Skip to content

"Yerinə yetirməli olduğunuz şərtlərin ən vacibi, evlilikdə qoyulan şərtlərdir".

Uqbə bin Amirdən (Allah ondan razı olsun) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə dediyi rəvayət edilir:

"Yerinə yetirməli olduğunuz şərtlərin ən vacibi, evlilikdə qoyulan şərtlərdir".

«أَحَقُّ الشُّرُوطِ أَنْ تُوفُوا بِهِ مَا اسْتَحْلَلْتُمْ بِهِ الْفُرُوجَ».

Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Səhih
Şərh (izah)

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) yerinə yetirilməsi üçün ən vacib şərtləri, qadınla yaxınlıq etməni icazəli edən səbəbi açıqlayır. İzah edir ki, bu qadının nikah müqaviləsində tələb etdiyi caiz şərtlərdir.

Kəlmələrin mənası

...:

Hədisin faydalarından

Haramı halal edən, halalı haram edən şərtlər istisna olmaqla, tərəflərdən birinin söz verdiyi şərtlərə sadiq olmağın vacibdir.

Nikahın şərtlərinə sadiq olmaq digərlərindən daha mühümdür, çünki cinsi əlaqənin halal edilməsi qarşılığında edilən şərtlərdəndir.

İslamda evliliyin ali dərəcəyə malik olması, belə ki, evlilik şərtlərinə riayət etməyi xüsusi olaraq vurğulamışdır.

Mənbələr

Sahihul-Buxari (3/ 190) (2721).

Sahihu Muslim (2/ 1035) (1418).

Əlavə (4)

الإلمام بشرح عمدة الأحكام.

لإسماعيل الأنصاري (2/ 63).

تيسير العلام شرح عمدة الأحكام.

لعبد الله البسام (ص573).