Skip to content

"Ölüləri söyməyin, çünki onlar artıq dünyada ikən etdikləri əməllərə qovuşublar".

Aişədən (Allah ondan razı olsun) belə dediyi rəvayət edilir: Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:

"Ölüləri söyməyin, çünki onlar artıq dünyada ikən etdikləri əməllərə qovuşublar".

«لَا تَسُبُّوا الْأَمْوَاتَ، فَإِنَّهُمْ قَدْ أَفْضَوْا إِلَى مَا قَدَّمُوا».

Əl-Buxari rəvayət etdi.
Səhih
Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bildirir ki, ölüləri söymək, onların şərəf-ləyaqətləri barədə nalayiq sözlər demək haram və pis əxlaqdandır, çünki onlar dünyada ikən etdikləri istər saleh, istərsə də pis əməllərə artıq qovuşublar və bu söyüş onlara çatmır, lakin sağ olan insanlara əziyyət verir.

Kəlmələrin mənası

أفضوا إلى ما قدموا : صاروا إلى ما قدموا من أعمالهم.

Hədisin faydalarından

Bu hədis ölüləri söyməyin haramlığına dəlalət edir.

Ölüləri söyməyi tərk etməkdə, sağ olanların mənafeyinin hifz edilməsi, cəmiyyətin qarşılıqlı düşmənçilik və nifrətdən qorunması kimi xeyirlər vardır.

Dünyasını dəyişmiş insanların söyməyin qadağa edilməsinin hikməti budur ki, onlar etdikləri əməllərə qovuşublar və ölüləri söymək heç kimə fayda verməz, əksinə bu ölənin yaxınlarına əziyyət verməkdir.

İnsan xeyir olmayan sözləri dilinə gətirməməlidir.

Mənbələr

Sahihul-Buxari (2/ 104) (1393).

Əlavə (6)

فتح ذي الجلال والاكرام بشرح بلوغ المرام.

لابن عثيمين (2/ 631).

منحة العلام في شرح بلوغ المرام.

لعبد الله الفوزان (4/ 385).

توضيح الأحكام من بلوغ المرام.

للبسام (3/ 277).