çünki o, bir gün olsa belə, "Rəbbim! Qiyamət günü günahlarımı bağışla" söyləməyib."
Aişədən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə belə dedi:
Dedim: "Ey Allahın Rəsulu, ibn Cud'an cahiliyyədə qohumluq əlaqələri saxlayır, yoxsulu yedizdirərdi , bu ona fayda verəcəkmi? Dedi: Fayda verməyəcək, çünki o, bir gün olsa belə, "Rəbbim! Qiyamət günü günahlarımı bağışla" söyləməyib."
قُلْتُ: يَا رَسُولَ اللهِ، ابْنُ جُدْعَانَ كَانَ فِي الْجَاهِلِيَّةِ يَصِلُ الرَّحِمَ، وَيُطْعِمُ الْمِسْكِينَ، فَهَلْ ذَاكَ نَافِعُهُ؟ قَالَ: «لَا يَنْفَعُهُ، إِنَّهُ لَمْ يَقُلْ يَوْمًا: رَبِّ اغْفِرْ لِي خَطِيئَتِي يَوْمَ الدِّينِ».
Peyğəmbərimiz (Allahın salavatı və salamı onun üzərinə olsun), İslamdan öncə Qureyşin böyüklərindən olan Abdullah bin Cud'andan xəbər vermişdir. Gözəl əməllərindən: Qohumluq əlaqələrini möhkəmlətmək, onlara xeyirxahlıq etmək, yoxsulları yedizdirmək və digər İslamın təşviq etdiyi fəzilətli əməlləri var idi. Lakin, Allaha küfr etdiyi üçün və bir gün olsun belə "Allahım Qiyamət günü günahlarımı bağışla" söyləmədiyinə görə bu əməllər ona axirətdə fayda verməyəcək.
İmanın fəzilətinin bəyanı və onun əməllərin qəbulu üçün şərt olması
Küfrün şər olması və onun saleh əməlləri batil etməsinin bəyanı.
Allaha və axirət gününə iman gətirmədikləri üçün kafirlərə əməlləri axirətdə fayda verməyəcək.
İnsanın küfr halında ikən etdiyi yaxşı əməllər müsəlman olduqda ona savab kimi yazılır və bu əməllərə görə mukafatlanacaq.
Sahihu Muslim (1/ 196) (214).
Əlavə (6)
شرح النووي على مسلم (3/87).
المفهم لما أشكل من تلخيص كتاب مسلم (1/ 459).
إرشاد الساري لشرح صحيح البخاري (4/ 170).
التنوير شرح الجامع الصغير (2/364).
فتح المنعم (2/54).
البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (3/ 455).