“Yaxşı və pis dostun misalı, müşk (ətir) satanla körük vuranın misalına bənzəyir
Əbu Musadan (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyi rəvayət edilir:
“Yaxşı və pis dostun misalı, müşk (ətir) satanla körük vuranın misalına bənzəyir. Ətir satan ya sənə ətir bağışlayar, ya ondan ətir alarsan, ya da ondan xoş bir qoxu duyarsan. Körük vuran isə ya sənin paltarını yandırar, ya da sən ondan pis qoxu duyarsan”.
«إِنَّمَا مَثَلُ الْجَلِيسِ الصَّالِحِ وَالْجَلِيسِ السَّوْءِ كَحَامِلِ الْمِسْكِ وَنَافِخِ الْكِيرِ، فَحَامِلُ الْمِسْكِ: إِمَّا أَنْ يُحْذِيَكَ، وَإِمَّا أَنْ تَبْتَاعَ مِنْهُ، وَإِمَّا أَنْ تَجِدَ مِنْهُ رِيحًا طَيِّبَةً، وَنَافِخُ الْكِيرِ: إِمَّا أَنْ يُحْرِقَ ثِيَابَكَ، وَإِمَّا أَنْ تَجِدَ رِيحًا خَبِيثَةً».
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) iki növ insana misal çəkdi: Birinci növ: Allaha və Onun razılığına yönəldən, itaətdə kömək edən saleh yoldaş və dost. O, müşk (ətir) satıcısına bənzəyir, ya sənə ətir verəcək, ya sən ondan pulla alacaqsan, ya da ondan xoş ətir iyisi duyacaqsan. İkinci növ: İnsanları Allahın yolundan azdıran və günah işlətməkdə kömək edən pis yoldaş və dost. Ondan çirkin əməl görərsən, onun kimi bir şəxslə yoldaşlıq edib, onunla oturub-durduğuna görə qınanarsan. O, oda üfürən dəmirçi kimidir; ya uçan qığılcımlarından sənin paltarın yanar, ya da onun yanından pis qoxu duyarsan.
Mənanı dinləyiciyə daha yaxşı çatdırmaq üçün misallar verməyin icazəli olması.
İtaətkar və saleh insanlarla yoldaşlıq etməyə, fəsadçı və pis əxlaq sahiblərindən isə uzaq durmağa təşviq etmək və rəğbətlənidrmək.
Sahihul-Buxari (7/ 96) (5534).
Sahihu Muslim (4/ 2026) (2628).
Əlavə (5)
بهجة الناظرين شرح رياض الصالحين.
لسليم الهلالي (1/ 431).
نزهة المتقين شرح رياض الصالحين.
مجموعة من الباحثين (1/ 339).
شرح النووي على مسلم (16/ 178).
Kitablarda istinad edilib
4 KitablarƏlavə (3)
- الحقيقة المُبْهِرَة في العلاقة بين الإسلام والإنسان(إنما مثل الجليس الصالح، والجليس السوء؛ كحامل المسك، ونافخ الكير، فحامل المسك؛ إما أن يحذيك، وإما أن تبتاع منه، وإما أن تجد منه ريحاً طيبة، ونافخ الكير إما أن يحرق ثيابك، وإما أن تجد ريحاً خبيثة)[134].
- المناهج التعليمية - الصف السادسالمناهج الدراسية - الحديث - الصف السادس - الفصل الثاني«إِنَّمَا مَثَلُ الْجَلِيسِ الصَّالِحِ وَالْجَلِيسِ السُّوءِ كَحَامِلِ الْمِسْكِ وَنَافِخِ الْكِيرِ؛ فَحَامِلُ الْمِسْكِ إِمَّا أَنْ يُحْذِيَكَ، وَإِمَّا أَنْ تَجِدَ مِنْهُ رِيحًا طَيِّبَةً، وَنَافِخُ الْكِيرِ إِمَّا أَنْ يُحْرِقَ ثِيَابَكَ
- مشروع المنهج التعليميمادة الحديث مستوى 1«مَثَلُ الجَلِيسِ الصَّالِحِ وَالسَّوْءِ، كَحَامِلِ المِسْكِ وَنَافِخِ الكِيرِ، فَحَامِلُ المِسْكِ: إِمَّا أَنْ يُحْذِيَكَ، وَإِمَّا أَنْ تَبْتَاعَ مِنْهُ، وَإِمَّا أَنْ تَجِدَ مِنْهُ رِيحًا طَيِّبَةً، وَنَافِخُ الكِيرِ: إِمَّا أَنْ يُحْرِق