Skip to content

«Sizdən biri məscidə daxil olduqda, oturmazdan əvvəl iki rükət namaz qılsın».

Əbu Qatədə əs-Sələmidən (Allah ondan razı olsun) rəvayət edildiyinə görə Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurmuşdur:

«Sizdən biri məscidə daxil olduqda, oturmazdan əvvəl iki rükət namaz qılsın».

«إِذَا دَخَلَ أَحَدُكُمُ الْمَسْجِدَ فَلْيَرْكَعْ رَكْعَتَيْنِ قَبْلَ أَنْ يَجْلِسَ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) günün hər hansı bir vaxtında və həmçinin hər hansı bir məqsəd üçün olmasından aslı olmayaraq məscidə daxil olan hər kəsin oturmadan öncə iki rükət namaz qılmasına təşviq etmişdir. Qılınan bu iki rükət namaz "Təhiyyətul-məscid" namazı adlanır.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Məscidə daxil olduqdan sonra oturmadan öncə iki rükət "Təhiyyətul-məscid" namazı qılmaq müstəhəbdir.

Hədisdə gələn bu əmr, məscidə daxil olub oturmak istəyən kimsəyə aiddir. Məscidə daxil olub, oturmadan öncə çıxan kimsəyə bu əmr aid deyildir.

Məscidə daxil olduqda insanların camaatla namaza başladığını görərsə, onlarla birlikdə qılınan namaza qoşulmalıdır. Bu zaman camaatla birlikdə qıldığı namaz həmin iki rükəti əvəz edir.

Mənbələr

Sahihul-Buxari (1/ 96) (444).

Sahihu Muslim (1/ 495) (714).

Əlavə (4)

المفهم لما أشكل من تلخيص كتاب مسلم (2/ 352).

فتح الباري لابن رجب (3/ 274).

التوضيح (5/524).

البحر المحيط الثجاج في شرح صحيح الإمام مسلم بن الحجاج (15/ 287).