Skip to content

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) məni göndərdiyi tapşırıqla mən də səni göndərimmi? Bütün heykəlləri məhv et, hündür qəbrləri yerlə bir et.

Əbul-Həyyac Əl-Əsədidən belə dediyi rəvayət edilir:

Əli bin Əbi Talib (Allah ondan razı olsun) mənə dedi: Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) məni göndərdiyi tapşırıqla mən də səni göndərimmi? Bütün heykəlləri məhv et, hündür qəbrləri yerlə bir et.

قَالَ لِي ‌عَلِيُّ بْنُ أَبِي طَالِبٍ: أَلَا أَبْعَثُكَ عَلَى مَا بَعَثَنِي عَلَيْهِ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ؟ أَنْ لَا تَدَعَ تِمْثَالًا إِلَّا طَمَسْتَهُ، وَلَا قَبْرًا مُشْرِفًا إِلَّا سَوَّيْتَهُ.

Muslim rəvayət etdi.
Səhih
Şərh (izah)

Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səhabələrini mövcud olan hər ruha malik canlının təsvirini və ya timsallarını aradan götürmək və yox etmək üçün göndərərdi. Onlara əmr edərdi ki, yüksək inşalı qəbrləri yerlə bir etsinlər, üzərilərində olan tikilini dağıdaraq qəbri yerə yaxın bir qarış səviyyəsində saxlasınlar.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Ruhu olan canlıların rəsmini çəkmək haramdır, çünki bu şirkə aparan vasitələrdəndir.

Gücü, ixtiyarı və ya vəzifə səlahiyyəti buna imkan verən şəxsin münkəri (şəriətə zidd olan əməli) əli ilə dəyişməyin şəriətdə buyurulması.

Üzərində tikililər ucaldılan qəbirlər, rəsm, heykəl kimi cahiliyyəyə aid atributların aradan qaldırılmasına Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) hərisliyi.

Mənbələr

Sahihu Muslim (2/ 666) (969).

Əlavə (8)

القول المفيد على كتاب التوحيد.

لابن عثيمين (2/ 446).

الملخص في شرح كتاب التوحيد.

لصالح الفوزان (ص402).

الجديد في شرح كتاب التوحيد.

لمحمد القرعاوي (ص447).

كتاب التوحيد.

للإمام محمد بن عبد الوهاب (ص138).