Skip to content

"Kim bir baxıcının yanına gedərsə və ondan bir şey soruşarsa, qırx gün namazı qəbul edilməz".

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) bəzi xanımlarından Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilmişdir:

"Kim bir baxıcının yanına gedərsə və ondan bir şey soruşarsa, qırx gün namazı qəbul edilməz".

«مَنْ أَتَى عَرَّافًا فَسَأَلَهُ عَنْ شَيْءٍ لَمْ تُقْبَلْ لَهُ صَلَاةٌ أَرْبَعِينَ لَيْلَةً».

Muslim rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) baxıcının yanına getməyin müsəlman üçün təhlükəli olduğunu bildirir. Baxıcı - istifadə etdikləri şeylər vasitəsilə qeybi məlumatlar verən falçı, münəccim, qum üzərində fala baxanlar və bu kimi şəxslərə verilən ümumi addır. İnsanın bu kimi şəxslərdən qeyb məsələləri haqqında sadəcə bir şey soruşmasına görə, Allah onu qırx gün qıldığı namazlarının savabından məhrum edir. Bu, onun böyük günahının cəzasıdır.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Kahinliyin, həmçinin kahinlərin yanına getməyin və onlara qeyb məsələləri barədə sual verməyin haramalığı.

İnsan bəzən günah etdiyinə görə cəza olaraq, itaətin savabından məhrum ola bilər.

Bu hədisdəki qadağalara hətta məlumat məqsədi olsa belə bürclər, onlara baxmaq, əlin içindəki və fincandakı falı oxumaq kimi əməllər daxildir. Çünki bütün bunlar falçılıq və qeyb elmini iddia etməkdir.

Əgər bu, baxıcının yanına gedənin cəzasıdırsa, o zaman baxıcının cəzası necə olar?

Qırx gün ərzində qılınan namaz keçərlidir, qəzasını qılmağa gərək yoxdur, lakin savabı olmayacaq.

Mənbələr

Sahihu Muslim (4/ 1751) (2230).

Müsnəd Əhməd (27/ 197) (16638).

Əlavə (4)

الجديد في شرح كتاب التوحيد.

للقرعاوي (ص238).

الملخص في شرح كتاب التوحيد.

للفوزان (ص213).