Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namazdan sonra bu zikrləri edərdi.
Əbu Zubeyrdən belə dediyi rəvayət edilir:
İbn Zubeyr hər namazı salam verib bitirdikdən sonra deyərdi: "Lə iləhə illə-Llah vahdəhu ləə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu, və huva alə kulli şeyin qadir, lə həvlə və lə quvvətə illə bi-Lləh, və lə nəbudu illə iyyəhu, ləhu-nnimətu və ləhul-fadlu və ləhus-sənəul-həsənu, lə iləhə illə-Llahu muxlisinə ləhud-dinə və-ləu kərihəl kəfirun" (Mənası): "Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur, O təkdir, Onun şəriki yoxdur, mülk Ona məxsudur, həmd Ona məxsusdur və O hər şeyə qadirdir, güc və qüdrət sahibi ancaq Allahdır, Allahdan başqa ibadətə layiq ilah yoxdur və biz Ondan başqa heç kəsə ibadət etmirik, nemət və fəzilət Ona məxsusdur. Gözəl tərif Ona məxsusdur. Kafirlərin xoşuna gəlməsə belə, dini yalnız ixlasla Ona aid edərik.” Və sonra dedi: “Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namazdan sonra bu zikrləri edərdi.
كَانَ ابْنُ الزُّبَيْرِ يَقُولُ فِي دُبُرِ كُلِّ صَلَاةٍ حِينَ يُسَلِّمُ: «لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ، لَا إِلَهَ إِلَّا اللهُ، وَلَا نَعْبُدُ إِلَّا إِيَّاهُ، لَهُ النِّعْمَةُ وَلَهُ الْفَضْلُ وَلَهُ الثَّنَاءُ الْحَسَنُ، لَا إِلَهَ إِلَّا اللهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ» وَقَالَ: «كَانَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُهَلِّلُ بِهِنَّ دُبُرَ كُلِّ صَلَاةٍ».
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər namazda salam verdikdən sonra bu əzəmətli zikri edərdi. "Ləə iləhə illəllah" - yəni Allahdan başqa ibadətə layiq məbud yoxdur. "Təkdir, Onun şəriki yoxdur" - yəni Onun uluhiyyətdə, rububiyyətdə, isim və sifətlərində şəriki yoxdur. Mülk Ona məxsusdur - yəni, tam bütün mülk - hər şeyi - yerləri və göyləri və onlar arasında olanları əhatə edən bütün mülk Ona məxsusdur, sahibi Odur. "Həmd Ona məxsusdur" - yəni O, tam bütün kamilliklə vəsf edilib, hər bir halda - çətin və xoş günlərdə, sevgi və təzimlə kamilliklə Ona tərif və şükür edilir. "O hər şeyə qadirdir" - qüdrəti hər yöndən kamil və tamdır, Onu heç nə aciz edə bilməz və hər hansı işi etməsinə mane ola bilməz. "Allahdan başqa güc və qüvvət sahibi yoxdur"- yəni bir haldan başqa hala və Allaha asilikdən itaətə keçmək, yalnız güc və qüvvət sahibi Allahın yardımıyla mümkündür. Yardım edən Odur və yalnız Ona güvənilir. "Allahdan başqa ibadətə layiq olan ilah yoxdur, və yalnız Ona ibadət edirik" - uluhiyyət-ilahlıq mənasının təkidlə vurğulanması və şirkin inkar edilməsi və ibadətin yalnız Ona layiq olması deməkdir. "Nemət Ona məxsusdur və fəzilət Onundur" - yəni neməti yaradan və onun sahibi olan Odur və qullarından istədiyinə onu verən də Odur. "Gözəl tərif Ona məxsusdur" - Hər bir halda gözəl tərif Özünə, sifətlərinə, fellərinə və nemətlərinə aiddir. "Allahdan başqa ibadətə layiq ilah yoxdur. Dini yalnız Ona məxsus edərik" - yəni biz Allaha itaətdə riya və şan-söhrət güdmədən tövhid əhliyik. "Kafirlərin xoşuna gəlməsə belə" - yəni kafirlər sevməsə belə Allahın tövhidində, Ona ibadətdə sabitik.
