Skip to content

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox etdiyi duası bu idi: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər" (Ey Rəbbimiz olan Allahım, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi od əzabından (Cəhənnəmdən) qoru).

Ənəsdən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə o, belə dedi:

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox etdiyi duası bu idi: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər" (Ey Rəbbimiz olan Allahım, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi od əzabından (Cəhənnəmdən) qoru).

كَانَ أَكْثَرُ دُعَاءِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: «اللَّهُمَّ رَبَّنَا آتِنَا فِي الدُّنْيَا حَسَنَةً، وَفِي الآخِرَةِ حَسَنَةً، وَقِنَا عَذَابَ النَّارِ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) başqa duaları özündə cəm edən duaları daha çox edərdi, onlardan biri budur: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər". Və bu, bol, geniş, halal ruzi və saleh həyat yoldaşı, gözün sevinci olan övlad, rahatlıq faydalı elm və saleh əməl və digər sevimli, mübah istəklər kimi dünya xeyirlərini əhatə edir və eyni zamanda qəbrdə, məhşərdə və cəhənnəmdə əzabdan salamat qalmaq və Allahın razılığına, əbədi nemətə və Rəhimli Rəbbə yaxın olmağa nail olmaq kimi axirət xeyirlərini də əhatə edir.

Hədisin faydalarından

Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) nümunə götürərək əhatəli-geniş dualar etməyin bəyənilən olması.

İnsanın duasında dünya və axirət xeyirlərini cəm etməsi daha kamildir.

Mənbələr

Sahihul-Buxari (8/ 83) (6389).

Sahihu Muslim (4/ 2070) (2690).

Əlavə (8)

توضيح الأحكام من بلوغ المرام.

للبسام (7/ 578).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (10/ 463).

فتح ذي الجلال والإكرام.

لابن عثيمين (6/ 504).

سبل السلام بشرح بلوغ المرام.

للصنعاني (2/ 714).