"Allah dərgahında ən qəzəbinə gələn insanlar, mübahisə etdikdə həddi aşanlardır".
Aişədən (Allah ondan razə olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:
"Allah dərgahında ən qəzəbinə gələn insanlar, mübahisə etdikdə həddi aşanlardır".
«إِنَّ أَبْغَضَ الرِّجَالِ إِلَى اللهِ الْأَلَدُّ الْخَصِمُ».
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xəbər verir ki, Uca və Müqəddəs Allah insanlar arasında haqqa tabe olmayıb, şiddətli şəkildə və çox mübahisə edən, onu rədd etməyə çalışan və yaxud haqlı olaraq mübahisə edən, lakin mübahisədə həddi aşaraq mübaliğə edən və elmsiz höcətləşən kəsə nifrət bəsləyir.
...:
Şərii məhkəmə yolu ilə haqqını tələb edən məzlum, sözügedən məzəmmətli mübahisə mövzusuna daxil deyildir.
Höcətləşmə və mübahisə müsəlmanların arasında ayrılıq və düşmənçiliyə səbəb olacaq dilin bəlalarındandır.
Gözəl mübahisə, haqq üzərində qurulan və gözəl üslubla edilən müzakirədir, lakin haqqı inkar etməklə, batilə üstünlük vermək və dəlilsiz, sübutsuz mübahisə etmək məzəmmət olunan mübahisədir.
Sahihul-Buxari (3/ 131) (2457).
Sahihu Muslim (4/ 2054) (2668).
Əlavə (8)
توضيح الأحكام من بلوغ المرام.
للبسام (7/ 476).
منحة العلام في شرح بلوغ المرام.
لعبد الله الفوزان (10/ 308).
فتح ذي الجلال والإكرام.
لابن عثيمين (6/ 416).
سبل السلام بشرح بلوغ المرام.
للصنعاني (2/ 685).