir: "Dünya insanlar üçün sevimlidir. Kim onlarla bu dünya malı uğrunda rəqabət apararsa, bir o qədər onların nifrətini qazanar. Kim isə onları sevdikləri (yəni dünya) ilə baş-başa buraxarsa, bir o qədər də onların qəlbində sevilər".
Sünən İbn Məcəh (5/ 225) (4102).
Əlavə (7)
İmam Nəvavinin "əl-Ərbaun ən-Nəvaviyyə" (Qırx hədis) kitabı. (ص118) (ح31).
التحفة الربانية في شرح الأربعين حديثًا النووية (ص73).
فتح القوي المتين في شرح الأربعين وتتمة الخمسين (ص111).
الفوائد المستنبطة من الأربعين النووية.
للشيخ عبد الرحمن البراك (ص87).
الأحاديث الأربعون النووية وعليها الشرح الموجز المفيد.
لعبد الله بن صالح المحسن (1/61).
Kitablarda istinad edilib
4 KitablarƏlavə (4)
- رياض الصالحينرياض الصالحين مع فوائد وهدايات - 3«ازهَدْ في الدُّنْيَا يُحِبَّكَ اللهُ، وَازْهَدْ فِيمَا عِنْدَ النَّاسِ يُحِبَّكَ النَّاسُ».
- شرح الأربعين النووية«ازْهَدْ فِي الدُّنْيَا يُحِبُّك اللَّهُ، وَازْهَدْ فِيمَا عِنْدَ النَّاسِ يُحِبُّك النَّاسُ».
- مجموعة زاد الحديث(2)1(وازهدْ فيما عندَ الناسِ)
- مجموعة زاد الحديث(2)1(ازْهَدْ فِي الدُّنْيَا يُحِبَّكَ الله...)