الثناء: تكرار المدح والذكر.
Hər fərz namazdan sonra bu zikrə riayət etməyin müstəhəb olması.
Müsəlman öz diniylə qürur duyar, kafirlər sevməsə belə şüarlarını izhar edər.
Əgər hədisdə "namazın sonunda" sözü işlədilibsə və bu hədisdə zikr qeyd olunubsa, qayda budur ki, həmin zikr salamdan sonra deyilir, və əgər duadırsa, salamdan öncə deyilməsinə işarədir.
Sahihu Muslim (1/ 415) (594).
Əlavə (12)
سبل السلام شرح بلوغ المرام.
للصنعاني (1/ 293).
كنوز رياض الصالحين.
لمجموعة من الباحثين (17/ 61).
نزهة المتقين شرح رياض الصالحين.
لمصطفى الخِن وغيره (2/ 973).
بهجة الناظرين.
لسليم الهلالي (2/ 499).
مرقاة المفاتيح شرح مشكاة المصابيح.
لعلي القاري (2/ 762).
شرح رياض الصالحين.
لابن عثيمين (5/ 492).
Kitablarda istinad edilib
10 KitablarƏlavə (9)
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"لا إله إلا الله وحده لا شريك له، له الملك، وله الحمد، وهو على كل شيء قدير. لا حول ولا قوة إلا بالله، لا إله إلا الله ولا نعبد إلا إياه، له النعمة وله الفضل، وله الثناء الحسن، لا إله إلا الله مخلصين له الدين ولو كره الكافرون".
- الذكر والدعاء والعلاج بالرقي من الكتاب والسنة"لا إله إلا الله وحده لا شريك له، له الملك وله الحمد وهو على كل شيء قدير، آيبون، تائبون، عابدون، لربنا حامدون، صدق الله وعده، ونصر عبده، وهزم الأحزاب وحده" .
- العلم الواجب بدون فقه وبدون زيادات1لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ، لَا إِلَهَ إِلَّا اللَّهُ، وَلَا نَعْبُدُ إِلَّا إِيَّاهُ، لَهُ النِّعْمَةُ وَ
- تطبيق القرآن والأذكارأذكار الصباح والمساء((لاَ إِلَهَ إِلاَّ اللَّهُ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ)) (مائةَ مرَّةٍ إذا أصبحَ)[30].
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلم«لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ المُلْكُ، وَلَهُ الحَمدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ، لَا إِلَهَ إِلَّا اللَّهُ، وَلَا نَعْبُدُ إِلَّا إِيَّاهُ لَهُ النِّعْمَةُ وَ
- حصن المسلم من أذكار الكتاب والسنةحصن المسلملَا إِلَهَ إِلَّا اللَّهُ، وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ المُلْكُ وَلَهُ الحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِير
- رسالة في الأذكار1«لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ المُلْكُ، وَلَهُ الحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللهِ، لَا إِلَهَ إِلَّا اللهُ، وَلَا نَعْبُدُ إِلَّا إِيَّاهُ، لَهُ النِّعْمَةُ، وَلَه
- ما لا يسع أطفال المسلمين جهله«لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ المُلْكُ وَلَهُ الحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاللَّهِ، لَا إِلَهَ إِلَّا اللَّهُ، وَلَا نَعْبُدُ إِلَّا إِيَّاهُ، لَهُ النِّعْمَةُ و
- من الأحكام الفقهية في الطهارة والصلاة والجنائز«لَا إِلَهَ إِلَّا اللَّهُ، وَحْدَهُ لَا شَرِيكَ لَهُ، لَهُ الْمُلْكُ، وَلَهُ الْحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ، لَا حَوْلَ وَلَا قُوَّةَ إِلَّا بِاَللَّهِ، لَا إِلَهَ إِلَّا اللَّهُ، وَلَا نَعْبُدُ إِلَّا إيَّاهُ، لَهُ النِّعْمَ